Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-40/2023 23.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakarı ilə, barəsində Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının birinci müavini X6 tərəfindən qəbul edilmiş 21 iyun 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının birinci müavini X6 tərəfindən qəbul edilmiş 21 iyun 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 300 manat məbləğində cərimə olunmuşdur. 09 yanvar 2023-cü il tarixdə X4 barəsində Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının birinci müavini X6 tərəfindən qəbul edilmiş 21 iyun 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4 şikayətini onunla əsaslandırmışdır ki, Yasamal rayon İcra şöbəsindən xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubu xx.xx.2022-ci il tarixli məktub zərfi ilə ona təqdim edilmiş, xx.xx.2022ci il tarixli ərizə ilə poçt vasitəsi ilə icra şöbəsinə müraciət etmiş, qeyd edilən qərarın ona təqdim edilməsini xahiş etmişdir. İcra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə qeyd edilən qərarın surəti ona təqdim edilmiş, bu barədə tarix qoymaqla imzalanmışdır. Həmin qərara əsasən o, inzibati xətalar məcəlləsinin 395-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə olunmuşdur. Qeyd olunan qərar Qaradağ Rayon İcra Hakimiyyəti başçının birinci müavini tərəfindən imzalanmış, inzibatı icraat zamanı isə ona məlumat verilməmişdir. Xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa edəcəyi fərdi evin "xxxx" MMC tərəfindən hazırlanmış layihəsi Qaradağ Rayon İcra Hakimiyyətinin rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi tərəfindən təsdiqlənmiş və icra hakimiyyətində saxlanılmaqdadır. Həmin layihə icra hakimiyyətində olmasa belə Şəhərsalma və Tikinti Məcəlləsinin tələbinə əsasən, tikinti barədə məlumat verildiyindən əlavə hər hansı bir hərəkətin edilməsinə zərurət yoxdur. Şəhərsalma və Tikinti Məcəlləsinin tələbinə əsasən məlumatladırma icraatı təmin edilməklə həmin məcəllənin 80-cı maddəsinə əsasən, məlumatlandırma təmin edildikdən sonra 3 aylıq müddət keçərsə artıq tikinti işlərinə başlamaq hüquq pozuntusunun tərkibini yaratmır. Yəni 3 aydan sonra hər hansı bir etiraz irəli sürülə bilməz. Layihə 2020-ci ilin layihəsi olmaqla artıq üzərindən 2 il müddət keçəndən sonra hər hansı bir etiraz yol verilməzdir. Məhkəmə iclasında şikayətçi X4 verdiyi şikayəti müdafiə edərək, bildirmişdir ki, xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin inşası üçün tələb olunan bütün sənədləri hazırlayaraq, Qaradağ Rayon İcra Hakimiyyətinin müvafiq şöbəsinə təqdim etmişdir. Barəsində qəbul edilmiş qərar əsassızdır, o, heç bir pozuntu etməmişdir. Göstərilənləri nəzərə alaraq, Qaradağ Rayon İcra Hakimiyyətinin 21 iyun 2022-ci il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərarının qanunsuz hesab edilməklə ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 bildirmişdir ki, şikayətin təmin və ya rədd edilməsini məhkəmənin mülahizəsinə buraxır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi üzərində X2 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 07 oktyabr 2021-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan "xxxx" MMC Memarlıq-planlaşdırma bölməsinin eskiz layihəsindən görünür ki, baş plan Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Aparatının rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Q.Abdullayev ilə razılaşdırılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının birinci müavini X6 tərəfindən qəbul edilmiş 21 iyun 2022ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X.H.Eyvazova yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında müvafiq icazə almadan özbaşına tikinti işləri aparmışdır. Beləliklə inizibati xəta haqqında işə baxılması zamanı müəyyən edilmişdir ki, X4 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən 0.05 ha torpaq sahəsində fərdi yaşayış evi inşa etdirdiyinə görə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini X6, X2 tikintiyə müvafiq icazə alınmadığını əsas tutaraq onu Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək, 300 manat cərimə olunması barədə 21 iyun 2022-ci il tarixli, MN ******* nömrəli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin dispozisiyasından da görünüdüyü kimi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbindən göründüyü kimi X2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən 0.05 ha torpaq sahəsində fərdi ev inşa etməsi ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi tərəfindən razılaşdırılmış memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı (mərtəbələrin planı, ön fasad) tərtib edilmişdir. Məhkəmə hesab edir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququ olduğu, eyni zamanda həmin torpaq sahəsində fərdi ev inşa etməsinə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi tərəfindən razılaşdırılmış baş plan olduğu halda X2 Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi yol verilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, əməlində inzibati xəta tərkibi olmadığına görə X4 barəsində qəbul edilmiş inzibati tənbeh haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXMnin 53.1 və 53.1.2-ci maddəsinə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1 və 135.1.5-1-ci maddələrinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının birinci müavini X6 tərəfindən qəbul edilmiş 21 iyun 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-40/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-40/2023
23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver