Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-391/2022 29.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X1 və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC barəsində İXM-nin 233.1 və 271 maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X1 və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 233.1 və 271-ci maddələri ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Daxil olmuş 13 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görsənir ki, 07 dekabr 2021-ci il tarixdə aparılan araşdırma zamanı Bakı şəhəri, Qaradağ rayonu, Müşviq qəsəbəsindən 5 km aralıda Şəxs MMC-yə məxsus “Tamet” daş sexində tullantıların qanunsuz qalaqlanması və ölçmə işləri zamanı atmosferə normadan artıq tullantı atılması müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X1 və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 bildirmişdir ki, nazirliyin elektron poçt ünvanında 25 oktyabr 2021-ci il tarixində “Mühit” ekoloji mühafizə ictimai birliyi tərəfindən ünvanlanmış “Tamet” daş sexi kimi fəaliyyət göstərən Şəxs MMC-nin yol verdiyi ekoloji pozuntular barədə müraciət İdarənin 01.12.2021-ci l tarixli, BD seriyalı 153 nömrəli Sərəncamına əsasən Operativ Monitorinq mərkəzinin əməkdaşı Tomuyev Cabbarın iştirakı ilə yerində araşdırılmışdır. Araşdırma zamanı sözügedən ünvana baxış keçiirlən zaman həqiqətən də həmin ünvanda qeyd olunan MMC-yə məxsus daş istehsalı müəsisəsinin fəaliyyət göstərdiyi aşkar edilmiş, lakin araşdırmada iştirak etməsi məqsədilə həmin MMC-nin nümayəndəsi olduğunu bildirən Bəhruz adlı şəxslə əlaqə saxlanılsa da iştirak edəcəyini bildirmiş lakin daha sonra araşdırmaya gəlməmiş və nümayəndə ayrılmamışdır. Aparılan araşdırma zamanı qeyd olunan müəsisəsənin fəaliyyəti zamanı yaranan tullantıların açıq əraziyə atılaraq qalaqlanması, eyni zamanda operativ monitorinq mərkəzinin əməkdaşı tərəfindən atmosferə atılan tullantılarla bağlı ölçmə-analiz işləri aparılan zaman normadan artıq tullantıların atıldığı müəyyən edilmişdir. Araşdırma zamanı MMC-nin nümayəndəsi olduğunu bildirən şəxsə ekoloji normativ sənədlərin olub-olmaması barədə məlumat verməsi təklif edilsə də o, heç bir sənəd təqdim etməmiş və ona İdarə əməkdaşları tərəfindən aşkar olunmuş faktlarla bağlı akt və protokolun tərtib ediləcəyi barədə məlumat verilmişdir. Odur ki, Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada təkrarən məlumat verilməsinə baxmayaraq, həmin təşkilatdan nümayəndə məhkəmə iclasına gəlməmiş və bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, nümayəndənin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan inzibati pozuntu ilə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, istər aktın tərtib olunması zamanı, istərsə də protokolun tərtibi zamanı hüquqi şəxsə bu barədə hər hansı bir rəsmi məlumat verilməsi öz əksini tapmamış və eləcə də ümumiyyətlə qeyd olunan MMC-nin həqiqətən də mövcud olub-olmaması, həmin ərazidə fəaliyyət göstəribgöstərməməsi və törədilməsi ehtimal olunan inzibati xətanın həmin MMC tərəfindən törədilməsini iş materialları ilə müəyyən etmək mümkün deyildir. Bundan başqa məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X1 və Təbii Sərvətlər İdarəsinin nümayəndələri tərəfindən qeyd olunan vaxtda və həmin ərazidə yoxlama, yaxud baxışın keçirilməsinə dair rəsmi icazələrinin olub-olmamasına dair sübutlar müəyyən edilməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş 13 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda İXM-nin 100-cü maddəsinin tələbləri pozulmaqla hüquqi şəxs Şəxs MMC-nin törətməsi ehtimal edilən inzibati xətanın aşkar edilməsində mütəxəssis rəyindən və xüsusi texniki vasitələrdən istifadə edilib-edilməməsi tam göstərilməmişdir. Belə ki, həmin protokolda istifadə olunan xüsusi texniki vasitənin yalnız göstəricisi, markası və modeli göstərilmişdir. Lakin Azərbaycan Respublikası İXM-nin 100.1.8-ci maddəsində göstərilir ki, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilməlidir. Bundan başqa protokolun surətinin barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin qanuni təmsilçisinə verilməsi və ya hüquqi şəxsin ünvanına göndərilməsi barədə heç bir sübut əlavə edilməmişdir. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin qanuni təmsilçisinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 100.1.1-ci maddəsinə əsasən protokolun tərtib edildiyi tarix və yer inzibati xəta haqqında protokolda göstərilməlidir. Həmin Məcəllənin 100.5-ci maddəsində göstərilir ki, protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Bundan başqa iş materiallarına inzibati xətanın törədildiyi ehtimal edilən yerin görüntüsünü əks etdirən müəyyən fotoşəkillər əlavə olunmuşdur. Lakin həmin qeyrimüəyyən fotoşəkillər vasitəsilə Şəxs MMC-nin yuxarıda qeyd olunan inzibati xətanı törətməsini müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.3-cü maddəsində göstərilir ki, xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə köməkedən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, Şəxs MMC barəsində olan inzibati xəta haqqında protokol tərtib edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X1 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 13 dekabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsassız sayılmaqla, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 128, 129, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində İXM-nin 233.1 və 271-ci maddələrinə əsasən təqsirləndirilməsinə dair inzibati material natamam olduğundan, yenidən araşdırılıb baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X1 və Təbii Sərvətlər İdarəsinə geri qaytarılsın. Hakim Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-391/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-391/2022
29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver