Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-385/2025 03.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın iştirakları ilə, xx xxxx 1983-cü ildə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru X6, borclu Şəxs barəsində protokol tərtib edərək, Ağdam rayon Məhkəməsinin 2(013)-1747/2022 saylı, 19 sentyabr 2022-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru X6 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Ağdam rayon Məhkəməsinin e- 2(013)-1747/2022 saylı, 19 sentyabr 2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 4736 (dörd min yeddi yüz otuz altı) manatın alınaraq X2 verilməsi, Şəxs 67 (altmış yeddi) manat 36 (otuz altı) qəpik dövlət rüsumunun tutulması qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra 05 oktyabr 2022-ci il tarixdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclunun yaşayış yeri məlum olmadığından 27 yanvar 2023-cü il tarixdə “borclunun axtarışı haqqında” qərar qəbul olunmuşdur. Nəticədə 14 oktyabr 2024-cü il tarixdə “borclunun axtarışı haqqında” qərarı qəbul olunaraq qərar icra edilməsi üçün Qaradağ rayon Polis İdarəsinə göndərilmişdir. Bu gün, yəni 03 mart 2025-ci il tarixdə borclu Şəxs saxlanılaraq Qaradağ rayon İcra Şöbəsinə təhvil verilmişdir. İcra müddətində borlcu tərəfindən müəyyən ödənişlər edilmiş, hal-hazıradək ümumilikdə 2368.64 manat ödəniş etmişdir. Beləliklə borclunun bu günə icra sənədi üzrə 2367.36 manat borcu vardır. İcra məmuru öz izahatında daha sonra göstərmişdir ki, tələbkar X1 rayonu, Quzanlı qəsəbəsində olmaqla məhkəmə iclasında iştirak edə bilməyəcəyini, lakin borcunun ödənilməsini tələb etdiyini və bununla bağlı icra şöbəsinə ərizə ünvanladığını bildirmişdir. Buna görə də borclunun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 03 mart 2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. İcra məmuru öz izahatında borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, tələbkar X3 ilə birlikdə X8 işləmişlər. O baş mühasib, Ceyhun isə mühasib vəzifəsində çalışmışdır. O Ceyhunun adına 3100 manat kredit götürmüş və həmin kredit borcunu hər ay ödəmişdir. Sonradan maddi imkanı zəif olduğundan həmin ödənişləri iki dəfə gecikdirmişdir. Onun hesabına görə Ceyhuna bu günə cəmi 860 manat borcu var. Hal-hazırda heç bir yerdə işləməməklə hər hansı gəlirə də malik deyildir. Borcundan indiyədək 2368.64 manat ödəniş etmişdir. Şərait yaradılcağı təqdirdə yuxarıda qeyd olunan borcundan kifayət qədər ödənişlər edəcəyini bildirərək iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxsnın yaranmış borcundan xəbəri olsa da heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, icra etməmişdir. Bundan başqa icra məmurunun çağırışlarına da məhəl qoymaraq gəlməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tərəflərin izahatları, inzibati xəta haqqında tərtib edilmiş 03 mart 2025-cü il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini, yaranmış borcundan müəyyən ödənişlər etməsini, qalan borcunu da qısa müddətdə ödəyəcəyinə söz verməsini və iş üzrə ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-385/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-385/2025
03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver