Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-409/2024 14.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində Qaradağ RPİ-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Qaradağ RPİ-nin DYPŞ-sı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İşdə olan İXP ******* №-li 22 yanvar 2024-cü il tarixli protokoldan və işə əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs MMC-nin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin yol vərəqəsi və sürücü haqqında məlumat Qaradağ RPİ-nin DYPŞ-na beş gün müddətində təqdim edilmədiyi üçün həmin təşkilat barəsində İXM-nin 347-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 öz izahatında təmsil etdiyi şirkət barəsində tərtib edilmiş protokolu qəbul etməyərək bu barədə məhkəməyə yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, sözügedən sorğudan başqa, Daxili İşlər Nazirliyi Bakı Şəhər Qaradağ Rayon Polis İdarəsi X6 şöbəsi tərəfindən "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixdə digər nəqliyyat vasitələrinin sürücüləri barədə məlumatın verilməsi barədə sorğular da daxil olmuşdur. Tələb edilən sürücü barədə məlumatlar qeyd edilməklə cavab məktubu tərtib edilmiş və xx.xx.2024-cü il tarixdə, saat 16:00-da Qaradağ Rayon Polis İdarəsi X6 şöbəsinə kuryer vasitəsilə göndərilməsi üçün zərfə qoyulmuş (sorğulara cavab məktubunun göndərilməsini təsdiq edən qaimənin surətini əlavə edilmişdir) və xx.xx.2024-cü il tarixdə, saat 16:00-da kuryerə təhvil verilmişdir. Sorğuya cavab mektubu Qaradağ Rayon Polis İdarəsi X6 şöbəsinə xx.xx.2024-cü il tarixdə, saat 12:04-də çatdırılıb (sorğulara cavab məktubunun ünvana çatdırılmasını təsdiq edən qaimənin surətini əlavə edilmişdir, Əhmədov soyadlı şəxs tərəfindən qəbul edilib). İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumatı (adi, soyadı, atasının adı, sürücülük vəsiqəsinin seriya ve nömresi) sorğu daxil olduğu vaxtdan 5 gün müddətində cavab vermişlər. xx.xx.2024-cü il tarixli, 45 nömrəli sorğuya cavab məktubunun və məktubun çatdırılmasını təsdiq edən sənədin surətini əlavə etmişdir. Bildirmişdir ki, "xxxx" MMC-nin əməlində inzibati xəta hadisəsi və tərkibi yoxdur. Əsas nüanslardan birini qeyd etmişdir ki, Qaradağ Rayon Polis İdarəsi X6 şöbəsi tərəfindən "xxxx" MMC barəsində tərtib edilmiş xx.xx.2024cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında Protokolun surəti "xxxx" MMC-yə göndərilməyib. Protokolun surətini aldım qrafada Şəxs" sözü qeyd ediblər. Həmin protokolun surətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göndərilməsi inzibati Xetalar Mecellesinin tələbidir. İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllede nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun sureti verilir. İnzibati xeta haqqinda iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddesinə əsasən protokol onu tərtib etmiş şəxs, baresində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfinden imzalanır. Baresində inzibati xeta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barede protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 100.5-cil maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfinden müəyyən olunur. Odur ki, Şəxs MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Qaradağ RPİ-nin DYPŞ-na rəsmi məlumat verilsədə həmin təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də heç bir məlumat verməmişlər. Məhkəmə işə İXM-nin 61.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, Şəxs MMC barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməldir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs MMC-yə məxsus “Hyundai Accent minik” markalı ** AF *** qeydiyyat nişanlı avtomobilin sürücüsü 07 yanvar 2024-cü il tarixdə, saat 13:16-da Bakı şəhəri, Hüseynbala Əliyev, 124 b ünvanında dayanma durma qaydalarını pozduğuna görə İXM-nin 346.1-ci maddəsinin tələblərini pozmuşdur. İş materiallarına əlavə edilmiş xəbərnamədən aydın olur ki, Qaradağ RPİ-nin DYPŞdan Şəxs MMC-yə ünvanlanmış məktub 15 yanvar 2024-cü il tarixdə Məmmədov soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasının gedişində Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 tərəfindən məhkəməyə təqdim edilmiş 16 yanvar 2024-cü il tarixli, 45 nömrəli məktubun surətindən aydın olur ki, yuxarıda qeyd edilən nəqliyyat vasitəsini sürücü X3 idarə edir. İş materiallarında olan EMS Azerexpresspost sürətli poçt xidməti tərəfindən verilmiş xəbərnamədən aydın olur ki, Şəxs MMC-dən sürücü barədə məlumatlara dair Qaradağ RPİ-nin DYPŞ-na ünvanlanmış məktub xx.xx.2024-cü il tarixdə, saat 12:04-də Əhdəmov soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən Şəxs MMC-nin mülkiyyətində olan nəqliyyat vasitəsinin yol vərəqəsi və sürücü haqqında məlumat Qaradağ RPİ-nin DYPŞ-na beş gün müddətində təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə - hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 (beş) gün müddətinə verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMCnin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 22 yanvar 2024-cü il tarixli, İXP ******* nömrəli protokol üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-409/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-409/2024
14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver