Məhkəmə qərarları › İş №3(002)-4/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-4/2025

09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-4/2025 09.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə Bakı şəhəri Qaradağ Rayon Prokurorluğu tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-nin 198.3-cü maddəsi ilə Bakı şəhəri Qaradağ Rayon Prokurorluğu tərəfindən toplanmış inzibati material və ona əlavə edilmiş sənədlər baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 05 dekabr 2024-cü il tarixli qərardan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, vəzifəli şəxs Şəxs – SOCAR “Azneft” X5 Emalı Zavodunda böyük mexanik vəzifəsində işləyən zaman Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki “Azneft” İB-nin X8nun ərazisində yerləşən iş sahəsində 1.1 metr hündürlükdə görüləcək işlər üçün istifadə olunan ayaqaltının etibarlı şəkildə bərkidilməsi təmin edilmədən həmin işlərin başlanılmasına yol verdiyinə görə, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik “Qaydaları”nın 5.27.2 və 5.27.3-cü bəndlərinin tələblərini pozduğundan, xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində həmin zavodda təmirçi-çilingər işləyən Zərərçəkmiş şəxs 1.1 metr hündürlükdən yıxılaraq sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmuş, bununla da Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərərin vurulması inzibati xətasını törətmişdir. İş materiallarında olan “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 05 dekabr 2024-cü il tarixli qərarın nəticə hissəsindən aydın olur ki,

1. Vəzifəli şəxs X4 (FİN – xxxxxxx) – xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, “SOCAR” Neft X8nda iş icraçısı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan – barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması, 2.Qərar və toplanmış material baxılması üçün Bakı şəhəri, Qaradağ rayon məhkəməsinə göndərilməsi, 3.Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göndərilməsi, 4.Barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılan şəxsə Azərbaycan Respublikasının İXM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında əməlini etiraf edərək bildirmişdir ki, o, 2023-cü ilin may ayından “SOCAR” Neft X8nda iş icraçısı işləyir. Vəzifəsi “SOCAR” Neft X8nda qurğularda olan avadanlıqların texniki sazlığına və təmirinə cavabdehlik daşımaqdan ibarətdir. İş görülən zaman qrupunda olan işçilər ona tabedirlər. Hadisə olan günü, yəni 26 aprel 2024cü il tarixdə 09 radələrində təlimatdan sonra təyinat yerinə getmişdir. Zərərçəkmiş şəxs tabeliyində olan işçilərdən biri imiş, İB-4 istilik dəyişdiricinin qapağının flyansını açmaq işi tapşırılmışdır. Füzulidən başqa Vurğun Kərimov da orada işləməli imiş. O, Füzuli və Vurğuna təlimat keçmiş, işi başa salmış və digər işçiləri iş yerlərinə aparmışdır. Saat 10 radələrində iş yerində gəzən zaman Füzulini ayağının altını tutaraq oxaladığını görmüş, nə baş verdiyini soruşduqda ayaq altıdan yıxıldığını bildirmişdir. O öz izahatında daha sonra bir daha belə hərəkətlərə yol verməyəcəyini, zərərçəkənlə barışdığını və zərərəçəkənin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək barəsində aşağı həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 1994-cü il tarixdən “SOCAR” Neft X8nda təmirçi-çilingər işləyir, vəzifəsi zavodda olan cari təmir işlərini görməkdən ibarətdir. O, sex rəisi Nizamiyə və iş icraçısı Elvin adlı şəxsə tabedir. Hadisə baş verdiyi gün, yəni xx.xx.2024-cü il tarixdə saat 10 radələrində sex rəisi Nizaminin təlimatından sonra təyinat yerinə getmişdir. Həmin gün üçün “flənç” birləşməsini yerinə bərkitməli idi. Bərkidəcəyi yer 1.1 metr hündürlüyündə olmuşdur. O, nərdivandan istifadə etməmiş, idarə daxili qaydaya əsasən xüsusi olaraq belə işlər üçün nəzərdə tutulmuş ayaq altı vasitəsi ilə oraya qalxmışdır. Sol ayağını atan kimi sürüşmüş, sağ ayağı üstünə yıxılmışdır. Hadisə baş verəndə yanında heç kim olmamış, iş icraçısı Elvin həmin vaxt digər təmirçilərin gördüyü işlərə nəzarət etmək üçün getmişdir. O, ağrını hiss edəndən sonra köməyə adamlar çağırmışdır. O, hal-hazırda barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan Şəxs şikayətçi olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Qaradağ Rayon Prokurorluğuna təkrarən məlumat verilsə də nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməli iş materialları ilə tam təsdiq olunur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X6 14 sentyabr 2024-cü il tarixli, 575 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətsağ daban sümüyünün orta hissəsinin qapalı, yerinidəyişmiş sınığı bərk küt əşya təsirindən törənmişdir, xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətin şəxsin hündürlükdən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunmur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2024-cü il tarixli, 10/7527 saylı rəyində göstərilmişdir ki; Baş vermiş hadisə ilə əlaqədar, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydalar’nın 5.27.2, 5.27.3-cü bəndlərinin, “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxiii nizam qaydaları”nın 11-ci bəndinin “b”, “d” abzaslarının və iş materialında əlavə edilmiş “Texnoloji qurğuların təmiri üzrə çilingər üçün təhlükəsizlik texnikası üzrə 46 №li Təlimafın “İşdən əvvəl tələblər” başlığının 12-ci bəndinin tələbləri pozulmuşdur. “SOCAR” Neft X8n ərazisində yerləşən iş sahəsində 1.1m hündürlükdə görüləcək işlər üçün istifadə olunan ayaqaltının etibarlı şəkildə bərkidilməsi təmin edilmədən həmin işlərin başlanılmasına yol verildiyinə görə, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik “Qaydalar” nın 5.27.2, 5.27.3-cü bəndlərinin tələbləri, həmin sahədə işlərin görülməsinə rəhbərlik etmiş şəxs və ya şəxslər tərəfindən pozulmuşdur. “SOCAR” Neft X8nda təmirçi-çilingər vəzifəsində işləyən X1 1.1 metr hündürlükdə flyəns birləşməsinin yerinə bərkidilməsi işinin görülməsinə başlamazdan əvvəl ayaqaltının saz, yəni dayanıqlı vəziyyətdə olmasını yoxlamadan onun üzərinə çıxamaqla öz fərdi təhlükəsizliyini qorumadığına görə “təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin “B, D” abzaslarının və iş materialında əlavə edilmiş “texnoloji qurğuların təmiri üzrə çilingər üçün təhlükəszilik teznikası üzrə 46 № təlimat”ın “İşdən əvvəl tələblər” başlığının 2-ci bəndinin tələbləri Zərərçəkmiş şəxs özü tərəfindən pozulmuşdur. İş materiallarında olan 20 noyabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan aydın olur ki;

1. Toplanmış 24-3-2-2/313-0328 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş,

2. Qərarın surətinin təsdiq edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi,

3. Qərarın surətinin məlumat üçün şəxsə göndərilməklə, qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət vermək hüquqnun izah edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş “Socar” X8 tərəfindən verilmiş 09 yanvar 2025-ci il tarixli xasiyyətnamədə Şəxs müsbət xarakterizə edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, Şəxs İXM-nin 198.3-cü maddəsinin tələblərini pozmaqla inzibati xəta törətməsi iş materialları və özünün məhkəmə iclasında verdiyi izahatı ilə bir daha təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulması ərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs əməlini etiraf edərək peşiman olmasını, iş yerində müsbət xarakterizə edilməsini və zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində aşağı həddə cərimənin tətbiq edilməsi daha məqəsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 128, 129, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar