Məhkəmə qərarları › İş №3(002)-384/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-384/2023

15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-384/2023 15.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi ilə, Şəxs direktoru X3 iştirakı ilə, Şəxs (bundan sonra-Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvan 1 ünvanında yerləşən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin inzibati xəta haqqında protokolundan görünür ki, Bakı Baş Gömrük İdarəsinin "Xocahəsən" gömrük postundan daxil olmuş 34/025/004631 saylı xx.xx.2023-cü il tarixli raporta əsasən "xxxx" MMC-nin ünvanına daxil olmuş **********1565 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, lakin "xxxx" MMC tərəfindən təqdim olunan **********2563 sorğu nömrəli qısa idxal bəyannaməsinin 21-ci qrafasında nəqliyyat vasitəsinin nömrəsi 99DV587/50ZB964 əvəzinə 99DV587/50ZB694 qeyd edilmişdir ki, bu da **********1565 sorğu nömrəli gömrük bəyannaməsinin 18-ci qrafası arasında uyğunsuzluq təşkil etdiyi müəyyən edilmişdir. Bununla da, "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin direktoru X5 izahat verərək bildirmişdir ki, **********1565 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair **********2563 sorğu nömrəli qısa idxal bəyannaməsi xx.xx.2023-cü il tarixdə saat 19:32 radələrində gömrük orqanına rəsmiləşdirmək üçün göndərilmişdir. Lakin, qısa idxal bəyannaməsində yanlışlığa qərəzli şəkildə onlar tərəfindən deyil, məhsulu ixrac edən şirkət tərəfindən yol verilmişdir. Göstərilənləri nəzərə alaraq, yüngül tənbeh tədbiri tətbiq edilməsi dilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 07 mart 2023-cü il tarixli bildirişdən görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Bakı Baş Gömrük İdarəsinə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə səlahiyyətli nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarında olan Xocahəsən gömrük postundan daxil olmuş 34/025/004631 nömrəli xx.xx.2023-cü il tarixli raporta əsasən "xxxx" MMC-nin (VÖEN: **********) ünvanına gələn və **********1565 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl verilmiş **********2563 sorğu nömrəli qısa idxal bəyannaməsində nəqliyyat vasitəsinin nömrəsi 99DV587/50ZB694 göstərilməsinə baxmayaraq mallar ölkəyə 99DV587/50ZB964 nömrəli nəqliyyat vasitəsi ilə gətirilmişdir. Qeyd edilənləri nəzərə alaraq müvafiq araşdırılma aparılması üçün göstəriş verilməsi xahiş edilmişdir. Gömrük Xidmətinin Vahid X1 informasiya resursuna baxış keçirilməsinə dair xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, "Xocahəsən" gömrük postunda xx.xx.2023cü il tarixli **********1565 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 99DV587/50ZB964 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixdə saat 16:10 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin "Astara" gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair tərtib edilmiş **********1565 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin 18-ci qrafasında nəqliyyat vasitəsinin nömrəsi 99DV587/50ZB964 qeyd edilmişdir. lakin **********2563 sorğu nömrəli xx.xx.2023-cü il tarix qısa idxal bəyannaməsinin 21-ci qrafasında nəqliyyat vasitəsinin nömrəsi 99DV587/50ZB694 qeyd edilmişdir. "xxxx" MMC-nin nümayəndəsi X2 xx.xx.2023-cü il tarixli 00100-00560/23 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. İş materiallarında olan 06 yanvar 2023-cü il tarixli etibarnamədən görünür ki, X5 "xxxx" MMC-nin direktorudur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 485.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, "xxxx" MMC tərəfindən təqdim olunan **********2563 sorğu nömrəli qısa idxal bəyannaməsinin 21-ci qrafasında nəqliyyat vasitəsinin nömrəsi 99DV587/50ZB694 kimi qeyd edilmiş, **********1565 sorğu nömrəli gömrük bəyannaməsinin 18-ci qrafasında isə nəqliyyat vasitəsinin nömrəsi 99DV587/50ZB964 qeyd edilərək gömrük orqanına təhrif olunmuş məlumat verildiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar