Məhkəmə qərarları › İş №3(002)-419/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-419/2021

31.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-419/2021 31.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, xx xxxxx 1978-ci ildə Füzuli rayonu, Kürdlər kəndi doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Füzuli rayonu, Kürdlər kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barədə, Qaradağ rayon məhkəməsinə daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş xx xxxxxx 2021-cu il tarixli AP ******* saylı protokoldan və iş materiallarından aydın olur ki, xx xxxxxx 2020-ci il tarixində, saat təxminən 21:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Heybət yolunda Şəxs idarə etdiyi “X19 109” markalı, ** MP *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə X7 idarə etdiyi “Renault Megane” markalı ** HH *** dövlət qeydiyyat nişanlı minik avtomaşınla toqquşması nəticəsində “Renault Megane” markalı avtomaşının sürücüsü X11 yüngül dərəcəli bədən xəsarət almışdır. Buna görədə Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Qaradağ RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Elbəyi Allahverdiyev tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən aydın olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə sürücü Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorluğuna və maraqlı tərəflərə göndərilməsi, sürücü Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada ölçü götürülməsi qərara alınmışdır. İş materialına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2020-cu il tarixli, 2/21443 nömrəli tibbi müayinə aktından müəyyən olunmuşdur ki, vət. Şəxs sərxoşluq halları aşkar edilməmişdir. İş materialına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 Təcrübi və X8 rayon şöbəsindən daxil olmuş xx.xx.2019-cu il tarixli, №861 saylı ekspert rəyindən görünür ki, Şəxs almış olduğu xəsarətlə -boynun sol yan səthinin, sol bazunun qançırları bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə yəni, xx.xx.2019-cu il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməmişdir. İş materialına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 Təcrübi və X8 rayon şöbəsindən daxil olmuş xx.xx.2019-cu il tarixli, №866 saylı ekspert rəyindən görünür ki, X1 göz qapağının səthi sıyrığı, burun belinin və sağ bazunun qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə yəni, xx.xx.2019-cu il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməmişdir. M.M.Məlikovanın adına tərtib olunmuş tibbi sənəddə göstərilmiş diaqnoz «hər iki aşağı ətrafın yumşaq toxumalarınm əzilməsi» obyektiv, məhkəmə-tibbi və klinik əlamətləri ilə öz təsdiqini tapmadığmdan həmin diaqnozun xəsarət kimi qiymətləndirilməsi mümkün olmamışdır. İş materialına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 Təcrübi və X8 rayon şöbəsindən daxil olmuş xx.xx.2019-cu il tarixli, №871 saylı ekspert rəyindən görünür ki, azyaşlı X5 baş beyin toxumasınm əzilməsi və subdural hematoması, sol yanağın əzilmiş yarası, sağ diz oynağımn sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk əşya(lar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərildiyi kimi xx.xx.2019-cu il tarixində baş vermiş yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və dərəcələrinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aiddirlər. İş materialına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 Təcrübi və X8 rayon şöbəsindən daxil olmuş xx.xx.2019-cu il tarixli, №872 saylı ekspert rəyindən görünür ki, azyaşlı X4 baş beyin silkələnməsi və sol göz orbitasınm aşağı divarmın sınığı ilə müşayiət olunan sol gözətrafı nahiyənin dərialtı hematoması müəyyən edilmişdir. Xəsarətlər bərk əşya(lar) təsirindən törənmişlər, qərarm təsviri hissəsində göstərildiyi kimi xx.xx.2019-cu il tarixində baş vermiş yol^nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və dərəcələrinə görə səhhətin uzun müddətə pozulmasma səbəb olan, sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İş materialına əlavə olunmuş, Azərbayçan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 Təcrübi və X8 rayon şöbəsindən daxil olmuş xx.xx.2019-cu il tarixli, №873 saylı ekspert rəyindən görünür ki, azyaşlı X15mda baş beyin silkələnməsi və sağ alın nahiyəsinin sümüküstlüyünün qopması ilə müşayiət olunan alın nahiyəsinin əzilmiş yarası müəyyən edilmişdir. Xəsarətlər bərk əşya(lar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərildiyi kimi xx.xx.2019-cu il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamam əmələ gələ bilərdilər və dərəcələrinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İş materialına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X12 Təcrübi və X8 rayon şöbəsindən daxil olmuş xx.xx.2019-cu il tarixli, №874 saylı ekspert rəyindən görünür ki, azyaşlı X9 alt çənənin hərəkət məhdudluğu ilə müşayiət olunan sol yanaq nahiyəsinin şişkinlik halında qançırı və sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk əşya(lar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərildiyi kimi xx.xx.2019-cu il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və dərəcələrinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş materialına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 Təcrübi və X8 rayon şöbəsindən daxil olmuş xx.xx.2019-cu il tarixli, №875 saylı ekspert rəyindən görünür ki, X2 alın-təpə nahiyəsinin əzilmiş yarası müəyyən edilmişdir. Xəsarət bərk əşya(lar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərildiyi kimi xx.xx.2019-cu il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid edilmişdir. Vət. M.M.Əliyevanın adına tərtib olunmuş tibbi sənəddə göstərilmiş diaqnoz «döş qəfəsinin küt travması, sol çiyin nahiyəsinin yumşaq toxumalarınm əzilməsi, sol bazu oynağının əzələ-bağ aparatının dartılması» obyektiv, məhkəmə-tibbi və klinik əlamətləri ilə öz təsdiqini tapmadığından həmin diaqnozun xəsarət kimi qiymətləndirilməsi mümkün deyildir. İş materialına əlavə olunmuş ünvan 3 ünvanında yaşayan X6 xx.xx.2019-cu il tarixində Qaradağ RPİ-yə ərizə ilə müraciət edərək, “Opel Omega” markalı, ** ZN *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyanın tam şəkildə ödənildiyini, gələcəkdə bu barədə qardaşı Şəxs qarşı heç bir iddia və tələblərinin olmayacağını bildirmişdir. İş materialına əlavə olunmuş, DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Lakin məhkəmə, Şəxs ilk dəfə inzibati xəta törətməsini, zərərçəkmiş şəxslərin yaxın qohumları olmaqla ona qarşı heç bir şikayət və tələblərinin olmamasını və İİ qrup əlil olmasını nəzərə alaraq onun barəsində inzibati cərimə tətbiq olunmasını daha ədalətli, qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-c maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on)gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar