Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-422/2025 06.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, subay, deməsinə görə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin e-16(002)-163/2024 saylı, 29 oktyabr 2024-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrlü səbəb olmadan yerinə yetirmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibatı protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X7 protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin e- 16(002)-163/2024 saylı, 29 oktyabr 2024-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin icraatında olan 2(002)-3344/2024 saylı mülki işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək xx.xx.2021-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün 28 oktyabr 2024-cü il tarixdən hesablanmaqla Şəxs hər ay hər uşağa görə 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində müvəqqəti alimentin tutularaq X2 ödənilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra və probasiya şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq 30 oktyabr 2024-cü il tarixdə tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu aliment borcundan bu günədək heç bir ödəniş etməmişdir. Borclunun ödəməli olduğu alimentin miqdarı 1880 manatdır. Borclunun işlə təmin edilməsi isə məşğulluq mərkəzinə göndərilmiş, lakin borclu əməkhaqqının az olması səbəbindən işləməkdən imtina etmişdir. Əlavə olaraq bildirmişdir ki, məhkəmə iclasının yeri və vaxtı barədə tələbkara məlumat verməsinə baxmayaraq tələbkar məhkəmə iclasında iştirak edə bilmədiyini, lakin aliment borcunun ödənilməsini tələb etdiyini, bu baş vermədikdə isə borclunun barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdyini bildirmişdir. Beləliklə, bütün bunlara əsasən borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 06 mart 2025-ci il tarixli, MN ******* saylı protokol tərtib etmiş və borclunun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, əvvəllər “Bank Standart”da problemli kreditlər şöbəsində işləmişdir. Şəxsi səbəblərə görə işdən çıxmalı olmuş, işdən çıxdıqdan sonra başqa iş tapa bilməmişdir. İcra məmuru onu Qaradağ rayon İcra Şöbəsinə dəvət edərək iş tapması üçün məşğulluq xidmətinə yönləndirmişdir. Lakin məşğulluqda ona təklif edilən işlərin əmək haqqı məbləği çox aşağı olmuşdur. O aliment borcunun ödənilməsindən yayınmır, lakin hal-hazırda heç bir imkanı olmadığından ödənişi həyata keçirə bilmir. Şərait yaradılacağı təqdirdə yeni iş tapdıqdan dərhal sonra aliment borcundan kifayət qədər ödənişlər edəcəkdir. Bütün bu qeyd etdiklərinin nəzərə alınaraq barəsində aşağı həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının gedişində tələbkar X4 ilə mobil telefon vasitəsilə əlaqə saxlanılmış, tələbkar öz izahatında şəxsi işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini, borclunun bu günədək aliment borcundan heç bir ödəniş etmədiyini, yaranmış aliment borcunun tam şəkildə ödəməsini, bu baş vermədikdə isə barəsində ciddi tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdər ki, icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları, iş materialları və inzibati xəta haqqında tərtib edilmiş 06 mart 2025-ci il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasından uzun müddət keçməsinə baxmayaraq qətnaməni icra etməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlil də gətirməmiş, əksinə öz izahatı və hərəkətləri ilə yaranmış borcunu ödəməyəcəyini bir daha nümayiş etdirmişdir. Buna görə də məhkəmə yuxarıda qeyd olunanları və borclunun bu iş üzrə ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 06 mart 2025-ci il tarixdən saat 16:00-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-422/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-422/2025
06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver