Məhkəmə qərarları › İş №3(002)-429/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-429/2022

31.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-429/2022 31.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X3, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mikayılova (Süleymanzadə) Fəridə Yavər qızının iştirakları ilə, xx xxxxxx 1996-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qubadlı rayonu, Aşağı Cibili kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Mikayılova (Süleymanzadə) Fəridə Yavər qızı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X8, borclu Mikayılova (Süleymanzadə) Fəridə Yavər qızı barəsində protokol tərtib edərək, Qubadlı rayon Məhkəməsinin 2(028)- 112/2019 saylı, 12 iyun 2019-cu il tarixli icra vərəqəsinə əsasən iddiaçı X9 ilə X13 arasında bağlanmış, “Mercedes Benz C 220 CDİ” markalı ** HE *** qeydiyyat nişanlı avtomobilin alqı-satqısna dair 16 iyun 2017-ci il tarixli müqavilənin əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilməsinin borclu tərəfindən təmin edilməməsinə görə barəsində inzibati tənbeh tətdbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X8 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Qubadlı rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli, 2(028)-112/2019 saylı icra vərəqəsinə əsasən X9 ilə X13 arasında bağlanmış “Mersedes Benz C-220 CDİ” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair 16 iyun 2017-ci il tarixli müqavilə əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilsə də, borclu tərəfindən qətnamənin icrası təmin edilməyərək qeyd olunan avtomobil müvafiq sənədləşmədən keçirilməmiş və İcra Şöbəsinə təqdim edilməmişdir. İcra sənədi icraata daxil olduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclu bu günədək üzərinə düşən öhdəliyi heç bir üzürlü səbəb olmadan icra etməmiş bu səbəbdən də barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 31 mart 2022-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Buna görə də borclu X6 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X10 öz izahatında bildirmişdir ki, Mikayılova (Süleymanzadə) Fəridə Yavər qızı məqsədli şəkildə avtomobili öz adından çıxarmayaraq icra şöbəsinə təqdim etmir və icra məmuru da onun bu əməllərinə göz yumur. O, X13 barəsində ciddi tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mikayılova (Süleymanzadə) Fəridə Yavər qızı öz izahatında bildirmişdir ki, icra sənədinə əsasən öz üzərinə düşən öhdəliyi təmin etmişdir. Belə ki, Mercedes Benz C 220 CDİ” markalı ** HE *** qeydiyyat nişanlı avtomobilin X5 adına rəsmiləşdirilməsinə etiraz etməməyi barədə notarisuda təsdiq olunmuş ərizəni təqdim etmişdir. Hal-hazırda qeyd olunan avtomobil onda olmamaqla atası X7 qaytarmışdır. O, himayəsində bir körpə uşağının olmasını və ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alaraq iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Mikayılova (Süleymanzadə) Fəridə Yavər qızı yaranmış öhdəlikdən xəbəri olmaqla heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, icra etməmişdir. Mikayılova (Süleymanzadə) Fəridə Yavər qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün şəxsi etirafı və inzibati xəta haqqında tərtib edilmiş 31 mart 2022ci il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Borclunun məhkəməyə təqdim etdiyi doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, 12 fevral 2022-ci il tarixdə doğulmuş X2 anası Şəxsdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinin tələbindn aydın olru ki, himayəsində on dörd yaşınadək uşağı olan qadınlar barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə, Mikayılova (Süleymanzadə) Fəridə Yavər qızı tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Mikayılova (Süleymanzadə) Fəridə Yavər qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar