Məhkəmə qərarları › İş №3(002)-383/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-383/2023

14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-383/2023 14.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: Qaradağ rayon Polis İdarəsindən daxil olmuş, xx.xx.2023-cü il tarixli, İXP ******* seriyalı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 24 dekabr 2022-ci il tarixdə, saat 14:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində idarə etdiyi “BMV F10 Minik” markalı ** GC *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən X3 vurmuş və nəticədə o yüngül dərəcəli bədən xəsarəti almışdır. Bununla əlaqədar Qaradağ rayon Polis İdarəsinin Dövlət X8 YNH baş inspektoru polis leytenantı X1 tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs əməlini etiraf edərək peşman olduğunu bildirmiş, ilk dəfə inzibati xəta törətməsini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. İnzibati protokolu tərtib edən şəxsə işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən iş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 952 №li ekspert rəyindən görünür ki, X2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarət – sağ dirsək oynağının cüzi hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazunun aşağı 1/3-nin və sağ dirsək oynağının arxa səthinin yumşaq toxumalarının qançır – şişkinlin halında əziyi bərk küt əşya təsirindən törənmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatını, inzibati xəta haqqında protokolu və iş üzrə toplanmış digər sübutları Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsində nəzərdə tutulan qaydada qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xəta İXM-nin 327.8-ci maddəsi ilə düzgün tövsif edilmişdir, ona görədə o, bu maddənin sanksiya çərçivəsində inzibati məsuliyyətə cəlb olunmalıdır. Şəxs ilk dəfə inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır və onun məsuliyyətini ağırlaşdıran halların olmamasını müəyyən edilir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, ona İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar