Məhkəmə qərarları › İş №3(002)-420/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-420/2021

09.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-420/2021 09.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, Gözəlov Aynur Niftulla oğlu və Gözəlov Kamal Niftulla oğlunun ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİ: Gözəlov Aynur Niftulla oğlu və Gözəlov Kamal Niftulla oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Qaradağ rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Gözəlov Aynur Niftulla oğlu barəsində xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli sənəd hazırlanaraq 100 manat məbləğində inzibati cərimə yazıldığını və həmin cərimənin əsassız yazıldığı üçün inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişlər. Məhkəmə ərizəni nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, İXM-nin tələblərindən aydın olur ki, inzibati xəta haqqında protokoldan deyil, protokol əsasında qəbul olunmuş qərardan şikayət vermək mümkünlüyü nəzərdə tutulmuşdir. Qeyd olunan ərizəyə isə nə protokol, nədə ki, protokol əsasında qəbul edilmiş qərar əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində göstərilir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə 130.1. Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Gözəlov Aynur Niftulla oğlu və Gözəlov Kamal Niftulla oğlu tərəfindən verilmiş ərizə geri qaytarılsın. Gözəlov Aynur Niftulla oğluna və Gözəlov Kamal Niftulla oğluna izah edilsin ki, mübahisələndirdikləri inzibati xəta haqqında protokolu və protokol əsasında qəbul edilmiş qərarı təqdim etməklə həmin qərarın ləğvinə dair müraciətlə inzibati xətanın törədildiyi yer üzrə məhkəməyə yenidən müraciət edə bilərlər. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar