Məhkəmə qərarları › İş №3(002)-427/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-427/2023

05.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-427/2023 05.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X2, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin rəisi X5 tərəfindən qəbul edilmiş 30 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X4 şikayətlə məhkəməyə müraciət edərək Nüvə və X1 üzrə Dövlət Agentliyinin rəisi X5 tərəfindən qəbul edilmiş 30 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 məhkəməyə ərizə təqdim edərək Nüvə və X1 üzrə Dövlət Agentliyinin rəisi X5 tərəfindən qəbul edilmiş 30 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla razı olduğunu və tərəfindən verilmiş şikayətin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinin etibarnamə üzrə nümayəndəsi X6 şikayətçi X4 tərəfindən verilmiş şikayət ərizəsinin geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə şikayətçini dinləyib, şikayət ərizəsini geri götürmə barədə ərizəsini nəzərdən keçirib hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129-cu maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, şikayətçi X2 Nüvə və X1 üzrə Dövlət Agentliyinin rəisi X5 tərəfindən qəbul edilmiş 30 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayət ərizəsinin baxılmadan geri qaytarılması barədə ərizəsi təmin edilməli, şikayətçi X2 ilkin şikayət ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 129 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X4 tərəfindən verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar