Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-393/2022 15.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 65C ünvanında qeydiyyatda olan "xxxx" MMC-dən daxil olmuş etirazın icraata qəbul edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: "xxxx" MMC tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhəməsinə 15 mart 2022-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin icaartında olan 3(002)-348/2022 saylı iş üzrə etiraz daxil olmuşdur. Məhkəmə, "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış etirazı nəzərdən keçirərək hesab edir ki, etiraz geri qaytarılmalı və baxılması üçün 3(002)-348/2022 saylı inzibatı işə əlavə edilməlidir. Belə ki, qeyd olunan etiraz Qaradağ Rayon Məhkəməsinin icraatında olan 3(002)- 348/2022 saylı inzibatı iş üzrə verildiyi halda Qaradağ Rayon Məhkəməsinin dərftərxanası tərəfindən “kargüzarlıq haqqında təlimatın” tələbləri pozulmaqla ayrıca inzibati iş kimi qeydiyyata alınmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: "xxxx" MMC tərəfindən 3(002)-348/2022 saylı iş üzrə verilmiş etiraz geri qaytarılsın. "xxxx" MMC tərəfindən 3(002)-348/2022 saylı iş üzrə verilmiş etiraz mahiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinin icraatında olan 3(002)-348/2022 saylı inzibati materiala əlavə edilsin. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-393/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-393/2022
15.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver