Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-390/2021 11.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Şikayət vermiş şəxs X5, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə rəisi X3 iştrakları ilə, X5, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında qeydiyyatda olan X8, şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək Bakı şəhər Qaradağ RPİ-nin 10-cu PB-nin sahə rəisi X4 tərəfindən tərtib edilmiş 30 dekabr 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X8 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən 200 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən X8 öz izahatında şikayətini onunla əsaslandırmışdır ki, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* qərarı ilə onu İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 200 manat məbləğində cərimə etmişdir. Qəbul edilmiş qərarla razı deyil, barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, etibarnamə əsasında “X11” markalı ** RE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Həmin yük avtomobilli ilə o, rayonlara kənd təsərrüfatı məhsulları daşıyır. O cümlədən karantin rejimi müddətində də öz iş fəaliyyətini davam etdirmişdir. Dəfələrlə quraşdırılmış polis postlarından keçib getmiş, karantin rejimi müddətində qanunsuz fəaliyyət göstərdiyi barədə ona heç bir irad bildirilməmişdir. Belə ki, “2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə şərtləşdirilmiş xüsusi karantin rejimi tətbiqi barədə” qərarda qeyd edilir ki, operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxış dayandırılmışdır. Həmin qərarın 3.1 bəndində də qeyd edildir ki, hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımalarına icazə verilmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə şəxsi avtomobili ilə Salyan rayonudan Bakı şəhərində yerləşən “Meyvəli” Ticarət Mərkəzinə kənd təsərrüfatı məhsulları gətirərkən yuxarıda göstərdiyi qərarın tələblərinə əsaslanaraq hər hansı bir sms icazəsi olmamış, icazə.gov.az-dan qeydiyyatdan keçməmiş, o cümlədən Bakı şəhərinə kənd təsərrüfatı məhsulunun gətirilib satılması ilə bağlı arayışı olmamışdır. Odur ki, 30 dekabr 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə rəisi X4 öz izahatında şikayəti qəbul etməyərək bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 15:40 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində “X11” markalı ** RE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 İXM-nin 211.1-ci maddəsinin tələblərini pozduğundan, polis əməkdaşları tərəfindən saxlanılmış və barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilərkən hüquq və vəzifələri izah edilməklə protokolun surəti sürücüyə təqdim olunmuşdur. Sürücünün həmin vaxtı nə sms icazəsi olmuş, nə “icazə.gov.az” saytından qeydiyyatdan keçmiş, nə də hərəkətinə icazə verilməsi haqqında müvafiq arayış təqdim etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, protokol və qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxx 2020-ci il tarixli Qərarı əsasında tərtib olunmuşdur. Məhkəmə, şikayəti, iş materiallarını və tərəflərin izahatını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və xx xxxxxx 2020-ci il atrixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X8 həmin gün 15:40 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində karantin qaydalarını pozdğunua görə barəsində İXM-nin 211.1-ci maddəsinə əsasən 200 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (Covid-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarında dəyişiklik edilməsi barədə x xxxxx 2020-ci il tarixli Qərarı ilə Nazirlər Kabinetinin x xxxxx 2020-ci il tarixli 124 nömrəli Qərarına aşağıdakı məzmunda 1.2-1-ci bənd əlavə edilmişdir: “1.2-1. Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı məsələlər bu Qərarın 3 nömrəli əlavəsi ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxx 2020-ci il tarixli 126 nömrəli Qərarına əlavə olan “Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı” Təlimatda göstərilir: 1.1. Bu Təlimat xüsusi karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı ilə məşğul olan şəxslərin, o cümlədən yardımçı sahələrdə (xammal, istehsal vasitələrinin (gübrə, pestisid, toxum, baytarlıq preparatlarının, bitki mühafizə vasitələrinin, texnika və materialların, aqrokimyəvi maddələrin) istehsalı, idxalı, satışı və aqrotexniki xidmətlərin göstərilməsi) fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı qaydaları müəyyən edir. 2.1. Xüsusi karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı ilə məşğul olan şəxslərin və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkətinə aşağıdakı hallarda yol verilir: 2.1.1. kənd təsərrüfatı məhsullarının və xammalının istehsalı, idxalı, tədarükü, təchizatı, saxlanması, daşınması, emalı, satışı, utilizasiyası ilə bağlı fəaliyyət; 2.1.2. heyvandarlıq sahəsində fermer fəaliyyəti: baytarlıq tədbirlərinin aparılması, heyvanların yemlənməsi, məhsullarının toplanması, daşınması (heyvan və ya məhsul), satışı, kəsilməsi, soyuducuya yığılması, utilizasiyası; iri və xırdabuynuzlu heyvanların qış otlaqlarından yay otlaqlarına aparılması; 2.1.3. bitkiçilik sahəsində fermer fəaliyyəti: şum, səpin, əkin, suvarma, budama və digər aqrotexniki qulluq (dərmanlama, gübrələmə və s.), məhsul yığımı, daşınması, anbara yığılması; 2.1.4. gübrə, pestisid, toxum, baytarlıq preparatlarının, bitki mühafizə vasitələrinin, suvarma və kənd təsərrüfatı texnikası və materiallarının, aqrokimyəvi maddələrin istehsalı, idxalı, daşınması, satışı, qurulması və tətbiqi; 2.1.5. aqrotexniki və baytarlıq xidmətlərinin göstərilməsi; 2.1.6. heyvanlar üçün yem satışı məntəqələrinin fəaliyyəti. 3.1. Bu Təlimatın 2.1-ci bəndində göstərilən sahələr üzrə fəaliyyət göstərən aşağıdakı şəxslərin rayon və şəhərdaxili, habelə rayonlar və şəhərlərarası hərəkətinə icazə verilir: 3.1.1. fermerlər (kənd təsərrüfatı məhsullarının istehsalçıları); 3.1.2. tədarükçülər və təchizatçılar; 3.1.3. aqronomlar; 3.1.4. baytar həkimlər; 3.1.5. zootexniklər; 3.1.6. süni mayalama mütəxəssisləri; 3.1.7. mövsümi işçilər (budama, alaqlama, məhsul yığımı və s. sahələrdə); 3.1.8. mexanizatorlar (kənd təsərrüfatı texnikalarını idarə etmək hüququ olan şəxslər); 3.1.9. bu Təlimatın 2.1-ci bəndində göstərilən sahələr üzrə fəaliyyət göstərən şəxslərin işçiləri. 3.2. Bu Təlimatın 3.1-ci bəndi ilə müəyyən edilən şəxslər ilə birgə onların istifadəsində olan nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir. 4.1. Hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər – bu Təlimatın 2.1-ci bəndində göstərilən sahələrdə fəaliyyət göstərəcək əməkdaşları barədə məlumatları elektron imza vasitəsilə “icaze.e-gov.az” portalına daxil etdikdən sonra onların şəhərlərarası, rayonlararası, habelə rayon daxilində hərəkətinə (nəqliyyat vasitələri ilə birgə) yol verilir. 4.2. Bu Təlimatın 4.1-ci bəndində göstərilənlər istisna olmaqla, bu Təlimatın 3.1-ci bəndi ilə müəyyən edilən şəxslərin hərəkəti aşağıdakı qaydada həyata keçirilir: 4.2.1. olduğu kənd daxilində - sərbəst qaydada; 4.2.2. olduğu rayon daxilində (kəndlərarası, rayon-kənd, kəndrayon) - yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəliklərinin arayışı ilə (1 nömrəli əlavə); 4.2.3. rayonlar arasında mexanizator, “X6” informasiya sistemində (bundan sonra – EKTİS) qeydiyyatdan keçmiş fermer, təchizatçı, tədarükçü – olduğu rayon dövlət aqrar inkişaf mərkəzinin (bundan sonra – DAİM), digərləri – 4 olduğu rayon yerli icra hakimiyyəti orqanının arayışı ilə (2 nömrəli əlavə); 4.2.4. Bakı-Sumqayıt şəhərləri – rayon arasında – Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyinin və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin arayışı ilə (3 nömrəli əlavə). 4.3. Bu Təlimatın 4.2-ci bəndi ilə müəyyən edilən qurumlar müvafiq arayışların verilməsi zamanı xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməlidirlər. 4.4. Bu Təlimatda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərin, habelə bu Təlimatın 4.2-ci bəndi ilə müəyyən edilmiş sənədin üzərlərində olması məcburidir. 4.5. Bu Təlimatda nəzərdə tutulmuş qaydada hərəkətin təşkili, habelə hərəkət zamanı xüsusi karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir. 4.6. Bu Təlimatın tələblərinə əməl etməyən DAİM və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşları barədə şəxslər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə (1652) müraciət edə bilərlər. 4.7. Bu Təlimatın tələblərinə əməl etməyən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları barədə şəxslər Azərbaycan Respublikası Qida X2 Mərkəzinə (1003) müraciət edə bilərlər. 4.8. Bu Təlimatın tələblərinə əməl etməyən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları barədə şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zəng Mərkəzinə (102) müraciət edə bilərlər. 4.9. Müraciət əsaslı hesab olunduqda, bu hal əməkdaşın intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. 4.10. Bu Təlimatın tələblərinin pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqdır X1 öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər-hansı bir sübut təqdim etməmiş və buna hər-hansı bir formada cəhd belə göstərməmişdir. O cümlədən iş materiallarına da təqsirsiz olmasına dair hər-hansı bir mötəbər sübut əlavə etməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-390/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-390/2021
11.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver