Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-411/2023 05.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Xocalı rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X3 iştirakı ilə, Şəxs Firması barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına dair Xocalı rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Firmasının Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Xocalı rayon prokuroru, kiçik ədliyyə müşaviri Əvəz Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar məhkəməyə daxil olmuşdur. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 27 fevral 2023-cü il tarixli qərardan görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Xocalı rayon polis şöbəsinin istintaq qrupunda toplanmış cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 yanvar 2023-cü il tarixli HK-1/7 saylı qərar prokuror nəzarəti qaydasında yoxlanılarkən "xxxx" Firması (VÖEN kodu: **********) barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına kifayət qədər səbəblərin olması aşkar edilmişdir. Belə ki, hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Massiv 3 (ünvan 1s" Firması əmək qanunvericiliyinin tələblərini pozaraq fəaliyyət göstərdiyi Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində yerləşən gips karxanasında mühafizəçi işləyən X4 həmin vəzifənin icra edilməsi üçün onunla əmək müqaviləsi bağlamayaraq və həmin müqavilənin bildirişini elektron informasiya sisteminə daxil etməyərək 2022-ci ilin iyun ayından 2023-cü ilin fevral ayınadək olan müddət ərzində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən sonuncunu mühafizəçi kimi işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak etmiş Xocalı rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X1 rayon prokuroru tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı müdafiə edərək, inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Firmasının hüquqi ünvanına qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64-cü maddəsinə əsasən işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş 14 mart 2023-cü il tarixli bildirişdən görünür ki, Şəxs Firmasının hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2əhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (15 mart 2023-cü il tarixli reyestrin 18-ci sıra nömrəsi ilə). İş materiallarına əlavə edilmiş zərfdən görünür ki, sifarişli poçt göndərişi Şəxs Firması göstərilən ünvanda olmadığından çatdırılmamışdır. İş materiallarına əlavə edilmiş 28 mart 2023-cü il tarixli bildirişdən görünür ki, Şəxs Firmasının hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2əhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir İş materiallarına əlavə edilmiş zərfdən görünür ki, sifarişli poçt göndərişi Şəxs Firması göstərilən ünvanda olmadığından çatdırılmamışdır. Bununla da, məhkəmə hesab edir ki, Şəxs Firmasının nümayəndəsinin iş üzrə icraatda iştirakının təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirilmişdir. Belə ki, vergi ödəyicilərinin məlumatlarında şirkətin yeganə ünvanı kimi qeyd edilən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 3, ev 1D ünvanına bildirişlər göndərilmiş, həmçinin şirkətin nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədilə 27 mart 2023-cü il tarixli məhkəmə iclası 05 aprel 2023-cü il tarixə təxirə salınmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Firması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 19 yanvar 2023-cü il tarixli qərardan görünür ki, X5 müraciəti ilə bağlı toplanmış HK-1/7 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında 18 yanvar 2023-cü il tarixli protokoldan və fotoşəkildən görünür ki, X4 əmək müqaviləsinin olub-olmamasının yoxlanılması məqsədilə “Samsung” markalı planşetdə “X13” tətbiqinə baxış keçirilmiş, baxış zamanı "X13" tətbiqinə daxil olaraq tətbiqin "şəxs axtarışı" bölməsində ad, soyad və ata adları hissəsinə X2 qeyd edilərək "Axtar" düyməsi sıxılmışdır. Bu zaman açılan ekranda X9 məxsus fotoşəkil və onunla bağlı məlumatlar göstərilmişdir. Ekranın aşağı hissəsində "ətraflı" döyməsi sıxılan zaman yuxarıdan açılan yeni pəncərədə "iş yeri" bölməsi seçilmiş, açılan yeni pəncərədə heç bir məlumatın tapılmadığı, yəni vətəndaş X4 heç bir rəsmi əmək müqaviləsinin olmadığı müəyyən edilmişdir. Baxış zamanı planşetin ekran görüntüsünün fotoşəkili çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan X4 Xocalı rayon prokurorluğuna verdiyi 15 fevral 2023-cü il tarixli izahatından görünür ki, 2022-ci ilin təxminən iyun ayından etibarən "xxxx" Firmasına məxsus Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində yerləşən gips karxanasında müəssisə ilə arasında olan şifahi razılıq əsasında mühafizəçi vəzifəsinə işə götürülmüşdür. Orada həm ərazidə olan texnikalara nəzarət etmiş, həmçinin firmanın rəhbərliyinin digər tapşırıq və göstərişlərini yerinə yetirmişdir. Firma isə bunun qarşılığında aylıq olaraq ona 350 manat əmək haqqı vermişdir. Həmin əmək haqqı isə özünə məxsus Kapital Banka aid olan "4169 7388 7304 5953" saylı "Bir bank" adlanan plastik kartına ödənilmişdir. Yəni ki, "xxxx" firması tərəfindən o, kartla da təmin edilməmişdir. F.H.Bayramov qeyd etmişdir ki, "xxxx" firmasının direktorunu tanımamış, sadəcə olaraq firmanın direktor müavini X6 tanımış və onu o, şəxsən özü 2022-ci ilin iyun ayına qədər "xxxx" firmasında mühafizəçi vəzifəsində işləmiş atası Hafiz Bayramovun boş vəzifəsi üzrə əmək funksiyasını icra etmişdir. "xxxx" firmasının Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində yerləşən gips karxanasında mühafizəçi kimi əmək müqaviləsi olmadan şifahi razılıq əsasında aylıq 350 manat əmək haqqı müqabilində işə qəbul olunmuşdur. O, şirkətdə mühafizəçi işləməklə yanaşı, həmçinin şirkət rəhbərliyinin digər göstəriş və tapşırıqlarını da yerinə yetirmişdir. Şirkətdə çalışan digər əməkdaşlarla əmək müqavilələrinin olub-olmadığını bilməmişdir. Həmin işçilərin də əmək haqları firma tərəfindən onun özünə məxsus olan plastik kartına köçürülmüş və şirkətin tapşırığı üzrə isə həmin işçilərin əmək haqlarını o vermişdir. Lakin hazırda firmanın gips karxanasında işləyən ekskovator sürücüsü İsgəndər Əliyev və sahə rəisi Ruslan adlı şəxslər işə gəlmirlər. Hal-hazırda gips karxanasında o, və ekskovator sürücüsü Lətif adlı şəxs qalmışdır. Bundan başqa qeyd edir ki, onlar işlədikləri müddət ərzində şirkətdə heç bir texniki təhlükəsizlik qaydaları ilə təlimatlandırılmamış və o cümlədən xüsusi geyim vasitələri ilə təmin edilməmişlər. Bundan başqa qeyd edir ki, gips karxanasında işləmiş X11 firma ilə arasında olan narazılıqla bağlı Xocalı RPŞ-yə şikayət etmişdir. Bununla bağlı da o, izahat vermək üçün rayon polis şöbəsinə dəvət olunmuşdur. O, orada izahat verdikdən sonra isə bununla bağlı şirkətin rəhbərliyinə bildirmişdir. Daha sonra isə firmanın direktor müavini kimi tanıdığı Əfqan Qasımov onunla müəssisə arasında rəsmi qaydada əmək müqaviləsini bağlayacaqlarını bildirmişdir. 1 fevral 2023-cü il tarixdə isə onunla əmək müqaviləsi bağlamaq üçün müəyyən sənədlərini istəmişlər. Bir neçə gün sonra isə onunla müəssisə arasında əmək müqaviləsinin bağlanıldığı bildirilmişdir. 1 fevral 2023-cü il tarixədək isə o, həmin "xxxx" firmasının Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində yerləşən gips karxanasında yuxarıda izahatında qeyd etdiyi tarixdən, yəni 2022-ci ilin iyun ayından etibarən şifahi razılıq əsasında və əmək müqaviləsi olmadan işləmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, F.H.Bayramov 2022-ci ilin iyun ayından 2023-cü ilin fevral ayınadək, əmək müqaviləsi olmadan Goranboy rayonu, Yuxarı Ağcakənd kəndində fəaliyyət göstərən Şəxs Firmasına məxsus daş karxanasında mühafizəçi vəzifəsində işləmişdir. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.2-ci əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.1.), hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.2.), hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.3.), bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi (18.2.4) tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs Firması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. Beləliklə, X4 izahatı ilə Şəxs Firmasının rəhbərliyi tərəfindən onun əmək müqaviləsi olmadan əmək fəaliyyətinə cəlb edilməsi halı öz təsdiqini tapır. Şəxs Firması işəgötürən kimi qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəliklərə əməl etməmişdir və bununla da əmək qanunvericiliyinin tələblərini pozmaqla yanaşı, inzibati xətaya da yol vermişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs Firmasının əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Firması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 48-51, 114, 128-130 və 192.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Firması (VÖEN:**********) İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-411/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-411/2023
05.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver