Məhkəmə qərarları › İş №3(002)-399/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-399/2022

16.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-399/2022 16.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X10, Tələbkarlar "xxxx" ASC-nin etibarnə üzrə nümayəndəsi X1, "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 və X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1974-cü ildə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X14, borclu Şəxs barəsində protokol tərtib edərək, məhkəmə qərarları üzrə fikizi şəxslərə, hüquqi şəxslərə və kredit təşkilatlarına külli miqdarda olan borcunu ödəmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X14 izahat verərək bildirmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-2998/2015 saylı, 29 iyul 2015-ci il tarixli icra vərəqəsinə əsasən X2 və Şəxs 5077.16 ABŞ dolları məbləğində əsas borc və 995.36 ABŞ dolları məbləğində kreditə görə faiz borcu, cəmi 6072 ABŞ dolları 52 sent Azərbaycan manatı məzənnəsinə uyğun olaraq və 30 manat ödənilmiş dövlət rüsumu məbləğinin “İnkişaf üçün Maliyyə” BOKT MMC-nin xeyrinə tutulması qət edilmiş, icra sənədi icraata daxil olduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclu bu günədək borcundan heç bir ödəniş etməmişdir. Bundan başqa Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 28 fevral 2018-ci il tarixli, 2(006)- 1083/2018 saylı icra vərəqəsinə əsasən Şəxs X5 xeyrinə 706 manat məbləğində pulun tutulması qət edilmişdir. Bundan başqa Səbail rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 2(009)-1862/2018 saylı icra vərəqəsinə əsasən Şəxs və X6 "xxxx" ASC-nin xeyrinə 2.706,62 manat əsas, 77,82 manat faiz və 70 manat cərimə borcu olmaqla cəmi 2.854,44 manat məbləğində kredit borcu, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının müştərək qaydada tutulması qət edilmiş, icra sənədi icraata daxil olduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclu bu günədək borcundan heç bir ödəniş etməmişdir. Bundan başqa Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 2(002)-2360/2018 saylı, 27 avqust 2018-ci il tarixli icra vərəqəsinə əsasən 04 mart 2017-ci il tarixli müqavilə üzrə cavabdeh Şəxs 1080 manat ödənilməmiş hissə, 100 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1210 manat məbləğində pulun tutulub "xxxx" MMC-yə ödənilməsi qət edilmiş, icra sənədi icraata daxil olduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclu bu günədək borcundan heç bir ödəniş etməmişdir. Bundan başqa Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 2(002)1510/2018 saylı, 29 avqust 2018-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh X20 oğlundan 7200 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 7230 manat məbləğində pulun tutularaq iddaçı X11 ödənilməsi qət edilmiş icra sənədi icraata daxil olduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclu bu günədək borcundan heç bir ödəniş etməmişdir. Bundan başqa Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 2(002)-882/2021 saylı, 07 aprel 2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdehlər Şəxs və X4 4266,60 manat məbləğində əsas borc, müqavilə müddəti ərzində ödənilməmiş 1357,82 manat faiz borcu və 50.00 manat cərimə borcu olmaqla, cəmi 6043,01 manat kredit borcunun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmiş, icra sənədi icraata daxil olduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclu bu günədək yuxarıda qeyd olunan borclarından heç bir ödəniş etməmişdir. Eləcə də borclu icra işi ilə bağlı icra şöbəsinə dəfələrlə rəsmi və qeyri-rəsmi qaydada çağırılsa da icra şöbəsinə gəlməkdən imtina etmiş və bunun səbəbləri barədə də heç bir məlumat verməmişdir. Odur ki, Şəxs barəsində ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar "xxxx" ASC-nin etibarnə üzrə nümayəndəsi X9 öz izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs indiyədək borcundan heç bir ödəniş etmədiyini bildirərək onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X12 öz izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs indiyədək borcundan heç bir ödəniş etmədiyini bildirərək onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X13 öz izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs indiyədək borcundan heç bir ödəniş etmədiyini bildirərək onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, icra sənədlərindən xəbərdardır, bununla belə, o, borclarını ödəmək istəsə də borcundan hər hansı bir miqdarda ödəniş etmək iqtidarında deyildir. Belə ki, İİİ qrup Qarabağ müharibəsi əlili olmaqla əlilliklə əlaqədar aldığı pensiya bu yaxınlarda kəsildiyindən hal-hazırda heç bir gəlirə malik deyil. İcra məmurunun çağırışlarına isə gəlməyin vacib olmadığını düşünmüşdür. Gələcəkdə imkanı olanda borcundan ödənişlər edəcəkdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun, icra məmurunun və tələbkarın izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədlərini uzun müddətdər ki, icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları və inzibati xəta haqqında tərtib edilmiş 16 mart 2022-ci il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməməkvə icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrasından uzun müddət keçməsinə baxmayaraq qətnamələri icra etməməsi və eləcə də icra məmurunun çağırışlarına hər hansı bir üzrlü səbəb olmadan gəlməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlil də gətirməmiş, əksinə öz izahatı və hərəkətləri ilə yaranmış borcunu ödəməyəcəyini bir daha nümayiş etdirmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya çərçivəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 16 mart 2022-ci il tarixdən saat 16:55-dən hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon icra şöbəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar