Məhkəmə qərarları › İş №3(002)-407/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-407/2024

01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-407/2024 01.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1980-ci ildə Dəvəçi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 31 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Protokol 07 yanvar 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar əsasında tərtib edilmişdir. Qeyd olunan qərar və protokoldan aydın olur ki, Şəxs avtomobilini sığortalatmaq adı ilə vətəndaş X3 qarşı 225 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru X5 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, vətəndaş X6 ** DM *** dövlət qeydiyyat nişanlı “Kia Ceed” markalı avtomobilini icbari sığorta etdirmək üçün tanışı olan X4 müraciət etmiş, sonuncu isə Zahir adlı şəxsə müraciət edilməsini məsləhət vermişdir. Onlar arasında razılaşma olduqdan sonra 21 dekabr 2023-cü il tarixdə Zahirin ona göndərdiyi “Kapital Bank”a məxsus 4169 7387 1674 0315 nömrəli birkart ədv kartına 225 manat ödəniş etmişdir. Lakin avtomobilin sığortalanmadığını öyrəndikdən sonra 23 dekabr 2023-cü il taridə Zahir ilə mobil telefon əlaqəsi saxlamış, Zahir isə sistemdə problem olduğunu və məsələni həll edəcəyini bildirsə də avtomobili sığorta etdirməmiş və sonradan telefon zənglərinə cavab verməmişdir. Buna görə də Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat açılmışdır. Hal-hazırda da tərtib etdiyi protokolu müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Hal-hazıradək vurulmuş ziyan üzrə heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 öz izahatında bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, ev 69-da ailəsi ilə birlikdə yaşayır. Ötən ilin dekabr ayında idarə etdiyi ** DM *** dövlət qeydiyyat nişanlı “Kia Ceed” markalı avtomobilini icbari sığorta etdirmək üçün tanışı olan X4 müraciət etmiş, sonuncu isə Zahir adlı şəxsə müraciət etməsini məsləhət vermişdir. O Zahir ilə telefon vasitəsilə danışmış, qiymətdə razılaşdıqdan sonra Zahir ona “Kapital Bank”a məxsus 4169 7387 1674 0315 nömrəli birkart ədv kartını göndərmiş və 225 manat ödəniş etməsini bildirmişdir. O ödənişi etsə də bir müddət sonra avtomobilin sığortalanmadığını öyrənmiş, buna görə də 23 dekabr 2023-cü il taridə Zahir ilə mobil telefon əlaqəsi saxlamışdır. Zahir ona sistemdə problem olduğunu və məsələni həll edəcəyini bildirsə də avtomobili sığorta etdirməmiş və telefon zənglərinə cavab verməmişdir. Hal-hazırda Şəxs barəsində şikayətçi olsa da ona yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul edərək göstərmişdir ki, Siyəzən rayonu, Yenikənd kəndində ailəsi ilə birlikdə yaşayır, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı var. Əvvəllər “Meqa Sığorta” şirkətində işləmiş, lakin təqribən dörd ay əvvəl işdən çıxmış və heç bir yedə işləmir. Hal-hazırda maddi durumu çox pis vəziyyətdədir. 24 dekabr 2023-cü il tarixdə X6 mobil nömrə ilə ona zəng edərək özünə məxsus ** DM *** dövlət qeydiyyat nişanlı “Kia Ceed” markalı avtomobilini icbari sığorta etdirmək istədiyini bildirmişdir. Onlar qiymətə razılaşmış, sonra özünə məxsus 4169 7387 1674 0315 nömrəli bir kart ədv kartını ona göndərmiş, ona 225 manat ödəniş etməsini bildirmişdir. Lakin həmin vaxt o sığorta şirkətində işləmədiyindən və maddi problemləri olduğundan avtomobili sığrota etdirməmiş, həmçinin həmin pulu da xərcləyərək qaytarmamışdır. Lakin məqsədi Rauf Xəlilovu aldatmaq olmamışdır. O, əməlindən peşiman olduğunu, ilk dəfə belə bir hərəkət törətdiyini və hal-hazırda maddi imkanı olmadığından gələcəkdə zərərçəkənə dəymiş maddi ziyanın ödənilməsi üçün əlindən gələni edəcəyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 07 yanvar 2024-cü il tarixli, Qaradağ RPİ-nin 38-ci PBnın təhqiqatçısı, polis baş leytenantı Tərlan Ağayev tərəfindən tərtib olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında “qərara əsasən toplanmış materil üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin məlumat üçün təhqiqata prosessual rəhbərliyi həyata keçirən prokurora və maraqlı tərəfə göndərilməsi, qeyd edilən hadisəini törətmiş şəxsin gələcəkdə müəyyən edilərək barəsində İXM-nin 227-ci maddəsilə inzibati qaydada tədbir görülməsinin Qaradağ RPİ-nin 38-ci PB-na həvalə edilməsi qərara alınmışdır. Məhkəmə izahatları dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs törətdiyi dələduzluq yolu ilə özgəsinin əmlakını talaması tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası İXM-nin 21-ci İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və zərəçəkmiş şəxsin xahişini nəzərə alaraq ona ictimai işlər növündə tənbeh tədbirinin tətbiq edilməsini daha ədalətli və məqsədə müvafiq hesab edir. İş materiallarına əlavə edilmiş 07 yanvar 2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan ayın olur ki, Şəxs qeyd olunan dələduzluq hadisəsi ilə əlaqədar 31 yanvar 2024-cü il tarixdə saat 22:00-da tutulmuşdur. Odur ki, bu hal İXM-nin 30.3-cü maddəsinə əsasən tənbeh tətbiq edilərkən nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 30.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla ona 180 (bir yüz səksən) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə; ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Siyəzən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs məhkəmə zalında inzibati qaydada tutulmadan dərhal azad edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar