Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-387/2021 19.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1964-cü ildə Goranboy rayonu Yolqullar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məğul olan, Goranboy rayonu Yolqullar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən daxil olmuş 19.02.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 18.02.2021-ci il tarixdə, saat 18:00-da Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yerləşən YPX-nin 719 saylı postunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Kamaz” markalı “** BN ***” dövlət qeydiyyat nişanlı yük maşının sürücüsü Şəxs 18.02.2021-ci il tarixdə, saat 18:00 radələrində Qaradağ rayonu ərazisində yerləşən 719 saylı stasionar postda YPX əməkdaşlarının qanuni tələbinə tabe olmadığı üçün YPX Alayının əməkdaşları tərəfindən saxlanılaraq qanun çərçivəsində tədbir görülməsi üçün ərazi adiyyəti üzrə 18.02.2021-ci il tarixli raport əsasında Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə təhvil verilmişdir. Bölmədə Şəxs izahatı alınmış və onun əməlində İXM-nin 535-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində müvafiq protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, 18.02.2021-ci il tarixdə, saat 18:00 radələrində idarə etdiyi “Kamaz” markalı “** BN ***” dövlət qeydiyyat nişanlı yük maşını ilə hərəkətdə olarkən Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yerləşən YPX-nin 719 saylı postunda polis əməkdaşlarının saxla işarəsinə əməl etməyərək onların qanuni tələblərinə tabe olmamışdır. Lakin o, o yolda hərəkdə olarkən hər hansı manevr qaydalarını pozmamış və polis əməkdaşlarına hər hansı müqavimət göstərməmişdir. O, ilk öncə qorxduğu üçün YPX-nin əməkdaşları ona yaxınlaşan zaman idarə etdiyi yük maşının qapılarını bağlamış və sonradan əməlinin qanunsuz olduğunu dərk edib avto maşının qapılarını açaraq maşından düşmüşdür. Məhkəmədən əməlindən peşman olduğunu və yaşlı olmaqla ailəsinin yeganə qazanc gətirən şəxs olmasını nəzərə alnaraq barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan Yol Patrul Xidməti Alayının 6-cı tağımının baş inspektoru, polis kapitanı Natiq Mövlayev tərəfindən Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin rəisi polis-polkovniki Yasər İbadova ünvanlanmış 18 fevral 2021-ci il tarixli raportdan görünür ki, 18.02.2021-ci il tarixdə, saat 18:00 radələrində 719 saylı postun YPX əməkdaşı “Kamaz” markalı “** BN ***” dövlət qeydiyyat nişanlı avtomaşını saxla işarəsinə əməl etməyib, Bakı şəhəri istiqamətində hərəkət etdiyi məlumatını qəbul edib eyni istiqamətdə “BMW” ** YP *** nömrə nişanlı avtomaşını ilə hərəkət edib dəfələrlə səsgücləndirici vasitəsilə saxlama işarəsinə əməl etməyib hərəkətini davam etdirmiş, Bakı istiqamətində hərəkətdə olan digər hərəkət iştirakçıları həmin sürücünü təhlükəli manevr edərək təhlükəli vəziyyətdə avtomaşının qarşısına verib sürətini azaltmağa çalışmışlar. Lakin həmin sürücü heç nəyə məhəl qoymayaraq soldan sağa, sağdan sola yerdəyişmə edərək saxlama işarəsinə tabe olmadığını görüb, qarşıda xidmət aparan ** YP *** patrul avtomaşını Bakı-Qazax yolunun 36.5 km süni tıxac yaradaraq həmin avtomaşının saxlanılmasını məcburi sürətdə dayandırmağa nail olmuşlar. Bu zaman sürücü dayandığı yerdə hərəkətinə davam etməyə cəhd etməyinə baxmayaraq qapıları bağlı vəziyyətdə sükan arxasından düşməyəcəyini və polisin qanuni tələblərinə əməl etməyəcəyini bildirdi. Biz vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə həmin sürücünü sükan arxasından kənarlaşdırmağa nail olmuşlar. Sürücü etdiyi əmələ görə Qaradağ RPİ-nin 11-ci polis bölməsinə təhvil verilmişdir. Polis bölməsində həmin şəxsin xx.xx.1964-cü il təvəllüdlü, Goranboy rayon sakini Şəxs olduğu məlum olmuşdur. Həmçinin avtomaşının dövlət nömrə nişanı ** BN *** olduğu halda sürücü tərəfindən bilərəkdən dövlət nömrə nişanını saxtalaşdırılıaraq son rəqəmi 508 edilmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində tədbir görülməsi üçün göstəriş verilməsi xahiş olunur. İş materiallarında olan “X4 haqqında“ protokoldan görünür ki, Şəxs 18 fevral 2021-ci il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, 18 fevral 2021-ci il tarixli raport, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və protokol tərtib etmiş şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 18.02.2021-ci il tarixdə, saat 18:00-da Səngəçal qəsəbəsi ərazisində yerləşən YPX-nin 719 saylı postunda polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini, yaşını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası hədləri daxilində həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alnmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və o, məhkəmə iclas zalında dərhal buraxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə iclas zalında dərhal buraxılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-387/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-387/2021
19.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver