Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-420/2025 02.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, X1 Daxili İşlər Nazirliyi BDYPİ-nin 04 yanvar 2025-cü il tarixli, EQ 25364745 nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abdulǝlizadə tərəfindən qəbul edilmiş 04 yanvar 2025-ci il tarixli, EQ seriyalı 25364745 saylı qərarın ləğv edilməsi və barəsində İXM-in 353.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və eyni zamanda qeyd olunan qərardan şikayət vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə 04 yanvar 2025-ci il tarixli, EQ seriyalı 25364745 saylı qərar qəbul edilmişdir. O, 04 yanvar 2025-ci il tarixli EQ seriyalı 25364745 saylı qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bildirmək istəyir ki, o, "SHACMAN YÜK" markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi olaraq, barəsində qəbul edilmiş qərarın qanunsuz olduğunu bildirir və bu qərarda göstərilən maddə ilə özümü təqsirli hesab etmir. 04 yanvar 2025-ci il tarixində, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Ələt istiqamətində idarə etdiyi nəqliyyat vasitəsinin çəkisi çəki ölçmə nəzarət sistemi vasitəsilə ölçülmüşdür. Bu ölçməni həyata keçirən cihazın "Kistler 9835A" markalı elektron cihaz olduğu qeyd edilərək, nəticədə onun inzibati xəta törətdiyi qənaətinə gəlinmiş və bu əsasla inzibati tənbeh tətbiq olunmuşdur. Qərarda bildirilir ki, o, **-OJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki həddini aşmışdır. Lakin bu iddia tamamilə əsassızdır, çünki nəqliyyat vasitəsinin çəkisi istehsalçı tərəfindən müəyyən olunmuş icazə verilən çəki həddinə tam uyğundur və heç bir yükləmə həddi aşılmamışdır. Şikayət ərizəsinə əlavə edilmiş **********017 №-li qəbz də nəqliyyat vasitəsinin çəkisinin icazə verilən hədləri aşmadığını təsdiq edir. Bu faktı nəzərə alaraq, o, heç bir inzibati xətaya yol verməmişdir. Buna baxmayaraq, barəsində qanunsuz olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Ona tətbiq edilən bu inzibati tənbeh, faktlara və mövcud qanunvericiliyə zidd olaraq verilmişdir. Bundan əlavə, qeyd olunan "Kistler 9835A" cihazının statik vəziyyətdə çəki ölçmək üçün nəzərdə tutulduğu və hərəkət halında olan nəqliyyat vasitələrinin çəkisini ölçərkən müxtəlif dinamik amillər səbəbindən qeyri-dəqiq nəticələr verə biləcəyi məlumdur. Hərəkət zamanı avtomobilin çəkisini müəyyən edərkən sürət, yol örtüyünün vəziyyəti, təbii vibrasiyalar və digər xarici təsirlər ölçmənin nəticələrinə təsir göstərə bilər. Bu isə o deməkdir ki, ona tətbiq edilən cərimə qeyri-dəqiq və hüquqi baxımdan əsassız bir ölçmə əsasında müəyyən edilmişdir. Belə çıxır ki, polis əməkdaşları öz üstün mövqelərindən istifadə edərək istədikləri şəxsi ittiham edə və cərimə edə bilər. Məhz bu halın qarşısının alınması üçün qanunvericilik inzibati xətanın törədilməsini sübut etmək vəzifəsini bu barədə qərar qəbul etmiş şəxsin üzərinə qoymuşdur. Buna görə də indiki halda 04 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında qərar qəbul etmiş əməkdaşın qərarın qəbulu üçün əsas olmuş halları sübuta yetirməsi vacibdir. Qanunvericiliyə əsasən inzibati xəta törətmiş şəxsin məsuliyyətə cəlb edilməsi üçün onun təqsiri müvafiq qaydada sübuta yetirilməlidir. Lakin onun barəsində qəbul edilmiş qərarda hər hansı əsaslı sübut təqdim edilməmişdir. Nəqliyyat vasitələrinin çəkisinin müəyyən edilməsi üçün istifadə olunan texniki vasitələrin sertifikatlaşdırılmış və kalibrlənmiş olması vacibdir. Ona qarşı tətbiq edilən ölçmənin aparıldığı "Kistler 9835A" markalı cihazın qanuni tələblərə uyğun olub-olmadığı, onun sertifikatlaşdırılması və kalibrlənməsi barədə mənə heç bir məlumat təqdim edilməmişdir. İnzibati tənbeh tətbiq edən şəxsin sübut etmə vəzifəsi vardır. Hazırkı halda, 04 yanvar 2025-ci il tarixli qərarı qəbul etmiş polis əməkdaşı nəqliyyat vasitəmin çəkisinin həddi aşdığını sübuta yetirmək üçün kifayət qədər hüquqi və texniki əsaslar təqdim etməmişdir. Dövlət orqanlarının və onların vəzifəli şəxslərinin qərarları yalnız qanuna əsaslanmalıdır. Lakin bu qərar, heç bir obyektiv və hüquqi əsas olmadan qəbul edilmiş və onun hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. Nəqliyyat vasitəsinin çəkisi avtomobili üçün müəyyən edilmiş icazə verilən çəki həddinə tam uyğundur və heç bir yükləmə həddi aşılmamışdır. Avtomobil mütəmadi olaraq texnki yoxlamadan keçirilir və daşıma qaydalarına tam riayət olunur. Ona tətbiq olunan inzibati tənbeh qərarında qeyd edilən çəki ölçmə cihazı ilə ölçülən nəticənin də düzgünlüyü şübhə altına alınır. Bu sistem, statik vəziyyətdə olan nəqliyyat vasitələrinin çəkisini ölçmək üçün istifadə edilir və hərəkət halında olan avtomobilin çəkisini ölçməkdə dinamik təsirlər və sürət faktoru səbəbindən qeyri-dəqiqliklər yarana bilər. Bu səbəbdən, ona tətbiq olunan cərimənin əsassız olduğunu hesab edir. Onun avtomobilinin çəki həddi aşılmadığı halda, bu qərar əsassız olaraq qəbul edilib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 noyabr 2020ci il tarixli qərarına əsasən Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azerbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən "İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xeta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şexs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. İXM-in 53-cü maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; Məhkəmə iclasının yeri və vaxtı barədə şikayət vermiş şəxs X2 və DİN-in BDYPİ-nə təkrarən, rəsmi məlumat verilsədə şikayət vermiş şəxs və nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də heç bir məlumat verməmişlər. Məhkəmə işə İXM-nin 61.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bundan başqa qeyd olunan qərardan şikayət verilmə müddətinin bərpasına dair verilmiş vəsatətə münasibətdə məhkəmə hesab edir ki, vəsatət əsaslı olduğundan şikayətə mahiyyəti üzrə baxılmalıdır. Belə ki, məhkəməyə qeyd olunan qərardan şikayət vermə müddətinin üzürsüz səbəbdən ötürülməsinə dair heç bir sübut təqdim edilməmişdir. Məhkəmə, şikayəti və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, X3 barəsində DİN-in BDYPİ-nin Mərkəzi Məlumat Xidməti tərəfindən tərtib edilmiş 04 yanvar 2025-ci il tarixli EQ 25364745 nömrəli qərar əsassız olduğundan ləğv edilməlidir. Şikayətə əlavə edilmiş DİN-in BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin 04 yanvar 2025-cü il tarixli, EQ 25364745 saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X3 04 yanvar 2025-cü il tarixdə, saat 13:35-də M-2, 47.9-cü km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Ələt istiqamətində “SHACMAN YÜK" markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə İXM-nin 353.2-ci maddəsi ilə 600 manat cərimə olunmuşdur. X1 şikayətə əlavə etdiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Yol Patrul Xidməti Alayının **********017 nömrəli qəbzindən aydın olur ki, "SHACMAN YÜK" markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 04 yanvar 2025-cü il tarixdə, saat 13:28-də 719 saylı postda yerləşən tərəzidən keçərkən ümumi çəkisi 31540 kiloqram olmuşdur. Belə olan halda sözügedən "SHACMAN YÜK" markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin çəkisi normanı keçməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına nəzarət dövlət xidməti Azərbaycan Metrologiya İnstitutu X5 “Ölçmə vasitələrinin yoxlanılması haqqında” ÖVY 15089 nömrəli şəhadətnamənin surətindən aydın olur ki, “Yaohua” adlanan, zavod nömrəsi 10407 olan elektron avtomobil tərəzisinin son yoxlama tarixi 06 may 2024-cü il olmaqla, 06 may 2025ci il tarixədək istifadə oluna bilər. DİN-in BDYPİ-si qanunvericilikdə nəzərdə tutulmuş qaydada təkrarən məlumatlandırılmalarına baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş və iş üçün xüsusi əhəmiyyətə malik olan, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin irəli sürdüyü sübut və faktları təkzib edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Azərbaycn Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə, yuxarıda qeyd olunanlara əsasən və İXM-in 114, 115, 128-131-ci və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Mərkəzi Məlumat Xidməti tərəfindən qəbul edilmiş 04 yanvar 2025-cü il tarixli, EQ seriyalı 25364745 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-420/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-420/2025
02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver