Məhkəmə qərarları › İş №3(002)-383/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-383/2025

28.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-383/2025 28.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə inspektoru, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1 və 510-cu maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Lökbatan qəsəbəsi, Meyvəli TM ərazisində ictimai qaydanı kobud surətdə pozaraq nalayiq söyüşlər söyərək, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə inspektoru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə Lökbatan qəsəbəsi, Meyvəli TM ərazisində ictimai qaydanı kobud surətdə pozaraq nalayiq söyüşlər söyərək, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Lakin o, izahatı alınan zaman səmimi peşmanlığını bildirmişdir. Şəxs barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, hadisə baş verən gün əsəbləri gərginləşmiş, bu səbəbdən bu əməli törətmişdir. O, yüksək dərəcəli şəkər xəstəliyindən əziyyət çəkdiyinə görə bəzən emosional vəziyyəti gərgin olur. Lakin, o, avtomobilini Qaradağ RPİ-yə çatan zaman dayandırmış və könüllü olaraq polisə tabe olmuşdur. Post Patrul Xidməti avtomobilinə əyləşdikdən sonra polis əməkdaşlarının onun oğlu ilə kobud davrandığını görmüş, avtomobilin şüşəsinə əli ilə möhkəm döymüşdür, həmin vaxt barmaqlarında olan xəsarətlər yaranmışdır. Polis əməkdaşları onun əllərini qandal tətbiq etmişlər. Polis əməkdaşları tərəfindən saxla əmri aldığı an avtomobilini dayandırmadığı üçün hazırda peşmandır, bir daha anoloji əməllərə yol verməyəcəkdir. Şəkər xəstəliyindən əziyyət çəkdiyini nəzərə alaraq, barəsində yüngül tənbeh tədbirinin seçilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin sualına cavab olaraq Şəxs bildirdi ki, polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilərkən hüquq və vəzifələri ona izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, izahatı alınarkən işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, lakin avtomobildən endikdən sonra mülki geyimli bir şəxs və 2 nəfər çevik polis əməkdaşı ona yaxınlaşmış, bu zaman mülki geyimli şəxs onun üzünə yumruq zərbəsi vurmuşdur. Hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Himayəsində üç övladı vardır. Əlilliyi olan şəxs deyildir. Məhkəmə iclasında iştirak edən Əlahiddə Çevik polis alayının polis serjantı şahid X2 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 12:20 radələrində inzibati ərazidə xidmətdə olarkən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Meyvəli TM ərazisində bir nəfər **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolhərəkət qaydalarını kobud şəkildə pozaraq, yolun əks istiqamətinə çıxmış, qəza vəziyyəti yaratmışdır. Ona saxlama əmri verilmiş, buna baxmayaraq vətəndaş müxtəlif əl jestləri göstərərək pozuntu törətməyə davam etmişdir. O, yüksək sürətlə hərəkət edərək avtomobilini Qaradağ RPİ-nin yaxınlığında saxlamışdır. Ona yaxınlaşaraq özlərini təqdim etmiş və vətəndaşa qayda pozuntusu törətdiyi bildirmiş və səbəbini soruşmuşdur. Vətəndaş özünün keçmiş polis əməkdaşı olduğunu bildirərək bu səbəbdən onların qanuni tələbinə tabe olmayacağını bildirmişdir. Polis əməkdaşları həmin şəxsi nizam-intizama dəvət etməyə çalışsalar da, vətəndaş qanuni tələblərə məhəl qoymayaraq qanunsuz əməllərini davam etdirmişdir. Hadisə Qaradağ RPİ-nin inzibati binasının önündə baş verərkən ətrafda olan şəxslər müşahidə etmişlər. Qaradağ RPİ-nin 10-cu PŞ-nə təmin edilməsi üçün xidməti avtomobilə yerləşdirildikdən sonra isə avtomobilin şüşəsinə barmaqları ilə bərkdən döymüşdür, özünə xəsarət yetirməsindən və ya avtomobilə zərər vurmasından ehtiyatlandıqları üçün ona qandal tətbiq etmişlər. İş materiallarında olan Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin rəisi polis mayoru Sabir Həsənova ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 12:20 radələrində inzibati ərazidə xidmətdə olarkən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Meyvəli TM ərazisində bir nəfər **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol-hərəkət qaydalarını kobud şəkildə pozaraq, yolun əks istiqamətinə çıxmış, qəza vəziyyəti yaratmışdır. Ona saxlaması məqsədilə işarə verilmiş, buna baxmayaraq vətəndaş müxtəlif əl jestləri göstərərək pozuntu törətməyə davam etmişdir. O yüksək sürətlə hərəkət edərək avtomobilini Qaradağ RPİ-nin yaxınlığında saxlamışdır. Polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və vətəndaşa qayda pozuntusu törətdiyi bildirmiş və səbəbini soruşmuşdur. Vətəndaş özünün keçmiş polis əməkdaşı olduğunu bildirərək polisin qanuni tələbinə tabe olmamışdır. Polis əməkdaşları həmin şəxsi nizam-intizama dəvət etməyə çalışsalar da, vətəndaş qanuni tələblərə məhəl qoymayaraq qanunsuz əməllərini davam etdirmişdir. Qanunsuz əməllərini davam etdirən şəxs Qaradağ RPİ-nin 10-cu PŞ-nə təmin edildi. Şöbədə məlum olmuşdur ki, inzibati pozuntunu törətmiş şəxs Şəxsdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Lökbatan qəsəbəsi, Meyvəli TM ərazisində ictimai qaydanı kobud surətdə pozaraq nalayiq söyüşlər söyərək, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir İş materiallarında olan AZEMİS Elektron Məhkəmə sistemindən əldə edilmiş məlumatdan görünür ki, Şəxs himayəsində 3 övladı var. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, xx.xx.2025-ci il tarixli raport, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin və protokol tərtib etmiş şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Lökbatan qəsəbəsi ərazisində ictimai qaydanı kobud surətdə pozaraq nalayiq söyüşlər söyərək, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi himayəsində 3 övladlanın olmasını, şəkər və serroz xəstəliyindən əziyyət çəkdiyini, əməlindən səmimi peşman olmasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası hədləri daxilində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə təqsirli bilinərək 200 ( iki yüz ) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar