Məhkəmə qərarları › İş №3(002)-410/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-410/2023

21.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-410/2023 21.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Qərardan şikayət verən X3 iştirakı ilə, X3 X11 Xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən tərtib olunmuş 13 fevral 2023-cü il tarixli qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X1 Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən tərtib olunmuş 13 fevral 2023-cü il tarixli qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ekologiya YPXP polis baş serjantı X4 tərəfindən tərtib olunmuş 13 fevral 2023-cü il tarixli qərar qəbul edilərək onu Azərbaycan Respublikası İXM-nin 327.7, 329.1, 327.1 və 333.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya əlavə 5 bal yazaraq 6 ay müddətinə sürücülükdən məhrum etmişdir. Qəbul edilmiş protokol və qərarla razı deyildir. Belə ki, həmin qərarda qeyd edilir ki, o xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində təhlükəsizlik kəmərini bağlamadan avtomobili idarə etməyə görə, yol nişan tələblərinə riayət etməməyə görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməyinə görə əlavə 5 bal vermiş və bir il ərzində 20 və daha çox bal toplamağına görə 6 ay sürücülük hüququndan məhrum edilmişdir. O, xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində Qusar rayonundan gəlirmiş. Onun əvvəllər 9 balı olmuş, ona yazılan 6 bal ona aid olmamışdır. Həmin ballar X5 görə verilmişdir. Belə ki, X7 ona etibarnamə vermiş, lakin maşını o idarə etməmişdir, Elşən özü idarə etmişdir. Lakin etibarnamə onda olduğuna görə ballar ona yazılmışdır. Bu barədə məhkəmə qətnaməsi vardır və bu barədə məhkəmədə araşdırma aparılmışdır. Eyni zamanda həmin gün gecə saat 10 radələri olmuş, qaranlıq olduğuna görə onun kəməri vurub vurmadığını polis əməkdaşı görə bilməzdi. Aydındır ki, lap kəməri taxmasa da polis əməkdaşı onun dalınca gəlirdisə kəməri polisin gəldiyinə görə taxardı. Həmin gün o sərxoş vəziyyətdə olmamışdır. Polis əməkdaşı onu qəsdən sürücülükdən məhrum etmək üçün sərxoş kimi qeyd etmişdir. Lakin o sərxoş olmamışdır. O heç bir yol nişan qaydalarını pozmamışdır. Qeyd edilənlərə əsasən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş qərar əsassız olduğundan ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən orqan işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. X6 məhkəmə iclasında ərizə ilə müraciət edərək ölkə xaricinə getməyi ilə əlaqədar şikayət ərizəsinin icraatdan çıxarılıb geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə verilmiş ərizəni nəzərə alaraq hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 111-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 X11 Xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən tərtib olunmuş 13 fevral 2023-cü il tarixli qərarından şikayət ərizəsi geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar