Məhkəmə qərarları › İş №3(002)-398/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-398/2022

31.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-398/2022 31.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Bakı şəhəri, Qaradağ rayonu, Səlyan şossesi, 15-ci km-də ünvanında qeydiyyatda olan "xxxx" MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İşdə olan EP ******* №-li 10 mart 2022-ci il tarixli protokoldan aydın olur ki, "xxxx" MMC 57323.25 (əlli yeddi min üç yüz iyirmi üç funt sterlinq, 25 penni) İngilis funt sterlinqi məbləğində vəsaiti 29 yanvar 2020-ci il tarixdə xaricə köçürmüş və iki il müddət keçsə də 57323.25 (əlli yeddi min üç yüz iyirmi üç funt sterlinq, 25 penni) İngilis funt sterlinqi məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 30 yanvar 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə həmin təşkilat barəsində barəsində İXM-nin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının və barəsində inzibati icraat aparılan şəxs "xxxx" MMC -nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında prtokolu və ona əlavə olunmuş sənədləri tədqiq edərək, eləcə də "xxxx" MMC-nin məhkəməyə ünvanladığı 29 mart 2022-ci il tarixli məktubunu nəzərdən keçirərək hesab edir ki, "xxxx" MMC barəsində daxil olmuş inzibati protokol yenidən araşdırılması üçün onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, "xxxx" MMC-nin 30 mart 2022-ci il tarixdə məhkəməyə daxil olmuş 29 mart 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Katerers Developers və Kontraktors və Mavi Dalğa" MMC barəsində İXM-nin 430.4-cü maddəsi ilə inzibati xətanın törədilməsi barədə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Həmin iş üzrə məhkəmə baxışı 31 mart 2022-ci il tarixinə saat 14:40-a təyin edilmişdir. Aşağıda gətirilən əsaslara və təqdim edilən rəsmi sübutlara əsasən hesab edirlər ki, "Katerers Developers və Kontraktors və Mavi Dalğa” MMC barəsində İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işə İXM-nin 53-cü maddəsinə əsasən (inzibati xəta hadisəsinin baş verməməsi əsası ilə) xitam verilməlidir. Bildirmişlər ki, "Katerers Developers və Kontraktors və Mavi Dalğa” MMC tərəfindən 17 yanvar 2020-ci il tarixində Böyük Britaniyanın PKL Group (UK)Limited/StellaVvay X1 şirkətinə ayrı-ayrılıqda 126.000, 76.431, 57.323,25 və 94.500 ingilis funt sterlinqi məbləğlərində pul vəsaitləri köçürülmüşdür. Bütün bu məbləğlər həmin şirkətə ona görə köçürülmüşdür ki. "Katerers Developers və Kontraktors və Mavi Dalğa“ MMC-nin "Azərbaycan Beynəlxalq Əməliyyat“ Şirkətinin Azərbaycan Nümayəndəliyi ilə bağlanmış müvafiq müqaviləyə əsasən həmin şirkətdə mətbəx avadanlıqlarının bütünlüklə yenilənməsi həyata keçirilməli idi. Ona görə də köçürülmüş həmin məbləğlərin qarşılığında 16 aprel 2020-ci il tarixində (həmin pulların köçürülmə vaxtından 3 ay keçməmiş) Azərbaycan Respublikasına müvafiq yük gömrük bəyannamələrinə əsasən bütün mallar gömrük orqanına bəyan edilmiş və 18 aprel 2020-ci il tarixində həmin malların hamısı ölkəyə buraxılmışdır. Buna sübut üçün bütün yük gömrük bəyannamələrinin surətləri məhkəməyə təqdim edilir. Göründüyü kimi "Katerers Developers və Kontraktors və Mavi Dalğa“MMC-nin əməlində İXM-nin 430.4-cü maddəsinin tərkib əlamətləri yoxdur. Odur ki təqdim edilmiş həmin sübutlara əsasən, hesab edirlər ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" MMC barəsində İXM-nin 430.4-cü maddəsi ilə inzibati xətanın törədilməsi barədə tərtib edilmiş 10 mart 2022-ci il tarixli EP№0032323 nömrəli və EP№0032577 nömrəli inzibati xətalar haqqında protokollar əsassızdır. Məhz ona görədə həmin protokollar əsasında "Katerers Developers və Kontraktors və Mavi Dalğa” MMC barəsində İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraatlara xitam verilməsi xahiş edilmişdir. Məhkəmə, "Katerers Developers və Kontraktors və Mavi Dalğa” MMC tərəfindən göndərilmiş ödəniş tapşırıqlarının surətlərini, yük gömrük bəyannamələrinin surətlərini və PO sənədlərinin surətlərini nəzərdən keçirərək hesab edir ki, qeyd olunan sənədlər əsasında yenidən inzibati araşdırma aparılmaqla "Katerers Developers və Kontraktors və Mavi Dalğa” MMC-nin yuxarıda qeyd olunan inzibati xətanı törədib-törətməməsi yenidən müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati material Azərbaycan Respublikasının Mərkəzi Bankına geri qaytarılsın. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar