Məhkəmə qərarları › İş №3(002)-425/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-425/2025

07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-425/2025 07.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X5, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs üzərinə qızı X4 məxsus "Tik-tok" sosial şəbəkəsindəki publik səhifədə canlı yayımda X3 şərəf və ləyaqətinə xələl gətirən ifadələrin yanlış olduğu etiraf edilməklə təkzib edilməsi vəzifəsi qoyulmaqla, mənəvi zərərə görə 500 manat məbləğində pul cavabdeh Şəxs tutularaq iddiaçı X3 xeyrinə ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-6107/2023 nömrəli icra sənədinə icra edilməsi üzrə borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icra məmurunun qanuni tələbini icra etməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin icra məmuru X8 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək həmin tarixdə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Bundan sonra, borclu Şəxs icra sənədinin icrası tələb olunmuşdur. Borclu hazırki tarixədək icra sənədini icra etməmiş, tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək, qeyd olunan icra sənədindən xəbərdardır. O, icra şöbəsində tələbkara 200 manat ödəniş təqdim etsə də tələbkar bu pulu qəbul etməkdən imtina etmiş, icra məmuru tərəfindən icra şöbəsinin depozitinə qəbul edilməmişdir. Maddi imkanı zəif olduğundan, iş yeri olmadığından 500 manat məbləğdə mənəvi zərəri birdəfəlik ödəyə bilməmişdir. Lakin, daha əvvəl icra şöbəsində olduğu vaxt 200 manat ödəniş etmək istədiyini bildirmiş, lakin həmin məbləği qarşı tərəf və icra məmuru qəbul etməmişdir. İcra sənədindəki digər tələbi, yəni qızı Şəbnəm Babayevaya aid "Tik-tok" sosial şəbəkəsindəki publik səhifədə canlı yayımda tələbkarın barəsində söyləmiş olduğu ifadələri təkzib etməklə və yanlış olduğunu etiraf etməkləicra etmiş və bununla bağlı videogörüntüləri icra məmuruna təqdim etmişdir. Hazırda ailənin tək gəlir gətirən şəxsi olan oğlu hərbi xidmətdədir, özünün himayəsində azyaşlı övladı və psixi xəstəlikdən əziyyət çəkən anası var. Bundan başqa o, kirayə evdə yaşayır. Göstərilən halları və yaxın zamanda tələbkara olan borcunu ödəyəcəyini nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, əlilliyi olmayan şəxsdir. Müdafiəçi ilə təmin olunmaq istəməməsi onun maddi vəziyyəti ilə bağlı deyildir. Məhkəmə iclasında iştirak edən tələbkar X7 ifadəsində bildirmişdir ki, borclu icra sənədini düzgün qaydada yerinə yetirmədiyi üçün o, bu haldan narazıdır. Çünki borclunun onun şərəf və ləyaqətinə xələl gətirən ifadələri səsləndirdiyi “Tiktok” sosial şəbəkəsindəki publik səhifə ilə, icra sənədini yerinə yetirmək üçün həmin ifadələrin təkzibi haqqında video çəkdiyi publik səhifə eyni deyil. Bundan başqa canlı yayımda izləyici sayı da azlıq təşkil etmişdir. Göstərilənləri nəzərə alaraq, borclu barəsində inzibati həbs tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-6107/2023 nömrəli icra sənədinə əsasən iddiaçı X3 şərəf və ləyaqətinə xələl gətirən yanlış ifadələrin işlədilməsinə və yayılmasına görə cavabdeh Şəxs üzərinə həmin ifadələrin yanlış olduğu qeyd olunmaqla iddiaçı X2 yazılı qaydada üzr istənilməsi vəzifəsi qoyulmaqla, Şəxs üzərinə qızı X6 məxsus "Tik-tok" sosial şəbəkəsindəki publik səhifədə canlı yayımda X3 şərəf və ləyaqətinə xələl gətirən ifadələrin yanlış olduğu etiraf edilməklə təkzib edilməsi vəzifəsi qoyulmuşdur. Mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pul cavabdeh Şəxs tutularaq iddiaçı X3 xeyrinə ödənilməlidir. İş materiallarında olan Qaradağ Rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarlardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-6107/2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli könüllü icra barədə bildirişindən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbərdarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X8 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs üzərinə qızı X6 məxsus "Tik-tok" sosial şəbəkəsindəki publik səhifədə canlı yayımda X3 şərəf və ləyaqətinə xələl gətirən ifadələrin yanlış olduğu etiraf edilməklə təkzib edilməsi vəzifəsi qoyulmaqla, mənəvi zərərə görə 500 manat məbləğində pul cavabdeh Şəxs tutularaq iddiaçı X3 xeyrinə ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-6107/2023 nömrəli icra sənədinə icra edilməsi üzrə borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icra məmurunun qanuni tələbini icra etməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materialına olan 1 ədəd CD diskə əlavə edilmiş videogörüntülərdən aydın olur ki, Şəxs övladı X6 məxsus "Tik-tok" sosial şəbəkəsindəki publik səhifədə canlı yayımda tələbkarın barəsində söyləmiş olduğu ifadələri təkzib etmiş və yanlış olduğunu etiraf etmişdir. Məhkəmə tələbkarın, "Tik-tok" sosial şəbəkəsindəki publik səhifədə canlı yayımda izləyici sayının 100 nəfərə çatmadan Şəxs tərəfindən qərarın icra edilməsi barədə söylədiklərinə münasibətə qeyd edir ki, icra sənədində canlı yayım zamanı izləyici sayının məhz neçə nəfər olması barədə hər hansı qeyd mövcud deyildir. Məhkəmə hazırki iş üzrə tərəflərin izahatını dinləyərək hesab edir ki, borclunun əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. İnzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs 500 manat borcundan 200 manat təqdim edərkən həmin məbləğ zərərçəkmiş şəxs tərəfindən qəbul edilməmiş, icra məmuru isə qeyd olunan məbləğin tələbkara çatdırılması istiqamətində səy göstərməmişdir. Bundan əlavə məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs işsiz olmaqla təkbaşına yaşayır, qanuni qüvvəsini almış məhkəmə aktının icrasından qərəzli yayınmır, borcunun müəyyən hissəsini ödəmək istəsə də zərərçəkmiş şəxs tərəfindən qəbul edilməmişdir. Maddi imkanı zəif olduğundan 500 manat məbləğdə mənəvi zərəri birdəfəlik ödəyə bilmir. Şəxs övladı X4 məxsus "Tik-tok" sosial şəbəkəsindəki publik səhifədə canlı yayımda tələbkarın barəsində söylədiyi ifadələri təkzib etməsi, yanlış olduğunu etiraf etməsi barədə videogörüntüləri icra məmuruna təqdim etmişdir. Hazırda ailənin tək gəlir gətirən şəxsi olan oğlu hərbi xidmətdədir, özünün himayəsində azyaşlı övladı və psixi xəstəlikdən əziyyət çəkən anası vardır. Bundan başqa məhkəmə iclasında borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına dair də heç bir hal müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə borclunun üzərinə düşən aliment borcunun ödənilməsindən qərəzli olaraq yayınması hallarının mövcud olduğunu hesab etmir. Məhkəmə hesab edir ki, borclu barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə və ya inzibati həbs tənbeh tədbirinin tətbiq ediməsi yuxarıda göstərilənlərə əsasən məqsədə müvafiq deyildir, həmçinin həmin maddənin qeyd hissəsi nəzərə alınaraq borclu məsuliyyətdən azad edilməlidir. Məhkəmə qeyd edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməmişdirsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirə salınmadan icra olunur. Odur ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar