Məhkəmə qərarları › İş №3(002)-409/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-409/2023

05.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-409/2023 05.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru, polis leytenantı X1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 15 avqust 1999-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 53A ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 03 mart 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən, xx.xx.2023cü il tarixində saat təxminən 18:00 radələrində, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park Y/K istiqamətində vətəndaş Şəxs idarə etdiyi "Kia Rio" markalı, **- OA-*** dövlət qeydiyyat nişanlı avtomobillə vətəndaş Zərərçəkmiş şəxs3 idarə etdiyi "VAZ 21214" markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə hər iki avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri almışlar. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin 27 mart 2023-cü il tarixli iclasında iştirak edən Qaradağ RPİ-nin YNH üzrə baş inspektoru, polis leytenantı X2 tərtib etdiyi protokolu müdafiə etdiyini və Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilib-edilməməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, "BC" kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2023-cü il tarixdə saat təxminən 18:00 radələrində etibarnamə əsasında idarə etdiyi "KİA RİO" markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu park istiqamətindən üzü Lökbatan istiqamətinə saatda təxminən 50 km sürətlə hərəkətdə olan zaman yoldakı sağa olan sərt döngədən dönmə hərəkəti etmək istəyən zaman üzbəüz xəttin üzərində hərəkət edən “Niva” markalı avtomobil qarşısına çıxmış və onlar toqquşmuşdur. Bundan sonra onun avtomobilində olan xanım sərnişin xəsarət aldığından hadisə yerinə təcili yardım avtomobili gələrək xanımı xəstəxanaya aparmışdır. Onunla toqquşan “Niva” markalı avtomobilin içində sürücüdən əlavə iki nəfər olmuş onların xəsarət alıb almaması barədə məlumatı olmamışdır. Şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı spirtli içki qəbul etməmiş sadəcə olaraq gec olduğu üçün sərxoşluq müayinəsindən keçməmişdir. Hadisə zamanı heç bir xəsarət almadığından MTE-dən keçməkdən imtina etmişdir. Hazırda Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 ona qarşı şikayəti yoxdur, onun idarə etdiyi nəqliyyat vasitəsində olan sərnişin Zərərçəkmiş şəxs1 ilə hadisədən sonra telefon əlaqəsi saxlasa da onun müalicə xərclərini qarşılamamışdır. Göstərilənləri, özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs3 izahat verərək bildirmişdir ki, "B" kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2023-cü il tarixdə saat təxminən 18:00 radələrində özünə məxsus idarə etdiyi "VAZ 21214" markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobillə saatda təxminən 50 km sürətlə Lökbatan qəsəbəsindən üzü Qobu park istiqamətinə hərəkətdə olan zaman yolun əks istiqaməti ilə Qobu parkdan üzü Lökbatan istiqaməti ilə hərəkətdə olan "KİA” markalı avtomobil sürətlə gələrkən dönmə əməliyyatını uğursuz icra edərək istiqamət ilə onun yoluna çıxmış və öz avtomobilinin ön hissəsi ilə onun avtomobilinin ön hissəsindən vurmuşdur. Hadisə zamanı onun avtomobilində ondan başqa iki nəfər olmuşdur. Hadisə zamanı o və avtomobilində əyləşən qardaşı heç bir xəsarət almamışlar, lakin əmisi Zərərçəkmiş şəxs2 özünü narahat hiss etdiyindən taksi ilə xəstəxanaya getmişdir. Onun avtomobilini vuran "KİA" markalı avtomobildə isə sürücüdən əlavə bir nəfər sərnişin qadın da olmuş. Hadisə zamanı sürücü heç bir xəsarət almamışdır, lakin həmin avtomobildəki qadın sərnişin müxtəlif xəsarətlər aldığı üçün hadisə yerinə gələn təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılmışdır. O, hadisə zamanı heç bir spirtli içki qəbul etməmişdir. Həmçinin izahatına əlavə olaraq bildirmişdir ki, nəqliyyat vasitəsinə dəymiş zərər sığorta şirkəti tərəfindən qarşılandığı üçün Şəxs şikayət və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 18:00 radələrində qardaşı oğlu Müqəddəs ilə ona məxsus idarə etdiyi “VAZ 21214” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobillə saatda təxminən 50 km sürətlə Lökbatan qəsəbəsindən üzü Qobu park istiqamətinə hərəkətdə olduqları zaman qarşıdakı sola olan döngədə qəflətən yolun əks istiqaməti ilə Qobu parkdan üzü Lökbatan istiqaməti ilə hərəkətdə olan ”Kia” markalı avtomobil sürətlə gələrək dönmə əməliyyatını yerinə yetirə bilməmiş və əks istiqamət ilə onların yoluna çıxmış və öz avtomobilinin ön hissəsi ilə onların avtomobilinin ön hissəsindən vurmuşdur. Hazırda Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, onun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 18:00 radələrində sərnişin qismində əyləşdiyi “Kia Rio” markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaradağ rayonu Lökbatan qəsəbəsi Qobu park istiqamətindən üzü Lökbatan istiqamətinə saatda təxminən 80 km sürətlə hərəkətdə olan zaman qarşıda sağ tərəfə olan sərt döngədən dönmə hərəkəti etmək istəyən zaman idarəetməni itirərək qarşı yolda hərəkət edən Niva markalı avtomobilin ön hissəsinə çırpılmışdır. Bundan sonra hadisə yerinə təcili yardım avtomobili gələrək onu xəsarət aldığı üçün 1 saylı KTM-nə aparmışlar. Bundan sonra o, evə buraxılmışdır. Hadisə zamanı xəsarət aldığı üçün MTE-dən keçmək istəmişdir. Hadisədən və polisə müraciətindən sonra sürücü Şəxs tərəfindən onun müalicə almasına ümumiyyətlə köməklik göstərilməmişdir. Şəxs şikayətçi olduğunu nəzərə alaraq, onun barəsində ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 fevral 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsi 3-cü bəndinin tələblərinə uyğunsuzluq olduğuna görə onun əməlində Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsinin tərkibi olduğundan həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Qaradağ RPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsinin 17 fevral 2023-cü il tarixli, 62 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətsol sağrı və sol bud nahiyəsinin arxa səthinin dərialtı hematoması bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X5 müraciət etdiyi xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsinin 17 fevral 2023-cü il tarixli, 69 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətsol bazu oynağının cüzi hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazunun yuxarı 1/3nin və sol bazu oynaq nahiyəsinin yumşaq toxumalarının qançır-şişkinlik halında əziyi, sağ yanaq, sol said, sol diz oynağı və sağ baldır nahiyələrinin qançırları bərk küt əşya təsirindən qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X5 müraciət etdiyi xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixində saat təxminən 18:00 radələrində, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park Y/K istiqamətində idarə etdiyi "Kia Rio" markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs3 idarə etdiyi "VAZ 21214" markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə hər iki avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 03 (üç) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar