Məhkəmə qərarları › İş №3(002)-405/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-405/2021

11.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-405/2021 11.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İnzibati qərardan şikayət vermiş X3, Qaradağ RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru polis serjantı X4 iştirakları ilə, Qaradağ RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru polis serjantı X6 tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə Qaradağ rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : X5 ərizə ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək barəsində Qaradağ RPİnin DYPŞ-nin YPX inspektoru polis serjantı X6 tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X5 öz izahatında verilmiş şikayəti müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon DYPŞ-nin Yol Patrul Xidməti İnspektoru polis serjantı X6 tərəfindən xx.xx.2021-ci il tarixli TP ******* saylı qərar qəbil edilərək o, İXM-nin 327.1, 211.2, 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Həmin qərarda qeyd edilir ki, o yol nişanlarının tələblərinə riayət edilməməsi, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. Buna görə də xx xxxxxx 2021-ci il tarixdə barəsində protokol tərtib edilmiş və həmin protokol əsasında tərtib edilmiş qərarla əsassız cərimə edilmişdir. Həmin vaxt o, etibarnamə ilə idarə etdiyi “CHEVROLET CRUZE” minik markalı ** VM *** dövlət qeydiyyat nişanlı avtomobildə olmuş və yanında onunla bir evdə yaşayan qardaşı olmuşdur. Onlar bir aildə yaşamaqla qanunvericiliyə əsasən maska taxılması zəruri olmamışdır. Bundan başqa o, avtomobil idarə edərkən heç bir qanunsuzluğa yol verməmişdir. Belə ki, o həmin gün Qaradağ rayonu, Lökbatan qəsəbəsi “Xan bağı” qarşısından doqquz mərtəbəyə kimi avtomobili idarə etmiş, həmin ərazidə düz yolda olmaqla heç bir əks istiqamətə manevr etməmişdir, həmin ərazidə də heç bir yol nişanı olmamışdır. Protokol tərtib edilərkən baş vermiş hadisənin dəqiq ünvanı göstərilməmiş, Lökbatan ərazisində hansı ünvanda onun yol hərəkəti qaydasını pozduğu qeyd edilməmişdir. Ona görə də hesab edir ki, tərtib edilmiş inzibati protokol əsasızdır. Odur ki, onun barəsində tərtib edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru polis serjantı X6 öz izahatında verilmiş şikayəti qəbul etməyərək bildirmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində X5 idarə etdiyi “Chevrolet Cruze” minik markalı, ** VM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmiş, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozmaqla əks istiqamətli hərəkət zolağına çıxmışdır. Buna görə də onun barəsində İXMnin 327.1, 211.2 və 327.1-ci maddəsinə əsasən inzibati protokol və qərar tərtib edilmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, X1 yanında oturan şəxsin kim olması barədə ona heç bir məlumat verilməmişdir. Odur ki, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə baxışı Qaradağ RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru polis serjantı X6, X3 inzibati pozuntusuna dair videogörüntünü məhkəməyə təqdim etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin və qərarından şikayət verilmiş şəxsin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Qaradağ RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru polis serjantı X6 tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan inzibati pozuntu ilə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, sonradan inzibati pozuntu ilə bağlı protokol və qərar qəbul edilərkən barəsində protokol tərtib edilmiş şəxsin iştirakı təmin edilməmiş, bununla bağlı hər hansı bir izahat alınmamışdır. Eləcə də iş materiallarında barəsində inzibati protokol tərtib edilmiş şəxsin inzibati araşdırmaya dəvət edilməsinə dair hər hansı bir sübut da aşkar edilməmişdir. Bundan başqa İş materiallarına əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolda İXM-nin 100-cü maddəsinin tələbləri pozulmaqla inzibati xəta törətmiş X2 törətdiyi inzibati pozunutunun nədən ibarət olması (o cümlədən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, xətanın aşkar edilməsi zamanı mütəxəssis rəyindən və xüsusi texniki vasitələrdən istifadə edilib-edilməməsi, protokol tərtib edilərkən şəxsin iştirak edib-etməməsi, onun hüquq və vəzifələrinin izah edilməsi və sair bir çox halları) müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Bundan başqa məhkəmə araşdırması zamanı istər tərəflərin izahatı, istərsə də təqdim edilmiş videogörüntüyə baxış zamanı X3 yuxarıda qeyd olunan inzibati xətaları törədib-törətməməsini, o cümlədən saxlanılarkən yanında hər hansı bir sərnişinin olubolmaması, həmin sərnişinin onun qardaşı olmaqla eyni ünvanda yaşayıb-yaşamamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafeləriniq orumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə köməkedən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, X5 barəsində olan inzibati xəta haqqında protokol tərtib edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X3 pozulmuş hüquqlarının təmin edilməsi məqsədi ilə Qaradağ RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru polis serjantı X6 tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında xx xxxxxx 2021-ci il tarixli TP ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar