Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-382/2021 18.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-nin) 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinin Yol Patrul Xidməti inspektoru X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 329.1-ci maddələri ilə protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 3(002)-382/2021 nömrəli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 3(103)-973/2021 nömrəli qərarına əsasən Bakı şəhəri BPİ-nin DYPİ-nin rəisi Rəşid Piriyev tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsi barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş materialları yenidən baxılaraq, hərtərəfli araşdırma aparılmaqla qərarın təsviri hissəsində göstərilənlərə hüquqi qiymət verilməsi üçün Qaradağ rayon Məhkəməsinə qaytarılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə və səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, inzibati material aidiyyəti üzrə düzgün göndərilməmiş və toplanmış materiallar Azərbaycan Respublikası Bakı Hərbi Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, çavuş Şəxs müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmaqla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.4-cü maddəsinin tələblərinə əsasən, bu Məcəllənin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, habelə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır. Həmin Məcəllənin 114.3-cü madəsinə əsasən İnzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair materiallar hərbi qulluqçu tərəfindən törədildiyindən baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Bakı Hərbi Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.4, 114.3 -cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiallar baxılması üçün Azərbaycan Respublikası Bakı Hərbi Məhkəməsinə göndərilsin. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-382/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-382/2021
18.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver