Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-42/2023 16.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük böyük icra məmuru X2, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, deməsinə görə tiktinti şirkətində fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaq Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Optimal binası, 15ci mərtəbədə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X4 tərəfindən, Qaradağ Rayon Məhkəməsinin 2(002)-4038/2015 saylı, 14 avqust 2015-ci il tarixli icra vərəqəsi üzrə aliment borcunu üzrlü səbəb olmadan icra etmədiyinə görə borclu Şəxs barəsində 11 noyabr 2022-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Həmin işə Qaradağ rayon Məhkəməsində baxılmış və Qaradağ rayon Məhkəməsinin 3(002)-1595/2022 saylı, 11 noyabr 2022-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Həmin qərardan tələbkar Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2931/2022 saylı, 16 dekabr 2022-ci il tarixli qərarına əsasən Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakiminin 3(002)-1595/2022 saylı, 11 noyabr 2022-ci il tarixli qərarı Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətə əsasən ləğv edilmiş və iş yenidən baxılması üçün həmin Məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Qaradağ rayon İcra şöbəsinin böyük böyük icra məmuru X4 izahat verərək bildirmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-4038/2015 saylı, 14 avqust 2015-ci il tarixli icra vərəqəsinə əsasən 27 oktyabr 2009-cu il təvəllüdlü X3 və 07 may 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 08 iyul 2015-ci il tarixdən başlayaraq Şəxs hər ay hər uşağa görə 108 manat olmaqla cəmi 216 manat miqdarında alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Həmin icra vərəqəsi icraatına daxil olduqdan sonra “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, borclu Şəxs icra sənədinin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını tam təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki uzun müddət borclu ilə əlaqə saxlamaq mümkün olmamış və yuxarıda qeyd olunan icra vərəqəsinə əsasən 14012 manat aliment borcu yığılmışdır. 2022-ci ilin sentyabr ayında borclunun aylıq aliment borcu 216 manatdan 340 manata qaldırılmışdır. Borclu ilkin icra vərəqəsi ilə bağlı aliment borcundan 4780 manat ödəniş edib və 14012 manat aliment borcu qalıb. Daha sonra həmin aliment borcundan ayrı-ayrı vaxtlarda 300, 150 və 192 manat ödənişlər etməklə ümumilikdə 5422 manat ödəməklə hal-hazırda 13370 manat borcu qalmışdır. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Tələbkar Zərərçəkmiş şəxs öz izahatında bildirmişdir ki, iki övladını təkbaşına böyüdür. Heç yerdə işləmir. Şəxs ayrıa-yrı vaxtlarda 300, 150 və 192 manat aliment borcundan ödənişlər etmişdir. Lakin bu ödənişlər nəinki ona ödənilməli olan aylıq aliment borcunu əhatə etmir, həmçinin borclunun ödənilməmiş qalan aliment borclarının da azalması üçün kifayət deyil. Hal-hazırda borclunun 13370 manat aliment borcu qalmışdır. O öz izahatında daha sonra göstərmişdir ki, borclu Şəxs ilə boşandıqdan sonra bir müddət bir yerdə yaşasalar da aliment borcundan imtina etməmiş və bununla bağlı icra şöbəsinə heç bir müraciət etməmişdir. Bütün bunların nəzərə alınaraq borclunun barəsində daha ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, qeyd olunan icra sənədindən xəbərdardır, 2017-2021-ci illər ərzində Zərərçəkmiş şəxs ilə bir yerdə yaşamış, daha sonra 2022-ci ilin yanvar ayında işləmək üçün Bakı şəhərinə gəlmişdir. Buna baxmayaraq maddi imkanı çatdığı həddə tələbkarın xeyrinə ümumilikdə 5422 manat aliment ödəmişdir. 13370 manat aliment borcu isə qalmaqdadır. Borcunu ödəməkdən yayınmır, əksinə öhdəliyini tam icra etmək niyyətindədir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun, böyük icra məmurunun və tələbkarın izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdər ki, icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları və inzibati xəta haqqında tərtib edilmiş 11 noyabr 2022-ci il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməməkvə böyük icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından uzun müddət keçməsinə baxmayaraq qətnaməni icra etməməsi və eləcə də icra məmurunun çağırışlarına hər hansı bir üzrlü səbəb olmadan gəlməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlil də gətirməmiş, əksinə öz izahatı və hərəkətləri ilə yaranmış borcunu ödəməyəcəyini bir daha nümayiş etdirmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya çərçivəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 16 yanvar 2023-ci il tarixdən saat 12:30-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-42/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-42/2023
16.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver