Məhkəmə qərarları › İş №3(002)-412/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-412/2021

03.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-412/2021 03.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X4, 10 saylı Vəkil Bürosunun vəkili Vəkil, X3, X1, X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin icra məmuru X6, borclu Şəxs barəsində protokol tərtib edərək, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1955/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə və icra məmurunun çağırışlarına gəlmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qaradağ rayon İcra şöbəsinin icra məmuru X6 izahat verərək bildirdi ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1955/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 12000 manat maddi ziyan, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat, dövlət rüsumu üçün ödənilmiş 30 manat pulun alınaraq iddiaçı X12, vurulmuş maddi ziyan hesabına 8000 manat maddi ziyan, hüquqi yardıma görə vəkilə ödənilmiş 150 manat pulun alınaraq iddiaçı X11, 2000 maddi ziyan, hüquqi yardıma görə vəkilə ödənilmiş 150 manat pulun alınaraq iddiaçı X7 ödənilməsi qət edilmişdir. Borclu dəfələrlə icra şöbəsinə dəvət olunaraq borcun ödənilməsi tələb edilsə də, o borcundan heç bir ödəniş etməmişdir. Buna görə də onun barəsində xx xxxxxx 2021-ci il tarixdə İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarı ilə Şəxs səkkiz gün müddətində inzibati qaydada həbs edilmişdir. Həbsdən çıxdıqdan sonra borclu iki min manat ödəniş etmiş və həmin ödəniş tələbkarlardan X12 verilmişdir. Bundan sonra borclu bir ay müddətinə ödəyəcəyinə söz versə də, heç bir ödəniş etməmiş, çağırışlara məhəl qoymayaraq İcra şöbəsinə gəlməkdən qəsdən imtina etmişdir. Ona görə də borclu bu gün, yəni x xxxx 2021-ci il tarixdə tələbkarların iştirakı və köməkliyi ilə yeri müəyyən edilməklə İcra şöbəsinə gətirilmişdir. Hal-hazırda isə borclunun ümumilikdə 20500 manat borcu qalmışdır. Buna görədə borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə xx xxxx 2021ci il tarixli MN ******* saylı protokol tərtib etmişdir. Odur ki, borclunun inzibati məsuliyyətə cəlb edilməklə barəsində daha ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X15 Əli oğlu öz izahatında bildirmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1955/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 12000 manat maddi ziyan, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat, dövlət rüsumu üçün ödənilmiş 30 manat pul alınaraq iddiaçı X12, vurulmuş maddi ziyan hesabına 8000 manat maddi ziyan, hüquqi yardıma görə vəkilə ödənilmiş 150 manat pul alınaraq iddiaçı X11, 2000 maddi ziyan, hüquqi yardıma görə vəkilə ödənilmiş 150 manat pul alınaraq iddiaçı X7 ödənilməsi qət edilmişdir. Bu günədək borclu iki min manat ödəniş etmişdir. Ödənişdən sonra borclu qalan borcunu da qısa müddətdə ödəyəcəyinə söz versə də hər dəfə onu dolayı yolla aldadaraq ödəniş etməkdən qəsdən boyun qaçırtmışdır. Borclunu bugün, yəni x xxxx 2021-ci il tarixdə icra məmurunun və digər tələbkarların köməkliyi ilə yerini müəyyən edərək İcra şöbəsinə gətirmişlər. Borcu ödənilmədiyi təqdirdə borclu barəsində inzibati qaydada həbs tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. O öz izahatında əlavə olaraq bildirmişdir ki, hal-hazırda bu işlə əlaqədar Azərbaycan Respulikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılmış və istintaqı davam etdirilir. Məhkəmə iclasında iştirak edən tələbkar X9 öz izahatında bildirmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1955/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 12000 manat maddi ziyan, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat, dövlət rüsumu üçün ödənilmiş 30 manat pul alınaraq iddiaçı X12, vurulmuş maddi ziyan hesabına 8000 manat maddi ziyan, hüquqi yardıma görə vəkilə ödənilmiş 150 manat pul alınaraq iddiaçı X11, 2000 maddi ziyan, hüquqi yardıma görə vəkilə ödənilmiş 150 manat pul alınaraq iddiaçı X7 ödənilməsi qət edilmişdir. Bu günədək borclu heç bir ödəniş etməmiş və hər dəfə onu dolayı yolla aldadaraq ödəniş etməkdən qəsdən boyun qaçırtmışdır. Borclunu bugün, yəni x xxxx 2021-ci il tarixdə icra məmurunun və digər tələbkarların köməkliyi ilə yerini müəyyən edərək İcra şöbəsinə gətirmişlər. Borcu ödənilmədiyi təqdirdə borclu barəsində inzibati qaydada həbs tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. O öz izahatında əlavə olaraq bildirmişdir ki, hal-hazırda bu işlə əlaqədar Azərbaycan Respulikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılmış və istintaqı davam etdirilir. Məhkəmə iclasında iştirak edən tələbkar X14 öz izahatında bildirmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1955/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 12000 manat maddi ziyan, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat, dövlət rüsumu üçün ödənilmiş 30 manat pul alınaraq iddiaçı X12, vurulmuş maddi ziyan hesabına 8000 manat maddi ziyan, hüquqi yardıma görə vəkilə ödənilmiş 150 manat pul alınaraq iddiaçı X11, 2000 maddi ziyan, hüquqi yardıma görə vəkilə ödənilmiş 150 manat pul alınaraq iddiaçı X7 ödənilməsi qət edilmişdir. Bu günədək borclu heç bir ödəniş etməmiş və hər dəfə onu dolayı yolla aldadaraq ödəniş etməkdən qəsdən boyun qaçırtmışdır. Borclunu bugün, yəni x xxxx 2021-ci il tarixdə icra məmurunun və digər tələbkarların köməkliyi ilə yerini müəyyən edərək İcra şöbəsinə gətirmişlər. Borcu ödənilmədiyi təqdirdə borclu barəsində inzibati qaydada həbs tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. O öz izahatında əlavə olaraq bildirmişdir ki, hal-hazırda bu işlə əlaqədar Azərbaycan Respulikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılmış və istintaqı davam etdirilir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs öz izahatında bildirmişdir ki, məhkəmə qətnaməsindən və icra vərəqəsindən xəbəri vardır. Qaradağ Rayon Məhkəməsinin 2(002)-1955/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli icra vərəqəsinə əsasən ondan 12000 manat maddi ziyan, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat, dövlət rüsumu üçün ödənilmiş 30 manat pul alınaraq iddiaçı X12, vurulmuş maddi ziyan hesabına 8000 manat maddi ziyan, hüquqi yardıma görə vəkilə ödənilmiş 150 manat pul alınaraq iddiaçı X11, 2000 maddi ziyan, hüquqi yardıma görə vəkilə ödənilmiş 150 manat pul alınaraq iddiaçı X7 ödənilməsi qət edilmişdir. Bu günədək o iki min manat ödəniş etmişdir və qalan ödənişi etməkdən qəsdən boyun qaçırtmır. “Azərbaycan Beynəlxalq Bank”-a hazırda kredit borcu olduğu üçün maaşından tutulmalar olur. Hal-hazırda isə məhkəmə iclasında da hər-hansı bir ödəniş etmək iqtidarında deyildir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini vaxtında icra etməmiş və icra məmurunun çağrğışlarına gəlməkdən qəsdən boyun qaçırmışdır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları və inzibati xəta haqqında tərtib edilmiş xx xxxx 2021-ci il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icra etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibati məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından xeyli müddət keçməsinə baxmayaraq qətnaməni icra etməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlildə gətirməmiş, əksinə öz izahatı və hərəkətləri ilə yaranmış borcunu ödəməyəcəyini bir daha nümayiş etdirmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya çərçivəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları və eləcə də borclunun yaranmış borcundan qismən ödəniş etməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya çərçivəsində aşağı həddə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən üç iş saatı sərf olunmuşdur. Odur ki, göstərilmiş hüquqi yardımla bağlı on səkkiz manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin.

2. Həbs müddətinin əvvəli xx xxxx 2021-ci il tarixdən saat 13:00-dan hesablansın.

3. Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon icra və probasiya şöbəsinə həvalə edilsin.

4. İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün.

5. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar