Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-428/2021 01.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Qaradağ RPİ-nin DYPŞ-nin YPX-nın inspektoru, polis serjantı X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1991-ci ildə Şuşa şəhərində doğulmuş, Sumqayıt şəhəri, “Yaşma Bağları” məhəllə 3 ünvanında qeydiyyatda olan Şəxs barəsində Qaradağ RPİ-dən daxil olmuş inzibati materiala, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş xx xxxx 2021-ci il tarixli İXP ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs xx xxxx 2021-ci il tarixdə gecə saat 01:20 radələrində “Kia Rio” minik markalı ** VH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Qaradağ rayonu Lökbatan qəsəbəsi, 28 May küçəsində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə saxlanılmış və saxlanılarkən onda alkoqol sərxoşluğu olduğu şübhə yaratdığı üçün alkotesterdən keçirilmiş, lakin Şəxs etiraz etdiyi üçün polis əməkdaşları tərəfindən sərxoşluq vəziyyətinin yoxlanılması məqsədilə tibbi müayinədən keçirilməsi üçün Narkoloji Mərkəzə aparılsa da sonuncu müayinədən keçməkdən imtina etmişdir. Buna görə də onun barəsində İXM-nin 327.1 və 343.1-ci maddələrinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nin YPX-nın inspektoru, polis serjantı X2 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, YPX inspektoru Taleh Nəsibov ilə birlikdə xx xxxx 2021-ci il tarixdə xidmətdə olarkən gecə saat 01:20 radələrində “Kia Rio” minik markalı ** VH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Qaradağ rayonu Lökbatan qəsəbəsi, 28 May küçəsində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə, yəni dönmə işıq cihazlarından istifadə etmədiyinə görə tərəflərindən saxlanılmışdır. Bu zaman həmin avtomaşını idarə edən Şəxs spirtli içki iyi gəldiyi hiss olunduğu üçün ondan hər hansı spirtli içki qəbul edib-etmədiyi soruşulmuşdur. Şəxs “HELL” enerji içkisi qəbul etdiyi bildirmişdir. Avtomaşının salonunda isə “Go” spirtli içkisinin bankası olmuşdur. Bu zaman Şəxs alkotesterdən keçməsi təklif olunmuşdur. Şəxs alkotesterdən keçərkən onda alkoqolun miqdarı 4.177% təşkil etmişdir. Şəxs alkotesterin nəticəsi ilə razı olmayaraq etiraz etdiyi üçün sərxoşluq vəziyyətinin yoxlanılması məqsədilə tibbi müayinədən keçirilməsi üçün Narkoloji Mərkəzə aparılmışdır. Şəxs xx xxxx 2021-ci il tarixdə saat 02 radələrində həkim müayinəsində olarkən sərxoşluq vəziyyətinin yoxlanılmasından imtina etmişdir. Buna görə də onun barəsində İXM-nin 327.1 və 343.1-ci maddələrinə əsasən inzibati protokol tərtib edilmişdir. Odur ki, tərtib edilmiş protokolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmiş və Şəxs saxlanılması zamanı YPX avtomobilində olan videokamera vasitəsilə çəkilmiş görüntünü məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul etməyərək bildirmişdir ki, ailəli olmaqla himayəsində iki azyaşlı uşağı vardır. Rəsmi qaydada işləməsə də fərdi qaydada taksi fəaliyyətilə məşğul olmaqla ailəsini dolandırır. xx xxxx 2021-ci il tarixdə gecə saat 01:20 radələrində idarə etdiyi “Kia Rio” minik markalı ** VH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Bismillah” dönərxanasının yanında saxlayarkən polis əməkdaşları ona yaxınlaşaraq qayda pozuntusu törətdiyini bildirsələr də o, heç heç bir qayda pozuntusu törətmədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ondan spirtli içki iyi gəldiyini bildirərək alkotesterdən keçməsini xahiş etmişlər. Alkotesterin nəticəsi ilə razı olmamış və buna görə də polis əməkdaşları tərəfindən Nizami metrosunun yanında yerləşən Narkoloji Mərkəzə aparılmışdır. Narkoloji Mərkəzdə həkimlərin polislə əlbir olduğunu ehtimal edərək nəfəs vasitəsilə deyil, qan analizi vasitəsilə sərxoşluğunun yoxlanılmasını xahiş etmişdir. Lakin müayinə aparan həkim onun bu xahişini yerinə yetirmədiyi üçün müayinədən keçməkdən imtina etmişdir. Bundan sonra o, öz təşəbbüsü ilə yenidən Maştağa qəsəbəsində yerləşən Narkoloji Mərkəzə getmiş və həmin gün 05:35-də tibbi müayinədən keçərkən onda ancaq qalıq əlaməti müəyyən edilmişdir. Odur ki, barəsində olan inzibati icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx xxxx 2021-ci il tarixli İXP ******* saylı protokoldan aydın olur ki, Şəxs xx xxxx 2021-ci il tarixdə Qaradağ rayonu Lökbatan qəsəbəsi, 28 May küçəsində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə saxlanılmış və saxlanılarkən onda alkoqol sərxoşluğu olduğu şübhə yaratdığı üçün alkotesterdən keçirilmiş, lakin Şəxs etiraz etdiyi üçün polis əməkdaşları tərəfindən sərxoşluq vəziyyətinin yoxlanılması məqsədilə tibbi müayinədən keçirilməsi üçün Narkoloji Mərkəzə aparılsa da sonuncu müayinədən keçməkdən imtina etmişdir. Buna görə də onun barəsində İXM-nin 327.1 və 343.1-ci maddələrinə əsasən inzibati protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş İN 642040 saylı xx.xx.2021-ci il tarixli alkotestr qəbzindən aydın olur ki, Şəxs xx.xx.2021-ci il tarixdə gecə saat 01:25-də alkoqolun miqdarı 4.177 % olduğu aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair xx xxxx 2021-ci il tarixli 2/5592 saylı aktdan aydın olur ki, Şəxs həmin gün gecə saat 02:00 radələrində müayinədən keçməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair xx xxxx 2021-ci il tarixli 1/568 saylı aktdan aydın olur ki, Şəxs həmin gün gecə saat 05:35 radələrində tibbi müayinədən keçərkən onda ağızdan alkoqolun zəif iyi gəlməklə qalıq əlaməti müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin DYPŞ-nin YPX-nın inspektoru, polis serjantı X1 təqdim etdiyi bir ədəd DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Şəxs xx xxxx 2021-ci il tarixdə gecə saat 01:20 radələrində “Kia Rio” minik markalı ** VH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən həqiqətən də Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərkən işıq cihazlarından istifadə etməmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi tərəflərin izahatı, inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 209 saylı “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.2-ci bəndində qeyd edilmişdir ki,nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. Həmin Qərarın 2.3-cü bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Həmin Qərarın 2.4-cü bəndinin tələblərinə görə xüsusi texniki vasitə qanda alkoqolun konsenrtasiyasının 0,3 promili və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixitrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, fərdi taksi fəaliyyətilə məşğul olmaqla həmin fəaliyyətin onun yeganə qazanc mənbəyi olmasını əsas götürərək hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi daha məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov.
Məhkəmə qərarları › İş №3(002)-428/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-428/2021
01.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver