Məhkəmə qərarları › İş №3(002)-388/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-388/2023

07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-388/2023 07.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Qaradağ rayon Pİ 10-cu Polis bölməsinin sahə inspektoru X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1995-ci ildə Bərdə rayonu, Lənbəran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 22 fevral 2023-cü il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Abşeron Port deyilən ərazidə X4 vuraraq ona fiziki ağrı yetirmişdir. Qeyd edilənlərlə bağlı Qaradağ rayon Pİ 10-cu Polis bölməsinin sahə inspektoru X5 tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair MN serialı ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Qaradağ rayon Pİ 10-cu Polis bölməsinin sahə inspektoru X5 bildirmişdir ki, 22 fevral 2023-cü il tarixdə Qaradağ rayon Pİ 10-cu Polis bölməsinə Şəxs X4 döyməsi ilə bağlı müraciət daxil olmuş və müraciətə baxılaraq Şəxs əməlində inzibati xəta tərkibi müəyyən edildiyindən onun barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Bundan sonra o, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN serialı ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Abşeron” Tikinti materialları bazarında taxta satışı ilə məşğuldur. xx.xx.2023-cü il tarixdə taxta almağa gələn müştəri taxtanın standart olmaması səbəbi ilə mübahisə yaratmışdır. Mübahisə böyüdüyündən müştərini sağ əlinin içi ilə üz nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Hal-hazırda aralarında barışıq əldə olunub. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə atası ilə taxta bazarına taxta almağa getmişlər. Taxtaların standart olmaması səbəbi ilə aralarında mübahisə yaranmışdır. Şəxs onu üz nahiyəsinə yumruq ilə vuraraq xəsarət yetirmişdir. Şəxs ilə aralarında barışıq əldə olunub. Şikayətçi deyildir. Zərərçəkmiş şəxs X6 məhkəməyə ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını qeyd etmişdir. İş materiallarında olan 06 mart 2023-cü il tarixli qərardan göründüyü kimi, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X3” X8 145 nömrəli ekspert rəyinə əsasən X2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – sol gözətrafı nahiyənin qançır – zəif şişkinliyi, üst dodağın selikli qişasına qansızma bərk küt əşya (əşyalar) təsirindən əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə hesab edir ki, inzibati xətanı törətmiş şəxs Şəxs zərər çəkmiş şəxslə barışdığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.0-cı maddəsinə əsasən Bu Məcəllənin 157-ci və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar