Məhkəmə qərarları › İş №3(002)-392/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-392/2023

05.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-392/2023 05.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində (bundan sonra-Şəxs ASC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1, 266.1 və 266.2-ci maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsi Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1, 266.1 və 266.2-ci maddələri ilə MN ******* nömrəli, 27 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərmişdir. Həmin inzibati xəta haqqında protokola əsasən Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1, 266.1 və 266.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 izahatında bildirmişdir ki, X6 Monitorinq İdarəsi tərəfindən Xəzər dənizinə ətraf təsirlərin müəyyən olunması üçün monitorinq aparılmışdır. Araşdırma zamanı "xxxx" ASC-nin balansında olan Sahil qəsəbəsindəki təmizləyici qurğunun istifadə edilməməsi, Lökbatan qəsəbəsi ərazisində olması planlaşdırılan təmizləyici qurğunun istismara verilməməsi tərəflərindən müəyyən olunmuş, araşdırmada səlahiyyətli nümayəndələrinin iştirak etməsi məqsədi ilə "xxxx" ASC-nin tullantı su şəbəkələrinin istismarı şöbəsinin istismar nümayəndəsi X3 və Ekologiya Şöbəsinin nümayəndəsi Elmir Məmmədli ilə telefon vasitəsilə əlaqə saxlanılaraq bülletendə qeyd olunan qanun pozuntularının aşkar olunduğu ərazilərə birgə baxış keçirilməsi təklif olunsa da, onlar müxtəlif səbəblərdən araşdırmada iştirak etməkdən imtina etmişlər. Göstərilənləri nəzərə alaraq "xxxx" ASC-nin barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ASCnin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarında olan 17 mart 2023-cü il tarixli, 3(002)-392/2023 saylı bildirişdən görünür ki, Şəxs ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanına Qaradağ Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir. (19 mart 2023-cü il tarixli reyestrdə sıra nömrəsi 87). İş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, Şəxs ASC-nin nümayəndəsi tərəfindən 28 mart 2023-cü il tarixdə bildiriş qəbul edilmişdir. Bununla da, məhkəmə hesab edir ki, Şəxs ASC-nin nümayəndəsinin iş üzrə icraatda iştirakının təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirilmişdir. Belə ki, Şəxs ASC-nin ünvanı kimi qeyd edilən Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanına bildirişlər göndərilmiş, həmçinin Şəxs ASC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədilə 29 mart 2023-cü il tarixli məhkəmə iclası 05 aprel 2023-cü il tarixə təxirə salınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 11 X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 77931 nömrəli, 13 fevral 2023-cü il tarixli aktdan görünür ki, 07-13 fevral 2023-cü il tarixində Bakı şəhəri Qaradağ rayonu Ələt, Sahil, Puta, Səngəçal, Qobustan və Lökbatan qəsəbələrində yoxlama aparılmışdır. X6 Monitorinq İdarəsi tərəfindən daxil olmuş xx.xx.2022-ci il tarixli bülletendə qeyd olunanlar tərəflərindən İdarənin xx.xx.2023-cü il tarixli BD seriyalı 034 saylı sərəncamına əsasən yerində araşdırılmışdır. Araşdırma zamanı "xxxx" ASC-nin balansında olan Sahil qəsəbəsindəki təmizləyici qurğunun istifadə edilməməsi, Lökbatan qəsəbəsi ərazisində olması planlaşdırılan təmizləyici qurğunun istismara verilməməsi tərəflərindən müəyyən olunmuşdur. Həmçinin araşdırma zamanı Sahil, Ümid, Səngəçal, Qobustan, Lökbatan, Ələt qəsəbələrində formalaşan tullantı sularının təmizləmə aparılmadan Xəzər dənizinə birbaşa və ya dolayı yolla axıdılması müəyyən olunmuşdur. Qeyd olunanlar ilə əlaqədar olaraq araşdırmada səlahiyyətli nümayəndələrinin iştirak etməsi məqsədi ilə "xxxx" ASCnin tullantı su şəbəkələrinin istismarı şöbəsinin istismar nümayəndəsi X3 və Ekologiya Şöbəsinin nümayəndəsi Elmir Məmmədli ilə telefon vasitəsilə əlaqə saxlanılaraq bülletendə qeyd olunan qanun pozuntularının aşkar olunduğu ərazilərə birgə baxış keçirilməsi təklif olunsa da, onlar müxtəlif səbəblərdən araşdırmada iştirak etməkdən imtina etmişlər. Bülletendə Ələt qəsəbəsində, Qobustan qəsəbəsində formalaşan tullantıların daşınması, tullantı məntəqələrindəki qutulardan həyata keçirildiyini, həmçinin tullantı qutuları olmayan ərazilərə vətəndaşlar tərəfindən tullantıların atıldığını və həmin tullantıların daşınmasını onların səlahiyyətlərinə aid olmadığını qeyd etmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayonunun Ələt, Sahil, Puta, Səngəçal, Qobustan və Lökbatan qəsəbələrində keçirilmiş monitorinqlər haqqında 31 yanvar 2023cü il tarixli informasiya bülletenindən görünür ki, keçirilmiş monitorinq zamanı Bakı şəhəri Qaradağ rayonu mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi ilə tam təmin olunmadığından qeyd olunan ərazilərdə formalaşan tullantı sularının təmizlənmədən və zərərsizləşdirilmədən relyefə, sahil zolağına və Xəzər dənizinə axıdılması, tullantıların parakəndə şəkildə səpələnməsi və qalaqlanması müşahidə olunmuşdur. Belə ekoloji pozuntu halları rayonun Ələt, Sahil, Puta, Səngəçal, Qobustan və Lökbatan qəsəbələrində tullantı sularının birbaşa və müxtəlif yollarla Xəzər dənizinə və sahil zolağına axıdılması nəticəsində çimərlik sahələrinin bataqlığa çevrilməsinə, tullantı su gölməçələrinin və qamışlıq sahələrinin əmələ gəlməsinə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə- fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 266.1-ci maddəsinə əsasən Şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə-fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 266.2-ci maddəsinə əsasən Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə-vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, "xxxx" ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1, 266.1 və 266.2-ci maddələrində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə ilk növbədə qeyd edir ki, iş materiallarından da aydın olduğu kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs ASC-nin balansında olan Qaradağ rayonu Ələt, Sahil, Puta, Səngəçal, Qobustan və Lökbatan qəsəbələrində formalaşan tullantı sularının təmizləmə aparılmadan Xəzər dənizinə birbaşa və ya dolayı yolla axıdılması müəyyən edilmiş, bu barədə müvafiq araşdırma aparılmış və 27 fevral 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin, inzibati araşdırma ilə bağlı səlahiyyətli orqan tərəfindən rəsmi qaydada hüquqi şəxs Şəxs ASC-yə məlumat verilmiş, iş materiallarına əlavə edilmiş xəbərnamədən həmin məktubların Şəxs ASC-nin rəhbərliyinə ünvanlandığını, ümumi şöbənin əməkdaşı Quliyevanın aldığı müəyyən edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs ASC barəsində tərtib olunmuş inzibati protokol ilə əlaqədar olaraq aparılan inzibati araşdırmada iştirak etmiş Elmir Məmmədli adlı nümayəndə protokola imza etməkdən imtina etmişdir. Bundan əlavə 13 fevral 2023-cü il tarixli Aktdan görünür ki, monitorinq keçirilməsi nəzərdə tutulmuş ərazilərə birgə baxış keçirilməsi məqsədi ilə "xxxx" ASC-nin tullantı su şəbəkələrinin istismarı şöbəsinin istismar nümayəndəsi X5 və Ekologiya Şöbəsinin nümayəndəsi Elmir Məmmədli ilə telefon vasitəsilə əlaqə saxlanılaraq onlara iştirak etmələri təklif olunsa da, onlar araşdırmada iştirak etməkdən imtina etmişlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1, 266.1 və 266.2-ci maddələri ilə təqsirli bilinərək onun barəsində 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1, 266.1 və 266.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 10.000 (on min) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar