Məhkəmə qərarları › İş №3(002)-417/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-417/2025

05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-417/2025 05.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın iştirakları ilə, xx xxxx 1967-ci ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, İİ qrup əlil, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X8, borclu Şəxs barəsində protokol tərtib edərək, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2658/18 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1318/2022-016 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-79/21 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-79/21 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-79/21 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-79/21 nömrəli, xx.xx.2021-ci il tarixli icra senedi, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)- 79/21 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)- 79/21 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-79/21 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-79/21 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-79/21 nömrəli, xx.xx.2021-ci il tarixli icra senedi, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)- 79/21 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 2144/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1350/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4218/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi, Bakı Şəhəri 8 saylı Notariat Kontorunun 3661 nömrəli, xx.xx.2021-ci il tarixli icra senedi, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1256/16 nömrəli, xx.xx.2016cı il tarixli icra sənədi, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2309/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra senedi, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1711/2011 nömrəli, xx.xx.2010-cu il tarixli icra sənədi, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-16/22 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X8 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 221235/2018 nömrəli iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2658/18 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar X1 xeyrinə 6030 manat məbləğində pul tutularaq ödənilməlidir. 287040/2022 nömrəli iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1318/2022-016 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar X9 xeyrinə 12629 manat məbləğində pul tutularaq ödənilməlidir. 274925/2023 nömrəli iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)- 79/21 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar X5 xeyrinə 1000 manat məbləğində pul tutularaq ödənilməlidir. 274942/2023 nömrəli iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)- 79/21 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar X17 xeyrinə 2400 manat məbləğində pul tutularaq ödənilməlidir. 274877/2023 nömrəli iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)- 79/21 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar X10 xeyrinə 1200 manat məbləğində pul tutularaq ödənilməlidir. 274862/2023 nömrəli iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)- 79/21 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu X13 tələbkar X2 xeyrinə 4656 manat məbləğində pul tutularaq ödənilməlidir. 274911/2023 nömrəli iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)- 79/21 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar X11 xeyrinə 1000 manat məbləğində pul tutularaq ödənilməlidir. 274930/2023 nömrəli iş üzrə Bakı Şohori Qaradağ Rayon Məhkəməsinin 1(002)- 79/21 nömrəli, xx.xx.2021-ci il tarixli icra senedine esasen borclu Şəxs tələbkar X12 xeyrine 800 manat məbləğində pul tutularaq ödənilməlidir. 274888/2023 nömrəli iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)- 79/21 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar Rzayev imdad Malik oğlunun xeyrinə 2182 manat məbləğində pul tutularaq ödənilməlidir. 274903/2023 nömrəli iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)- 79/21 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar X6 xeyrinə 1200 manat məbləğində pul tutularaq ödənilməlidir. 274899/2023 nömrəli iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)- 79/21 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar X4 xeyrinə 4560 manat məbləğində pul tutularaq ödənilməlidir. 274919/2023 nömrəli iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)- 79/21 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar X7 xeyrinə 3000 manat məbləğində pul tutularaq ödənilməlidir. 239106/2022 nömrəli iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 2144/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar "X19" MMC-nin xeyrinə 398 manat məbləğində pul tutularaq ödənilməlidir. 90166/2021 nömrəli iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1350/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar "xxxx" MMC-nin xeyrinə 799.4 manat məbləğində pul tutularaq ödənilməlidir. 253310/2018 nömrəli iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 4218/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar X15 xeyrinə 244 manat məbləğində pul tutularaq ödənilməlidir. 117258/2021 nömrəli iş üzrə Bakı Şəhəri 8 saylı Notariat Kontorunun 3661 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar Azercell Telekom" MMCnin xeyrinə 148.95 manat məbləğində pul tutularaq ödənilməlidir. 99338/2016 nömrəli iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1256/16 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar "xxxx" MMC-nin xeyrinə 1627 ABŞ dolları ve 20 manat dövlət rüsumu məbləğində pul tutularaq ödənilməlidir. 216453/2020 nömrəli iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 2309/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu X14 tələbkar "xxxx" MMC-nin xeyrinə 288.05 manat məbləğində pul tutularaq ödənilməlidir. 6016/2011 nömrəli iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1711/2011 nömrəli, xx.xx.2010-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar "Kral Mağazaları" -nın xeyrinə 779 manat məbləğində pul tutularaq ödənilməlidir. 274953/2023 nömrəli iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)- 16/22 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 104 manat ekspertiza xərci dövlət nəfinə ödənilməlidir. İcra sənədləri icraata daxil olduqdan sonra müvafiq olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Tərəfindən 16 noyabr 2023-cü il tarixdə qeyd olunan icra sənədlərinin birləşdirilməsi barədə qərar qəbul edilmiş və həmin icra sənədləri bir icraatda birləşdirilmişdir. Borclu indiyədək qeyd olunan məbləğlərdən heç bir ödəniş etməmişdir. Araşdırma zamanı borclunun İİ qrup əlil olmaqla 393 manat pensiya aldığı müəyyən edilsə də həmin pensiyanın borlcunun banklara olan borcuna görə yetmiş faizinin tutulduğu müəyyən edilmişdir. Buna görə də hazırki borc məbləğlərini həmin pensiyaya yönəltmək mümkün deyildir. 14 fevral 2025-ci il tarixdə borclu Şəxs saxlanılaraq Qaradağ rayon İcra Şöbəsinə təhvil verilmişdir. Beləliklə borclunun bu günə hər üç icra sənədi üzrə 27675.30 manat borcu vardır. Yaranmış borclardan hal-hazıradək heç bir ödəniş edilməmişdir. Buna görə də borclunun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 05 mart 2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. İcra məmuru öz izahatında borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, İİ qrup əlil olmaqla 393 manat pensiya alır. Həmin pensiyanın əlli faizi banklara olan iki borcunun ödənilməsinə gedir. Pensiyadan ona cəmi yetmiş manat pul qalır. Bundan başqa hal-hazıradək işsiz olmuş, buna görə də yuxarıda qeyd olunan məbləğləri ödəməkdə çətinlik çəkmişdir. Hal-hazırda Bakı İnzibati Məhkəməsində DSMF-dən verdiyi şikayət üzrə işə baxılır. Həmin işdə qalib gələcəyi təqdirdə 376 min manat məbləğində təzminat alacağını, həmin təzminatı da bütün yaranmış borclarının ödənilməsinə yönləndirəcəyini bildirmişdir. Hal-hazırda borcundan ödəniş etmək üçün heç bir imkanının olmadığını, şərait yaradılcağı təqdirdə isə qısa müddətdə yuxarıda qeyd olunan borclarından kifayət qədər ödənişlər edəcəyini bildirərək iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs İİ qrup əlil olmaqla əlilliyə görə 393.33 manat pensiya alır. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxsnın yaranmış borcundan xəbəri olsa da heç bir üzrlü səbəb olmadan icra sənədlərini uzun müddətdir ki, icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tərəflərin izahatları, inzibati xəta haqqında tərtib edilmiş 05 mart 2025-ci il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyyət yaradır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, İİ qrup əlil olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar