Məhkəmə qərarları › İş №3(002)-381/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-381/2025

10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-381/2025 10.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin X7i şöbəsinin YNH üzrə baş inspektoru X1, Şəxs nümayəndəsi X3 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, Şəxs “Zil MMZ 4502” yük markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2025-ci il tarixdə inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs barəsində məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmiş, bununla da, Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin X7i şöbəsinin YNH üzrə baş inspektoru X2 çıxış edərək bildirdi ki, Şəxs “Zil MMZ 4502” yük markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2025-ci il tarixdə inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs barəsində məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmiş, bununla da, Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu müdafiə edərək, hüquqi şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi X4 izahatında bildirdi ki, şirkətə məxsus ZİL MMZ 4502 YÜK markalı ** JA *** dövlət qeydiyyatlı nəqliyyat vasitəsi balansda olsa da hazırda kimin istifadəsində olması məlum deyil. Bu məsələ ilə əlaqədar şirkət tərəfindən xx.xx.2025-ci il tarixdə Qaradağ RPİ-nin DYPŞ-nə rəsmi müraciət olunaraq xahiş olunmuşdur ki, sözü gedən nəqliyyat vasitəsinin tapılaraq duracağa təmin edilsin. Lakin, səlahiyyətli orqan tərəfindən sözügedən şirkətə məxsus ZİL MMZ 4502 YÜK markalı 90JA110 dövlət qeydiyyatlı nəqliyyat vasitəsinin tapılaraq duracağa təmin olunması üçün hər hansı bir tədbir görülməmişdir. Daha sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ rayon X7 Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokolu ilə şirkət barəsində qanunsuz olaraq inzibati icraat başlamışlar. Şirkət tərəfindən onun balansında olan digər nəqliyyat vasitələri barədə Yol hərəkəti qaydalarının tələblərinə uyğun olaraq mütamadi məlumatlar təqdim olunur. Lakin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ rayon X7 Şöbəsi əməkdaşları qanunsuz olaraq hüquqi şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli, İXP ******* inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərmişlər. Bu səbəblərdən hesab edilir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ rayon X7 Şöbəsinin tərtib etdiyi protokol qanunsuz və əsassızdır. Belə ki, həmin nəqliyyat vasitəsinin hazırda kimin istifadəsində olması barədə şirkətin məlumatı yoxdur və bunula bağlı olaraq Qaradağ rayon X7 Şöbəsinə məlumat verilmişdir. Qeyd olunanlardan aydın görünür ki, hüquqi şəxs tərəfindən hər hansı inzibati hüquq pozuntusuna yol verilməmişdir. Göstərilənləri nəzərə alaraq, inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nin Şəxsnə ünvanlanmış sorğudan görünür ki, həmin hüquqi şəxsin mülkiyyətində olan “Zil MMZ 4502” yük markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2025-ci il tarixdə inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 iş günü müddətində verilməməsinə görə hüquqi şəxs (vəzifəli şəxs) barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. İş materiallarına əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Qaradağ RPİ-nin DYPŞ-nin Şəxsnə ünvanladığı sorğu məktubu xx.xx.2025-ci il tarixdə təhvil alınmışdır. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Qaradağ rayon X7 Şöbəsinə ünvanlanmış məktubdan görünür ki, Şəxs tərəfindən Daxili İşlər Nazirliyi Qaradağ rayon X7 Şöbəsinə rəsmi müraciət olunaraq şirkətə məxsus ZİL MMZ 4502 YÜK markalı 90JA110 dövlət qeydiyyatlı nəqliyyat vasitəsinin şirkətin balansında olsa da hazırda kimin istifadəsində olması məlum olmadığı bildirilmiş və sözügedən nəqliyyat vasitəsinin tapılaraq duracağa təmin edilməsi xahiş olunmuşdur. Həmin məktub Qaradağ rayon X7 Şöbəsində “Camalova” tərəfindən xx.xx.2025-ci il tarixdə təhvil alınmışdır. Məhkəmə iş materiallarına əsasən hesab edir ki, Şəxs Daxili İşlər Nazirliyi Qaradağ rayon X7 Şöbəsinə rəsmi müraciət edərək şirkətə məxsus ZİL MMZ 4502 YÜK markalı 90JA110 dövlət qeydiyyatlı nəqliyyat vasitəsinin şirkətin balansında olsa da hazırda kimin istifadəsində olmasının məlum olmadığı bildirilmiş və sözügedən nəqliyyat vasitəsinin tapılaraq duracağa təmin edilməsi xahiş olunmuşdur. Hüquqi şəxs yuxarıda qeyd olunmuş səbəblərdən həmin nəqliyyat vasitəsinin faktiki kimin istifadəsində olması barədə məlumatsız olduğundan və bu barədə dəfələrlə səlahiyyətli orqana məlumat verdiyindən ünvanlanmış sorğuya qanunvericiliklə nəzərdə tutulmuş müddətdə cavablandırılmaması halı mövcud deyildir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübut edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) həmçinin, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar