Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-386/2023 06.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X3, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx.xx.1961-ci il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, evli, xadimə işləyən, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 20 saylı yataqxanada qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu Şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-520/2018 saylı, 29 mart 2018-ci il tarixli icra vərəqəsi ilə üzərinə düşən öhdəlikləri heç bir üzrlü səbəb göstərmədən icra etməmişdir. Bununla da, o, İXM-nin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru X7 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, borclu Şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-520/2018 saylı, 29 mart 2018-ci il tarixli icra sənədi ilə üzərinə düşən öhdəlikləri heç bir üzrlü səbəb göstərmədən icra etməmişdir. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-520/2018 saylı, 29 mart 2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 4100 manat məbləğində və 30 manat məbləğində dövlət rüsumu, cəmi 4130 manat məbləğində pul tutularaq iddiaçı X5 ödənilməlidir. İcra sənədi şöbənin icraatına daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilərək icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya və tələbkara göndərilmişdir. Məhkəmə qərarını könüllü icra etmədiyinə görə borclunun adına əmlak vəziyyətinin və gəlirinin müəyyən edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, borclunun adına hər-hansı gəlir və əmlak aşkar edilməmişdir. Hal-hazırki vaxtadək borclu tərəfindən iddiaçının xeyrinə ödəniş edilməmiş, ödənilməmiş məbləğ 4130 manat təşkil edir. Borclu icra sənədini tam icra etməsi ilə bağlı xəbərdar edilsə də, lakin görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş və baxılması üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-520/2018 saylı, 29 mart 2018-ci il tarixli icra vərəqəsi üzrə borclu olduğunu qəbul etmir, tələbkara borcu yoxdur, lakin bununla bağlı məhkəməyə sübut təqdim edə bilmir. 2018-ci ilə qədər ödəniş etmişdir. Hər ay 200 manat olmaqla ümumi borcundan hissə-hissə ödəməyə niyyətlidir. Göstərilənləri nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. X2 inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-520/2018 saylı, 29 mart 2018-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 4100 manat məbləğində pul, habelə 30 manat məbləğində dövlət rüsumu tutularaq onun xeyrinə ödənilməlidir. Hazırki vaxtadək borclu tərəfindən onun xeyrinə heç bir ödəniş edilməmişdir. Borcunun tam həcmdə ödənilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq, borclu barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-520/2018 saylı, 29 mart 2018-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 4100 manat məbləğində və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı X5 ödənilməlidir. İş materiallarında olan icraata başlama haqqında xx.xx.2018-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-520/2018 saylı, 29 mart 2018-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə rəsmi qaydada xx.xx.2018-ci il tarixdə borclu Şəxs göndərilmiş, xx.xx.2018-ci il tarixdə sonuncu tərəfindən qəbul edilmişdir. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin Şəxs ünvanladığı 16 noyabr 2018-ci il tarixli xəbərdarlıqdan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-520/2018 saylı, 29 mart 2018-ci il tarixli icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarının qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-2609/2018 saylı, 05 noyabr 2018-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, icra sənədinin icrası ilə əlaqədar Şəxs Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, yataqxana 30 ünvanına yaşamadığı müəyyən olunmuşdur. İş materiallarında olan borclunun axtarışı haqqında 02 mart 2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Qərarın icrası Qaradağ RPİ-nə həvalə edilmişdir. İş materiallarında olan Qaradağ RPİ-nin 38-ci PB-nin 06 mart 2023-cü il tarixli, 3-13- 48-3/2-1377 saylı məktubundan görünür ki, Şəxs Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində saxlanılaraq 06 mart 2023-cü il tarixdə saat 12:00-da icra şöbəsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, borclunun izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-520/2018 saylı, 29 mart 2018-ci il tarixli icra qeydinin icrasını təmin etməmişdir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qaradağ Rayon Məhkəməsinin 3(002)-2609/2018 nömrəli qərarı ilə Şəxs barəsində 500 manat məbləğində cərimə edilməsinə baxmayaraq, borcun ödənilməsindən qərəzli olaraq yayınması ağırlaşdırıcı hal kimi qiymətləndirilməlidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halı və məsuliyyəti yüngülləşdirən halların olmamasını, lakin inzibati xəta törətmiş şəxsin 62 yaşda olmasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-386/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-386/2023
06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver