Məhkəmə qərarları › İş №3(002)-386/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-386/2025

05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-386/2025 05.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, Şəxs Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materialın icraata qəbul edilməsi məsələsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 272.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair 01 mart 2025-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Qeyd olunan protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 01 mart 2025-ci il tarixdə, saat 18:00 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən qəbiristanlığın yaxınlığında, gölün sahilində özünə məxsus yivsiz lüləli ov tüfəngi ilə lazımi icazə olamdan və ya qadağan olunmuş yerlərdə ov etmək qaydalarını pozmuşdur. İş materialları təhlil olunarkən müəyyən etdim ki, Şəxs barəsində İXM-in 272.3-ci maddəsi ilə tərtib edilmiş 01 mart 2025-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, şəxsin barəsində tərtib edilmiş protokol ona istinad edilən əmələ, yəni İXMnin 272-1-ci maddəsinə görə deyil, İXM-nin 272.3-cü maddəsinə əsasən tərtib edilmişdir. Bundan başqa iş materiallarında qeyd olunan maddə üzrə polis orqanının protokol tərtib etmək səlahiyyətinə malik olmasına dair hər hansı bir normaya istinad edilməmişdir. Azərbaycan Respublikası İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Şəxs barəsində İXM-in 272.3-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun geri qaytarılması qənaətinə gəlmişdir. İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda hesab edirəm ki, Şəxs barəsində İXM-in 272.3-ci maddəsi ilə tərtib edilmiş 01 mart 2025-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə tərtib edilmiş 01 mart 2025-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər natamam olduğundan Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar