Məhkəmə qərarları › İş №3(002)-41/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-41/2025

21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-41/2025 21.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon Prokurorunun köməkçisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə Bakı şəhəri Qaradağ Rayon Prokurorluğu tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-nin 198.3-cü maddəsi ilə Bakı şəhəri Qaradağ Rayon Prokurorluğu tərəfindən toplanmış inzibati material və ona əlavə edilmiş sənədlər baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 29 dekabr 2024-cü il tarixli qərarın nəticə hissəsindən aydın olur ki, 1.Vəzifəli şəxs Şəxs (FİN – xxxxxxx) – xx.xx.1988-ci ildə Sabirabad rayonu, Balahəşimxanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, “X6” MMC-də böyük qazmaçı vəzifəsində işləyən, Sabirabad rayonu, Balahəşimxanlı kəndində qeydiyyatda olmaqla Qaradağ rayonunda müvəqqəti yaşayan – barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması, 2.Qərar və toplanmış material baxılması üçün Bakı şəhəri, Qaradağ rayon məhkəməsinə göndərilməsi, 3.Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göndərilməsi, 4.Barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılan şəxsə Azərbaycan Respublikasının İXM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon Prokurorunun köməkçisi X3 öz izahatında göstərmişdir ki, vəzifəli şəxs Şəxs “X6” MMC-də böyük qazmaçı vəzifəsində işləməklə həmin MMC ilə “A+B Oyl Services” MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli xidmət müqaviləsi əsasında Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində yerləşən qazma quyularda dəmir boruları quraşdırılması işlərini görən zaman “Neftqazçıxarma sənayesində təhlükəsizlik Qaydaları”nın 1.311, 1.3.12, 1.5.48 bəndlərinin işçinin yer səthindən 5.2 metr hündürlükdə yerləşən iş meydançasının kənarları bütövlüklə müvafiq qoruyucu məhəccərlə bağlanmalı və təhlükəsiz iş şəraiti təmin edilməli kimi tələblərini pozmuş, nəticədə “A+B Oyl Services” MMC-də qazmaçı köməkçisi vəzifəsində işləyən X2 xx.xx.2024-cü il tarixdə saat 15 radələrində 414 saylı quyuda boruların quraşdırılması işlərini görən zaman 5.2 metr hündürlükdə yerləşən iş meydançasının kənarlarının bütövlüklə müvafiq qoruyucu məhəccərlə bağlanması təmin edilmədiyinə görə borunun ona dəyməsi nəticəsində platformanın kənar hissəsindəki boşluqdan 5.2 metr hündürlükdən yıxılaraq yerə düşməklə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmuş, bununla da Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərərin vurulması inzibati xətasını törətmişdir. Odur ki, onun İXM-nin 198.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında əməlini etiraf edərək bildirmişdir ki, 2012-ci ildən “X6” MMC-də böyük qazmaçı işləyir. xx.xx.2024-cü il tarixdən 414 saylı quyuda quraşdırma işlərinə başlamışlar. Bir neçə gün ərzində 73 mm diametrli dəmir boruları birləşdirməklə həmin quyunun içərisinə yerləşdirmişlər. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Umud Mənsimov plaşatka dedikləri hissədə sonuncu borunu qaldırıcı krana bərkitmək üçün özünə tərəf çəkmiş, boru yağlı olduğundan qəfil Umud Mənsimovun, sonra isə onun da əlindən çıxmış, bu vaxt boru Umud Mənsimova dəymiş və onu açıq qapıdan 4 metr aşağı doğru yıxmış, nəticədə qabırğası və omba sümüyü sınmışdır. O öz izahatında daha sonra bir daha belə hərəkətlərə yol verməyəcəyini, zərərçəkənlə barışdığını və zərərəçəkənin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək barəsində aşağı həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının gedişində zərərçəkmiş şəxs X5 ilə mobil telefonla əlaqə saxlanılmış, zərərçəkən izahatında bildirmişdir ki, 2024-cü ildən “A+B OYL Services” MMC-də qazmaçı köməkçisi vəzifəsində işləyir. İş fəaliyyəti Socarın Sahil qəsəbəsi ərazisində yerləşən qazma quyularında dəmir boruları birləşdirməklə quyunun içərisinə yerləşdirmək olmuş və xx.xx.2024-cü il tarixdən 414 saylı quyuda quraşdırma işlərinə başlamışlar. Bir neçə gün ərzində 73 mm diametrli dəmir boruları birləşdirməklə həmin quyunun içərisinə yerləşdirmişlər. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində o, plaşatka dedikləri hissədə borunu qaldırıcı krana bərkitmək üçün özünə tərəf çəkmiş, boru yağlı olduğundan birdən onun, sonra isə Şəxs da əlindən çıxmış, bu vaxt boru ona dəymiş və onu açıq qapıdan 4 metr aşağı doğru yıxmış, nəticədə qabırğası və omba sümüyü sınmışdır. O, hal-hazırda barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan Şəxs şikayətçi olmadığını bildirərək sonuncunun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, Qaradağ rayon Prokurorunun köməkçisinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkənin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməli iş materialları ilə tam təsdiq olunur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyi” X11 23 oktyabr 2024-cü il tarixli, 605 saylı rəyindən görünür ki, U.İ.Mənsimovun bədənində aşkar edilmiş xəsarətlər döş sümüyünün İİ qabırğa səviyyəsində qapalı, yerinidəyişmiş, qəlpəli sınığı, onurğanın bel şöbəsinin L1 fəqərəsinin sağ qanadının, L2 fəqərəsinin sol qanadının xətti sınıqları, L2-L3 fəqərə cismlərinin arxa fəqərə qövslərinin sınıqları, L4 fəqərə cisminin sınığı bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, zərərçəkmişin göstərdiyi və onun tibbi yardım üçün X10 müraciət etdiyi xx.xx.2024-cü il tarixdə törənə bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 dekabr 2024-cü il tarixli, 10/8381 saylı rəyində göstərilmişdir ki; X2 xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində SOCAR-a məxsus olmaqla Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yerləşən 414 saylı quyuda boruların quraşdırılması işlərini görən zaman borunun ona dəyməsi nəticəsində platformanın kənar hissəsindəki boşluqdan 5.2 metr hündürlükdən yıxılaraq yerə düşməsi səbəbindən almış olduğu müxtəlif dərəcəli bədən xəssrətləri alması ilə əlaqədar baş vermiş hadisənin texniki səbəbi hündürlükdə yerləşən iş meydançasının müvafiq qoruyucu məhəccərlə bağlanmaması olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “Neftqazçıxarma sənayesində təhlükəsizlik Qaydalarının 1.311, 1.3.12, 1.5.48 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbi olmuşdur. SOCAR-a məxsus olmaqla Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yerləşən 414 saylı quyunun platforması üzərində dəmir boruların quraşdırılması işləri yerinə yetirilərkən yer səthindən 5.2 metr hündürlükdə yerləşən iş meydançasının kənarlarının bütövlüklə müvafiq qoruyucu məhəccərlə bağlanması təmin edilməli idi. “Quyuların əsaslı təmiri üzrə böyük qazmaçının peşə təlimatı”nda göstərilmiş vəzifə öhdəliklərinə əsasən, “Neftqazçıxarma sənayesində təhlükəsizlik Qaydaları”-nın 1.311, 1.3.12, 1.5.48 bəndlərinin tələbləri 414 saylı quyuda boruların quraşdırılması işlərinə rəhbərlik etmiş “X7” MMC-də böyük qazmaçı işləyən Şəxs tərəfindən təmin edilməli idi. SOCAR-a məxsus olmaqla Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yerləşən 414 saylı quyuda dəmir borularının quraşdırılması işləri yerinə yetirilərkən yer səthindən 5.2 metr hündürlükdə yerləşən iş meydançasının kənarları bütövlükdə müvafiq qoruyucu məhəccərlə bağlanmadığına və təhlükəsiz iş şəraiti təmin edilmədiyinə görə X2 özü tərəfindən təhlükəsizlik texnikası qaydalarının tələblərinin pozulması müəyyən edilmir. İş materiallarında olan 25 dekabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan aydın olur ki;

1. 158 C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş,

2. Qəbul olunmuş qərarın surətinin X4 göndərilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qaradağ rayon prokuroruna təqdim edilməsi,

3. Toplanmış materiallar üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün Qaradağ rayon prokuroruna təqdim edilməsi qərara alınmışdır. Məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, Şəxs İXM-nin 198.3-cü maddəsinin tələblərini pozmaqla inzibati xəta törətməsi iş materialları və özünün məhkəmə iclasında verdiyi izahatı ilə bir daha təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulması ərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs əməlini etiraf edərək peşiman olmasını, iş yerində müsbət xarakterizə edilməsini və zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində aşağı həddə cərimənin tətbiq edilməsi daha məqəsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 128, 129, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar