Məhkəmə qərarları › İş №3(002)-419/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-419/2025

14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-419/2025 14.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən tərtib olunmuş 04 yanvar 2025-ci il tarixli, EQ 25372882 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən tərtib olunmuş 04 yanvar 2025-ci il tarixli, EQ 25372882 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ARDİN Baş Dövlət Yol Polis İdarəsinin 04 yanvar 2025-ci il tarixli EQ 25372882 saylı inzibati xəta haqqında qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, “Howo ZZ3317 N 3867W Yük” markalı ** FR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi olaraq, barəsində qəbul edilmiş qərarın qanunsuz olduğunu bildirir və bu qərarda göstərilən maddə ilə özünü təqsirli hesab etmir. 04 yanvar 2025-ci il tarixində Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Ələt istiqamətində idarə etdiyi nəqliyyat vasitəsinin çəkisi çəki ölçmə nəzarət sistemi vasitəsilə ölçülmüşdür. Bu ölçməni həyata keçirən cihazın “Kistler 9835A” markalı elektron cihaz olduğu qeyd edilərək, nəticədə onun inzibati xəta törətdiyi qənaətinə gəlinmiş və bu əsasla inzibati tənbeh tətbiq olunmuşdur. Qərarda bildirilir ki, o ** FR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki həddini aşmışdır. Lakin bu iddia tamamilə əsassızdır, çünki nəqliyyat vasitənin çəkisi istehsalçı tərəfindən müəyyən olunmuş icazə verilən həddinə tam uyğundur və heç bir yükləmə həddi aşılmamışdır. Şikayət ərizəsinə əlavə edilmiş **********0032 nömrəli qəbz də nəqliyyat vasitəsinin çəkisinin icazə verilən hədləri aşmadığını təsdiq edir. Bu faktı nəzərə alaraq o, heç bir inzibati xətaya yol verməmişdir. Buna baxmayaraq barəsində qanunsuz olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Ona tətbiq olunan bu inzibati tənbeh, faktlara və mövcud qanunvericiliyə zidd olaraq verilmişdir. Bundan əlavə qeyd olunan “Kistler 9835A” cihazının statik vəziyyətdə çəki ölçmək üçün nəzərdə tutulduğu və hərəkət halında olan nəqliyyat vasitələrinin çəkisini ölçərkən müxtəlif dinamik amillər səbəbindən qeyri-dəqiq nəticələr verə biləcəyi məlumdur. Hərəkət zamanı avtomobilin çəkisini müəyyən edərkən surət, yol örtüyünün vəziyyəti, təbii vibrasiyalar və digər xarici təsirlər ölçmənin nəticələrinə təsir göstərə bilər. Bu isə o deməkdir ki, ona tətbiq edilən cərimə qeyri-dəqiq və hüquqi baxımdan əsassız bir ölçmə əsasında müəyyən edilmişdir. Belə çıxır ki, polis əməkdaşları öz üstün mövqelərindən istifadə edərək istədikləri şəxsi ittiham edə və cərimə edə bilər. Məhz bu halın qarşısının alınması üçün qanunvericilik inzibati xətanın törədilməsini sübut etmək vəzifəsini bu barədə qərar qəbul etmiş şəxsin üzərinə qoymuşdur. Buna görə də indiki halda 04 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında qərar qəbul etmiş əməkdaşın qərarın qəbulu üçün əsas olmuş halları sübuta yetirməsi vacibdir. Qanunvericiliyə əsasən inzibati xəta törətmiş şəxsin məsuliyyətə cəlb edilməsi üçün onun təqsiri müvafiq qaydada sübuta yetirilməlidir. Lakin onun barəsində qəbul edilmiş qərarda hər hansı əsaslı sübut təqdim edilməmişdir. Nəqliyyat vasitələrinin çəkisinin müəyyən edilməsi üçün istifadə olunan texniki vasitələrinin sertifikatlaşdırılmış və kalibrlənmiş olması vacibdir. Ona qarşı tətbiq edilən ölçmənin aparıldığı “Kistler 9835A” markalı cihazın qanuni tələblərə uyğun olun-olmadığı, onun sertifikatlaşdırılması və kalibrlənməsi barədə ona heç bir məlumat təqdim edilməmişdir. İnzibati tənbeh tətbiq edən şəxsin sübut etmə vəzifəsi vardır. Hazırki halda 04 yanvar 2025-ci il tarixli qərarı qəbul etmiş polis əməkdaşı nəqliyyat vasitənin çəkisinin həddi aşdığını sübuta yetirmək üçün kifayət qədər hüquqi və texniki əsaslar təqdim etməmişdir. Dövlət orqanlarının və onların vəzifəli şəxslərinin qərarları yalnız qanuna əsaslanmalıdır. Lakin bu qərar heç bir obyektiv və hüquqi əsas olmadan qəbul edilmiş və onun hüquqları pozulmuşdur. Qeyd edilənlərə əsasən barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən tərtib olunmuş 04 yanvar 2025-ci il tarixli, EQ 25372882 saylı inzibati xəta haqqında qərarın əsassız olduğundan ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X1 və inzibati protokol tərtib edən orqana işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati protokol tərtib edən orqanın nümayəndəsi və şikayətçi X4 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən aydın olur ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən tərtib olunmuş 04 yanvar 2025-ci il tarixli, EQ 25372882 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar