Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-425/2022 19.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 482.2 və 505-ci maddələri ilə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Qaradağ Rayon Məhkəməsinə Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 482.2 və 505-ci maddələri ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş 00100-0378/22 saylı 19 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan aydın olur ki, Çin Xalq Respublikasından Bakı şəhəri, Nizami rayonu, X4, ev 40 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin adına 42223875 nömrəli vaqonda, TDTU ******* nömrəli konteynerlə, VİK867 nömrəli 12.10.2021-ci il tarixli invoys üzrə idxal edilmiş və Bakı Baş Gömrük İdarəsində **********0443 sorğu nömrəli 31.01.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə 11.02.2022-ci il tarixdə BBGİ-nin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolu 57 ünvanında yerləşən Abşeron gömrük postunda baxış keçirilən zaman gömrük bəyannaməsinin 14-cü mal mövqeyində 8654 ədəd “gərginliyi 100 V-dan çox olmayan lampalar (led lampa)” kimi bəyan edilmiş yüklərdən 750 cüt üzərlərində “R11 DC:8v 48v, 120** LM ***W” yazısı olan, 190 cüt üzərlərində “TP 1 H8/H9/H11/H16(JP) 1200W” yazısı olan, 4 cüt üzərlərində “Toby`s T-F3 450W” yazısı olan, 270 cüt üzərlərində “Head light Kit 9004/9007 6500k” yazısı olan (ümumilikdə 2428 ədəd) yüklərin gömrük dəyərinin aşağı və wattlarının düzgün bəyan edilməməsinə dair əsaslı şübhələr yaranmış, həmçinin həmin bəyannamənin 40-cı mal mövqeyində 142 ədəd “Turbo kompressor korpusu” yükü kimi bəyan edildiyi təqdirdə həmin yüklərin 30 ədəd üzərlərində “TURBOCHARGER TD03L4 49S31-05403” yazısı olan, 100 ədəd üzərlərində “TURBOCHARGER K 04 914F6K 682 AG” yazısı olan, 10 ədəd üzərlərində “TURBOCHARGER TF035 HM-12T 49135-06035” yazısı olan və 2 ədəd üzərlərində “TURBOCHARGER CTB1749V 1741779” yazısı olan turbo kompressor yükü olduğu aşkar edilmişdir. Araşdırma zamanı sorğu-sual edilmiş barəsində icraat aparılan Şəxs MMC-nin etibarnamə ilə nümayəndəsi olan X3 izahatında Şəxs MMC-nin adına Çin Xalq Respublikasından idxal edilmiş led lampaların gərginliyinin neçə volt olduğunun müşayiət sənədlərində göstərilmədiyini, mallara dair gömrük bəyannaməsinin yazılması üçün bəyannaməçiyə verilmiş “manifest” sənədinin Şəxs MMC-nin işçiləri tərəfindən hazırlandığını, nəticədə həmin sənədi hazırlayan işçinin led lampaların hamısını gərginliyi 100 V-dan az olan lampaların kodunda qeyd etdiyinə görə mallar gömrük orqanına da gərginliyi 100 V-dan az olan lampalar kimi bəyan edildiyini, gömrük bəyannaməsi yazıldıqdan sonra qeyd edilən uyğunsuzluğu aşkar etdiklərini, lakin, həm sənədlərdə düzəliş aparmağın əlavə vaxt tələb etdiyinə görə, həm də gərginliyi 100 V-dan az olan lampalar kimi bəyan edildiyi təqdirdə daha az gömrük ödənişi ödəyəcəkləri üçün gömrük bəyannaməsindəki uyğunsuzluq barədə gömrük orqanına məlumat vermədiklərini, həmçinin, mallara baxış zamanı **********0443 sorğu nömrəli gömrük bəyannaməsinin 40cı mal mövqeyində 142 ədəd “Turbo kompressor korpusu” yükü kimi bəyan edilmiş yüklərin 142 ədəd turbo kompressor yükü olduğunun aşkar edildiyini, Şəxs MMC tərəfindən Çin Xalq Respublikasının “X5 Co.LTD” şirkətinə turbo kompressor yüklərinin sifariş verildiyini, göndərən şirkətin sifarişi düzgün göndərsə də malın adını müşayiət sənədlərində düzgün yazmadığını, aşkar edilmiş uyğunsuzluqdan mallara baxış zamanı məlumatlarının olduğunu, gömrük qaydalarının pozulduğunu bildiklərini, qanunvericilikdə nəzərdə tutulmuş qaydada MMC olaraq məsuliyyət daşımağa hazır olduqlarını bildirmişdir. İş üzrə “əmtəəşünaslıq” ekspertiza keçirilməsi zərurəti yarandığından 750 cüt üzərlərində “R11 DC:8v 48v, 120** LM ***W” yazısı olan, 190 cüt üzərlərində “TP 1 H8/H9/H11/H16(JP) 1200W” yazısı olan, 4 cüt üzərlərində “Toby`s T-F3 450W” yazısı olan, 270 cüt üzərlərində “Head light Kit 9004/9007 6500k” yazısı olan led lampaların və 30 ədəd üzərlərində “TURBOCHARGER TD03L4 49S31-05403” yazısı olan, 100 ədəd üzərlərində “TURBOCHARGER K 04 914F6K 682 AG” yazısı olan, 10 ədəd üzərlərində “TURBOCHARGER TF035 HM-12T 49135-06035” yazısı olan və 2 ədəd üzərlərində “TURBOCHARGER CTB1749V 1741779” yazısı olan turbo kompressor yüklərinin hər birinin ayrı-ayrılıqda və ümumilikdə 31.01.2022-ci il tarixə orta üzrə orta bazar qiyməti barədə rəy verilməsi üçün tərəfimizdən 1400-013/006-22/001167 nömrəli 22.02.2022-ci il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət olunmuş, həmin Mərkəzin 9/1286 nömrəli 16 mart 2022-ci il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim olunmuş 8 adda avtomobil hissələrinin 31.01.2022-ci il tarixə ümumilikdə orta bazar qiymətinin təxminən 62830 manat olduğu, müəyyən edilmişdir. Beləliklə, araşdırma zamanı Şəxs MMC tərəfindən gömrük dəyərinin aşağı və wattlarının düzgün bəyan edilməməsinə dair əsaslı şübhələr yaranmış 750 cüt üzərlərində “R11 DC:8v 48v, 120** LM ***W” yazısı olan, 190 cüt üzərlərində “TP 1 H8/H9/H11/H16(JP) 1200W” yazısı olan, 4 cüt üzərlərində “Toby`s T-F3 450W” yazısı olan, 270 cüt üzərlərində “Head light Kit 9004/9007 6500k” yazısı olan led lampaların 31.01.2022-ci il tarixə ümumilikdə orta bazar qiymətinin 17530,00 manat, gömrük orqanına 142 ədəd “Turbo kompressor korpusu” yükü kimi bəyan edilmiş 30 ədəd üzərlərində “TURBOCHARGER TD03L4 49S31-05403” yazısı olan, 100 ədəd üzərlərində “TURBOCHARGER K 04 914F6K 682 AG” yazısı olan, 10 ədəd üzərlərində “TURBOCHARGER TF035 HM-12T 49135-06035” yazısı olan və 2 ədəd üzərlərində “TURBOCHARGER CTB1749V 1741779” yazısı olan turbo kompressor yüklərinin orta bazar qiymətinin isə 45300,00 manat olduğu müəyyən edilmişdir. Araşdırma zərurəti ilə əlaqədar yuxarıda göstərilənlərə əsasən **********0443 sorğu nömrəli 31.01.2022-ci il tarixli gömrük bəyannaməsinin 14-cü mal mövqeyində bəyan edilmiş led lampalar yüklərinə görə ödənilmiş gömrük ödənişləri nəzərə alınmaqla orta bazar qiyməti 17530,00 manat olan 750 cüt üzərlərində “R11 DC:8v 48v, 120** LM ***W” yazısı olan, 190 cüt üzərlərində “TP 1 H8/H9/H11/H16(JP) 1200W” yazısı olan, 4 cüt üzərlərində “Toby`s T-F3 450W” yazısı olan, 270 cüt üzərlərində “Head light Kit 9004/9007 6500k” yazısı olan led lampalar yüklərinə görə Şəxs MMC tərəfindən əlavə gömrük ödənişlərinin yaranıb yaranmadığı, müsbət halda əlavə gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün 34/013/005796 nömrəli 18.03.2022-ci il tarixli raportlaGömrük Əməliyyatları İdarəsinə müraciət olunmuş, daxil olmuş 34/012/005878 nömrəli 19.03.2022-ci il tarixli raporta əsasən gərginliyi 100 V-dan çox olan ümumilikdə 1214 cüt led lampalar yüklərinə görə Şəxs MMC tərəfindən idxal gömrük rüsumu üzrə 1258,00 manat, əlavə dəyər vergisi üzrə 1736,00 manat olmaqla ümumilikdə 2994,00 manat əlavə gömrük ödənişlərinin ödənilməli olduğu müəyyən edilmişdir. Beləliklə aparılmış inzibati araşdırma nəticəsində müəyyən edilmişdir ki,Şəxs MMC tərəfindən Çin Xalq Respublikasından idxal edilmiş və gömrük orqanına gərginliyi 100 Vdan çox olmayan led lampalar kimi bəyan edilmiş yüklərin gərginliyinin V-dan az olduğu barədə MMC-də əvvəlcədən məlumat olmuş, lakin, gömrük ödənişlərinin məbləğinin az ödənilməsi üçün bu barədə gömrük orqanına məlumat verilməmiş, nəticədə ümumilikdə 2994,00 manat gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına görə MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olduğu müəyyən edilmişdir. Həmçinin, Şəxs MMC tərəfindən Çin Xalq Respublikasından idxal edilmiş və gömrük orqanına “Turbo kompressor korpusu” kimi bəyan edilmiş yüklərin 142 ədəd “Turbo kompressor” yükləri olduğu, nəticədə orta bazar qiyməti 45300,00 manat turbo kompressor yüklərinin gömrük orqanına düzgün bəyan edilmədiyi və MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olduğu müəyyən edilmişdir. Beləliklə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2 və 505-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu fakt 34/024/003448 saylı 16.02.2022-ci il tarixli raport, 11.02.2022-ciil tarixli yoxlama haqqında protokol, **********0443 sorğu nömrəli 31.01.2022-ci il tarixli gömrük bəyannəməsi, VİK867 nömrəli 12.10.2021-ci il tarixli invoys sənədi, 9/1286 nömrəli 16 mart 2022-ci il tarixli ekspert rəyi, Şəxs MMC-nin etibarnamə ilə nümayəndəsi olan X2 izahatı və işdə olan digər sənədlərlə tam təsdiq edilir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə təkrar məlumat verilməsinə baxmayaraq qeyd olunan tərəflərin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs MMC tərəfindən inzibati xətanın törədilməsi işdə olan sənədlərlə öz təsdiqini tapdığından Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməli, 2994 manat məbləğində gömrük ödənişlərini isə ödədiyindən İXM-nin 505-ci maddəsi ilə inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 2994 manat məbləğində gömrük ödənişləri 19 aprel 2022-ci il tarixdə tam şəkildə ödənilmişdir Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Lakin həimin maddənin qeydinə əsasən bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 482.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə inzibati məsuliyyətdən azad edilsin. Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş malların ümumi dəyəri olan 45300 (qırx beş min üç yüz) manatın 30 % (otuz faizi) həddində, yəni 13590 (on üç min beş yüz doxsan) manat məbləğində cərimə edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Şəxs MMC-dən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X1, KOD 210005, Müxbir hesab AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-425/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-425/2022
19.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver