Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-400/2021 26.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1964-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 mənzil 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Qaradağ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli, MN 04771402 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(006)-3440/2012 nömrəli icra vərəqəsinə əsasən, cavabdehlər X1 və Şəxs iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada 9583 ABŞ dolları əsas kredit borcu, 12593 ABŞ dolları 52 sent faiz borcu, 900 ABŞ dolları məbləğində cərimə, cəmi 23076 (iyirmi üç min yetmiş altı) ABŞ dolları 52 (əlli iki) sent məbləğində Milli manat məzənnəsinə uyğun olaraq pul tutulması, cavabdehlər X1 və Şəxs iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu tutulması qət edilmişdir. Bakı şəhəri Qaradağ rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə etdiyini qeyd edib izahatında bildirmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(006)-3440/2012 nömrəli icra vərəqəsi şöbənin icraatına daxil olmuş, xx xxxx 2013-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclular Yusif Mustafa oğlun və Şəxs ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. Bu səbəbdən də, borclunun əmlak vəziyyətini və gəlirini müəyyən etmək məqsədi ilə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adına hər hansı əmlak müəyyən edilməsə də, onun təqaüdçü olaraq 610 manat gəliri müəyyən edilmişdir. Borclu tərəfindən məhkəmə qərarının real icrasına yönələn heç bir tədbir görülməmiş, bu tədbirlərin həyata keçirilməsinə hərəkətsizlik göstərilməklə, tələbin təmin edilməsinə təşəbbüs belə göstərilməmişdir. Borclu Şəxs yerinin müəyyən olunmaması icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməməsinə mane olmuş, bu səbəblə də borclu Şəxs barəsində axtarış elan edilməsi barədə qərar qəbul edilmişdir. Qərarın icrası ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Qaradağ Rayon Polis İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə 30638 saylı axtarış işi açılmışdır. Daha sonra borclu Şəxs xx xxxxxx 2020-ci il tarixdə Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Qaradağ rayon İcra və Probasiya Şöbəsinə gətirilmiş, həmin tarixdə şöbədə izahatı alınmış, izahatında Xudat rayonunda olduğu üçün barəsində olan axtarış qərarından və qətnamədən xəbəri olmadığını bildirmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2021-ci il tarixli, MN 04771402 saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(006)-3440/2012 nömrəli məhkəmənin qətnaməsindən və icra sənədindən xəbəri olmamışdır. Bu gün Qaradağ RPİ-nin əməkdaşları tərəfindən saxlanılarkən barəsində axtarış elan olunması haqqında qərarın olmasını bilmişdir. Ona görə də, bu gün icra şöbəsinə gətirildikdən sonra icra sənədindən xəbərdar olmuşdur. Məhkəmə qərarının icrasından heç vaxt yayınmamışdır və qərarı icra etmək niyyətindədir. İcra məmurunun icra vərəqəsinin könüllü icrası ilə bağlı bildirişindən və çağırışdan məlumatsızdır. Borcunu hissə-hissə ödəyib, məhkəmə qərarının icrasını təmin edəcəkdir. Göstərilənləri nəzərə alınaraq məhkəmədən barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(006)-3440/2012 nömrəli icra vərəqəsinə əsasən, cavabdehlər X1 və Şəxs iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada 9583 ABŞ dolları əsas kredit borcu, 12593 ABŞ dolları 52 sent faiz borcu, 900 ABŞ dolları məbləğində cərimə, cəmi 23076 (iyirmi üç min yetmiş altı) ABŞ dolları 52 (əlli iki) sent məbləğində Milli manat məzənnəsinə uyğun olaraq pul tutulması, cavabdehlər X1 və Şəxs iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu tutulması qət edilmişdir. İcraata başlama haqqında xx xxxx 2013-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(006)-3440/2012 nömrəli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borclu Şəxs göndərilmişdir. Borclunun axtarışı haqqında xx xxxxxx 2020-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində axtarış elan edilmiş, qərar icra edilməsi üçün Qaradağ rayon Polis İdarəsinə göndərilmişdir. Qaradağ rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini X2 rayon İcra və Probasiya Şöbəsinin rəisi Kamal Əliyevə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, 069-3553-1221 nömrəli məktubdan görünür ki, barəsində xx.xx.2020-ci il tarixli, 30638 nömrəli axtarış işi açılmış Şəxs yeri müəyyən olunaraq Qaradağ rayon İcra və Probasiya Şöbəsinə təmin olunması üçün göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Qeyd olunan maddənin tələbindən göründüyü kimi, İXM-in 528.1-ci maddəsində nəzərdə inzibati məsuliyyət icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə yaranır. Belə ki, məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(006)-3440/2012 nömrəli qərarına əsasən icra məmuru tərəfindən tələbin könüllü icrası barədə bildirişin borclu Şəxs tərəfindən rəsmi qaydada alınması və qeyd oluna icra sənədi barədə borclunun rəsmi xəbərdar olunmasına dair hər hansı bir sübut iş materialına əlavə edilməmiş və məhkəmə baxışı zamanı icra məmuru tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınmasını əks etdirən hallar məhkəmə araşdırması zamanı müəyyən olunmadı, bu da onun hərəkətlərində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğunu istisna edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə Şəxs tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkətə yol verməsi müəyyən edilmədiyindən, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-400/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-400/2021
26.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver