Məhkəmə qərarları › İş №3(002)-399/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-399/2021

23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-399/2021 23.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru polis mayoru X1, Zərərçəkmiş şəxsin nümayəndəsi X4, Müdafiəçi Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1991-ci ildə Abşeron rayonu, Qobu qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10-cu PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş sənədlərdən aydın olur ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “King Smart” ərzaq mağazasından 63.60 (altmış üç manat altmış qəpik) manat məbləğində kərə yağı oğurlamışdır. Buna görədə onun barəsində xx xxxxxx 2021-ci il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Qaradağ RPİ-nin 10-cu PB-nin sahə ispektoru, polis mayoru X2, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx xxxxxx 2021-ci il tarixdə MN ******* saylı İnzibati xəta haqqında protokol tərtib etmiş və inzibati material aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Protokol xx xxxxxx 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar əsasında tərtib edilmişdir. Qeyd olunan qərara və protokola əsasən, Şəxs xx xxxxxx 2021-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “King Smart” ərzaq mağazasından 63.60 (altmış üç manat altmış qəpik) manat məbləğində kərə yağı oğurlamışdır. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin 10-cu PB-nin sahə ispektoru, polis mayoru X2 tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “King Smart” ərzaq mağazasından 63.60 (altmış üç manat altmış qəpik) manat məbləğində kərə yağı oğurlamışdır. İnzibati xəta törətmiş şəxs Şəxs dəymiş ziyanın ödənilməsi üçün şərait yaradılsada hazırda onun tərəfindən dəymiş zərər ödənilməmiş qalmışdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi X5 öz izahatında bildirmişdir ki, o, “King Smart” mağazasının müdiri vəzifəsində çalışır. Dükanda olan “Vest gold” markalı yağın əksik gəldiyi üçün onda şübhə yaranmışdır. xx xxxxxx 2021-ci il tarixdə o, dükanda olan təhlükəsizlik kamerasına baxan zaman orada adını sonradan öyrəndiyi İxtiyar adlı şəxsi dükanda saxlayaraq dükandan oğurluq etdiyini aşkar etmişdir. Onlar həmin şəxsi dükanda saxlayaraq polisə məlumat vermişdirlər. Onlara vurulmuş ziyan ödənilmədiyi və həmin şəxs tərəfindən əvvəllər də eyni oğurluq hadisəsi törədildiyi üçün Şəxs barəsində inzibati qaydada həbs növündə tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında yuxarıda qeyd olunan xırda talamanın onun tərəfindən törədildiyini və vurduğu ziyanı ümumiyyətlə ödəyə bilməyəcəyini, buna maddi vəziyyətinin imkan vermədiyini bildirmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs törətdiyi xırda talama iş materilalları ilə tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası İXM-nin 21-ci İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, vurulmuş ziyandan heç bir ödəniş etməməsini və buna hər hansı bir formada cəhd belə göstərməməsini nəzərə alaraq ona inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini daha ədalətli və məqsədə müvafiq hesab edir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan aydın olur ki, Şəxs qeyd olunan inzibati pozuntuya görə xx xxxxxx 2021-ci il tarixdə saat 21:20-də tutulmuşdur. Şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən 3 iş saatı sərf olunmuşdur. Odur ki, məhkuma göstərilmiş hüquqi yardımla bağlı 18 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli xx xxxxxx 2021-ci il saat 21:20-dən hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinin 10-cu PB-nə həvalə edilsin. 4.İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. 5.Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar