Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-388/2025 04.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, Rəhimov Arif Rəfail oğlunun katibliyi ilə, Protokolu tərtib edən şəxs Qaradağ rayon icra şöbəsinin icra məmuru X10, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Qazaxıstan Respublikasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan X8 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında materialdan görünür ki, X3 Rayon Məhkəməsinin 2(041)- 90/2024 nömrəli, 14 mart 2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən qəsdən yayınmış və onun icra vərəqəsi üzrə 6100 manat aliment borcu yaranmışdır. Qeyd edilənlərlə bağlı Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X15 tərəfindən X6 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsilə nəzərdə tutulan MN serialı ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X13 məhkəmə iclasında bildirmişdir ki, X5 dəfələrlə icra vərəqəsinin icrası tələb edilsə də o, imkanı olmadığını, aliment borcunu birdəfəlik ödəmək iqtidarında olmadığını bəhanə gətirərək borcu qərəzli şəkildə ödəməkdən yayınır. Borclu icra vərəqəsini qərəzli şəkildə icra etməkdən yayınır. Sentyabr ayında 10 gün həbs olunub. İşlə təmin olunması üçün məşğulluğa gedib, iş təklif edilib. Cəmi 1 ay işləyib. Sentyabr ayından etibarən 5 ayda cəmi 280 manat aliment ödəmişdir. X6 6100 manat aliment borcu yaranmışdır. Qeyd olunanlara əsasən X6 qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X8 bildirmişdir ki, Lökbatan qəsəbəsi, 28 May küçəsi, bina 3, mənzil 39 ünvanında kirayədə yaşayır. Hal-hazırda heç bir yerdə işləmir, iş axtarır. Məhkəmədən sonra terminaldan çıxarıb 300 manat ödəniş edərək, çeki icra məmuruna təqdim edəcəkdir. Borcu birdəfəlik ödəməyə imkanı yoxdur. Nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında tələbkar X7 bildirmişdir ki, X8 qərəzli şəkildə borcunu ödəməkdən yayınır. Uşaqların səhhətində problem var və özləri də kirayədə yaşayırlar. Alimentin ödənilməsini tələb edir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, tərəflərin izahatlarından aydın olur ki, X6 yaranmış öhdəlikdən xəbəri olmaqla heç bir üzürlü səbəb olmadan icra sənədini uzun müddət icra etməmişdir. Bununla da məhkəmə hesab edir ki, X8 tərəfindən məhkəmə qərarının qərəzli şəkildə icra edilməməsi və Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi onun izahatı ilə və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Lakin məhkəmə araşdırması zamanı X6 barəsində qəbul edilmiş və qanuni qüvvəsini almış icra sənədini qərəzli şəkildə icra etmədiyi müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən müvafiq olaraq məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən şəxs X8 barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, yaranmış borcunun məbləğini nəzərə alaraq onun barəsində inzibati həbsin orta həddə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 04 mart 2025-ci il tarixdən, saat 16.25-dən hesablansın. X2 üçün Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlanılma mərkəzinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-388/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-388/2025
04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver