Məhkəmə qərarları › İş №3(002)-429/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-429/2025

14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-429/2025 14.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon prokurorunun köməkçisi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qubadlı rayonu, Dondarlı ərazi dairəsi, Saray Kəndində qeydiyyatda olan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Bakı şəhəri Qaradağ rayon prokurorluğundan daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Qaradağ Rayon Prokurorluğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilmiş, həmin qərar və ona əlavə edilmiş sənədlər baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, vəzifəli şəxs Şəxs- "xxxx" MMC ilə aralarında bağlanılmış əmək müqaviləsinə əsasən cəmiyyətdə infrastrukturun idarə edilməsi şöbəsinin rəisi işləyən zaman məsul olduğu sahədə SƏTƏM prosedur qaydaları və tələblərini yerinə yetirmək, bu yöndə nümunəvi davranış sərgiləmək, o cümlədən, həmin qayda və tələblərin işçilər, podratçılar və 3-cü tərəflər tərəfindən düzgün mənimsənilərək təhlükəsiz işləməsini təmin etməli olduğu halda bunları etməyərək, "ictimai binalar və tikililər" 2.08.02-89* DÜST-nin (Dövlət Standartının) tələblərinin 1.91-ci bəndinin, yəni pilləkən marşları və meydançalar sürahiləri olan məhəccərlə təmin olunmalıdır tələbini pozan şəxs kimi lazımi diqqət və ya ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunları görməyərək həmin cəmiyyətdə müvafiq əmək müqaviləsi əsasında sahə operatoru işləyən X3 "soyunub-geyinmə otağından çıxarkən pilləkəndən sürüşərək sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmuş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərərin vurulması inzibati xətasını törətmişdir. Bakı şəhəri, Qaradağ rayon prokurorluğunda qeyd olunan faktla əlaqədar aparılmış araşdırma nəticəsində əməldə cinayət tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən xx.xx.2025-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, inzibati məsuliyyətə cəlb edilmə məsələsinə baxılması üçün toplanmış material rayon prokuroruna təqdim edilmişdir. Qeyd olunanlar Şəxs, X7, X14 və X2 izahatları, hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokol, məhkəmə-əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2025-ci il tarixli 10/10269 nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 09/743 saylı sənədlərlə sübut olunur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ rayon prokurorunun köməkçisi X8 xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarı müdafiə edərək, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 2012-2013-cü illərdən "xxxx" MMC-də işləyir. 2014-cü ildən tikinti mühəndisi, 2014-2025-ci il tarixləri arası istismar və texniki xidmət departamentinin müdiri, xx.xx.2025-ci il tarixdən isə infrastrukturun idarə edilməsi üzrə icraçı menecer olaraq işləyir. "xxxx" MMC-də indi və keçmişdə əməkdaş olduğu bütün müddətlərdə heç vaxt texniki təhlükəsizlik tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi üzrə heç bir vəzifə öhdəliyi olmamışdır. Zavoddaxili tələblərə və qaydalara görə, eləcə də, təsdiq edilmiş inşaat-tikinti cizgisində həmin meydançada məhəccərin nəzərdə tutulmadığını, bunun əvəzində, meydança kənarlarının və pillə künclərinin "Xətti keçmə!" xəbərdaredici nişanının sarı rənglə işarələndiyi nəzərə alınmalıdır. Bu səbəbdən hadisənin məhz zərərçəkmiş şəxsin ehtiyatsızlığı səbəbindən baş verdiyi hesab edilməlidir. Əgər haqqında inzibati xətanı yaradan əsas faktor işçinin yıxılıb zədə aldığı pilləkən meydançasında qoruyucu sipərin olmamasıdırsa, həmin meydanaçada qoruyucu sipərin (baryerin, məhəccərin) olması tələbi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi daxil olmaqla, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin internet səhifəsində əks etdirilən inşaat-tikinti qaydalarında və digər əlaqədar normativ-hüquqi aktlarda nəzərdə tutulmamışdır. Bakı Gəmiqayırma Zavodunun tikintisi zamanı, inşaatın icrası üçün hüquqi əsas olan tikinti layihəsinin planında (cizgisində) hər bir nüans yerli və xarici ekspertlərlə razılaşdırılmışdır və layihənin istismara qəbulu yekunda X17 Komissiyası tərəfindən aparılmışdır. Bununla da onun zavodda fəaliyyət göstərdiyi müddətdən infrastrukturların normalara uyğun olaraq quraşdırılması, istismar zamanı meydana gələn təhlükəsizliklə bağlı problemlərin aradan qaldırılması kimi vəzifə öhdəlikləri olmamışdır, eləcə də, zavod daxilindəki binaların dizayn işlərinin hazırlanmasında və layihələndirməsində heç bir iştirakı və rəy vermək barədə səlahiyyəti olmamışdır. Zavod tikilən zaman onun əsas vəzifə öhdəliyi tikinti materiallarının keyfiyyətinə, o cümlədən işçilərin tikinti zamanı təhlükəsizlik qaydalarına riayət etməsinə nəzarət etmək olmuşdur. Bakı şəhəri Qaradağ rayon prokurorluğunun yuxarıda göstərilən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarında hadisənin "soyunub-geyinmə otağından çıxarkən baş verməsi göstərilir, hansı ki, bu otağın istehsalat prosesində və ya ümumilikdə işçilərin əmək fəaliyyətində istifadə edilən və binalarda olması nəzərdə tutulan “texniki təhlükəsizlik və əməyin mühafizəsi” rejiminə aidiyyəti yoxdur. Bu otaq müəssisənin istehsal fəaliyyəti təşkil edilən bina hissəsindən aralıda yerləşir və ümumi və xüsusi tikinti-inşaat normaları nəzərə alınmaqla tikilmişdir ki, burda xüsusi texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkil edilməsi tələb edilmir. Ekspertlər və istintaqı aparan müstəntiq yoxlanış və obyektiv tədqiq üçün hadisə baş verən binaya gəlməmiş və zavoda müraciət etməmişlər. Hadisə yerinə gəlmədən, bədbəxt hadisənin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının pozulması səbəbindən yaranmasına dair ekspert rəyinin verilməsini qeyri-obyektiv və şübhəli hal hesab edir. Həmçinin, qeyd etmişdir ki, müstəntiq hadisə yerinə gəlməmiş, baxış protokolunda adları qeyd olunan zavod əməkdaşları hər hansı baxışda iştirak etməmiş, baxış protokolu onlar tərəfindən imzalanmamışdır. Onun Bakı Gəmiqayırma Zavodunda heç zaman əməyin mühafizəsi, texniki təhlükəsizlik, ətraf mühitin qorunması tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi üzrə vəzifəli şəxs kimi icrası məcburi olan hər hansı bir qərar və ya təşkilati-sərəncamverici vəzifə öhdəliyi və səlahiyyəti olmamışdır. Bu səlahiyyət aidiyyəti üzrə Zavodun SƏTƏM şöbəsinə və onun rəhbərinə aiddir. Hazırda o, gəmi tikintisi layihələrini istehsalat qazları, elektrik, su, havalandırma, sıxılmış havayla təmin edən infrastruktur vahidlərinin, o cümlədən, sutəmizləyici qurğu, nasosxanalar, elektrik yarımstansiyaları, qazanxanalar, kompressor və soyuducu çiller, üzən tərsanə, qaz anbarları kimi bina və qurğuların təhlükəsizlik qaydalarına əməl etməklə idarə olunmasını və ona nəzarəti həyata keçirir, eləcə də, zavod avadanlıqlarına, inzibati və istehsalat binalarına və maşın-mexanizmlərə texniki qulluq və təmir işlərinə rəhbərlik edir. Göstərilənləri nəzərə alaraq, barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ədliyyə Nazirliyi Mühəndis-texniki ekspertizalar Şöbəsinin eksperti X1 ifadəsində bildirmişdir ki, məhkəmə-əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2025-ci il tarixli 10/10269 nömrəli rəyi Qaradağ Rayon Prokurorluğunun müstəntiqi Murad Məhərrəmzadənin qərarı və ona əlavə edilmiş fotoşəkillər əsasında verilmişdir. Şəkillərdə hadisə yeri aydın təsvir olunduğuna görə tərəfindən hadisə yerinə canlı baxış həyata keçirilməsinə zərurət görülməmişdir. Baş vermiş hadisə ilə əlaqədar, "İctimai binalar və tikililər" 2.08.02-89* DÜST-nin (Dövlət Standartının) tələblərinin 1.91-ci bəndinin tələbi pozulmuşdur. Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesinin Salyan-Bakı istiqamətində yerləşən "xxxx" MMC-nin ərazisində yerləşən soyunub-geyinmə otağının yerləşdiyi tikilinin giriş hissəsinin pilləkən marşlarının kənarlarının məhəccərlə bağlanması təmin edilmədiyinə görə, "İctimai binalar və tikililər" 2.08.02-89" DÜST-nin (Dövlət Standartının) 1.91-ci bəndinin tələbi həmin pilləkən marşlarının kənarlarının məhəccərlə bağlanmasını təmin etməli olan vəzifə təlimatlarına görə müvafiq funksiyaları yerinə yetirməli əməkdaşı tərəfindən pozulmuşdur. Həmin işə nəzarət edən konkret şəxsin müəyyən edilməsi öhdəliyi istintaq orqanının üzərində saxlanmışdır. Hadisənin baş vermə səbəb və şəraitini nəzərə aldıqda, zərərçəkmiş X3 özü tərəfindən qayda və təlimatlanın pozulması halı müəyyən edilmir. Burada yıxılma faktı olduğuna görə pilləkanlar və meydançada müvafiq məhəccərlə təchiz edilməməsi pozuntu olaraq hesab olunur. İş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025ci il tarixli qərarından görünür ki, 204C-24 nömrəli material üzrə Şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmiş, toplanmış material Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün Qaradağ rayon prokuroruna göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” X18 xx.xx.2025-ci il tarixli 09/743 saylı rəyindən görünür ki, E.M.Məmmədovun məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət - sol qamış sümüyünün oynaqdaxili, qəlpəli, qapalı, yerinidəyişmiş sınığı. Qeyd olunan xəsarət bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün City Hospitala müraciət etdiyi xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə-əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2025-ci il tarixli 10/10269 nömrəli ekspert rəyindən görünür ki, Baş vermiş hadisə ilə əlaqədar, "İctimai binalar və tikililər" 2.08.02-89* DÜST-nin (Dövlət Standartının) tələblərinin 1.91-ci bəndinin tələbi pozulmuşdur. Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesinin Salyan-Bakı istiqamətində yerləşən "xxxx" MMC-nin ərazisində yerləşən soyunub-geyinmə otağının yerləşidiyi tikilinin giriş hissəsinin pilləkən marşlarının kənarlarının məhəccərlə bağlanması təmin edilmədiyinə görə, "İctimai binalar və tikililər" 2.08.02-89" DÜST-nin (Dövlət Standartının) 1.91-ci bəndinin tələbi həmin pilləkən marşlarının kənarlarının məhəccərlə bağlanmasını təmin etməli olan vəzifə təlimatlarına görə müvafiq funksiyaları yerinə yetirməli əməkdaşı tərəfindən pozulmuşdur. Konkret şəxs istintaq tərəfindən müəyyən edilə bilər. Hadisənin baş vermə səbəb və şəraitini nəzərə aldıqda, zərərçəkmiş X3 özü tərəfindən qayda və təlimatlanın pozulması halı müəyyən edilmir. İş materiallarına əlavə edilmiş Bakı Gəmiqayırma Zavodu MMC rəhbərliyinin 14/056/k saylı xx.xx.2014-cü il tarixli və 25/012/k saylı xx.xx.2025-ci il tarixli əmrlərindən görünür ki, Şəxs xx.xx.2014-cü il tarixdən zavodun istismar və texniki xidmət departamentinin müdiri vəzifəsinə, xx.xx.2025-ci il tarixdən isə zavodun infrastrukturun idarə edilməsi üzrə icraçı meneceri vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli vəzifə təlimatından aydın olur ki, təlimatın 3-cü maddəsinə əsasən vəzifənin təsviri və əsas məqsədi infrastrukturun idarə edilməsi şöbəsi üzrə bütün əməliyyatların, şöbənin işçi heyətinin və texniki xidmət işləri üzrə Zavoda xidmət göstərən subpodratçı işçi qüvvəsinin bütün fəaliyyətlərinin müəssisənin X12 Sistemi və SƏTƏM siyasətinə uyğun kompleks şəkildə idarə edilməsidir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Qaradağ Rayon Prokurorluğuun müstəntiqi Murad Məhərrəmzadə tərəfindən 20 sentyabr 2024-cü il tarixdə, saat 18 radələrində X3 işlədiyi "xxxx" MMC-də xəsarət alması barədə Qaradağ Rayon Prokurorluğuna daxil olmuş məlumat əsasında hal şahidləri xx.xx.1989-cu il təvəllüdlü, "xxxx" MMC-də SƏTƏM üzrə rəis müavini işləyən X5 və xx.xx.1987-ci il təvəllüdlü, "xxxx" MMC-də SƏTƏM üzrə rəisi müavini X9 iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Həmçinin protokolda baxış zamanı “İphone” markalı mobil telefonla hadisə yerinin fotoşəkilləri çəkildiyi qeyd olunaraq, protokola əlavə edilmişdir. Fotoşəkillərin üzərində isə xx.xx.2024, “Samsung Galaxy S24 Ultra” qeydləri əks olunur. Məhkəmə, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, həmçinin ekspertin izahatlarını, iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli araşdıraraq müəyyən olunmuşdur ki, Qaradağ Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarında xx.xx.2024-cü il tarixdə bədbəxt hadisəyə səbəb məhz texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş zavodun infrastrukturun idarə edilməsi üzrə icraçı meneceri Şəxs nəzarətsizliyi nəticəsində baş verdiyi qeyd olunmuşdur. İş materialına əlavə olunmuş əmrdən və vəzifə təlimatından isə görünür ki, Şəxs zavodun infrastrukturun idarə edilməsi üzrə icraçı meneceri vəzifəsinə xx.xx.2025-ci il tarixdə təyin edilmiş, inzibati xəta hadisəsi isə daha əvvəl, yəni xx.xx.2024-cü il tarixdə baş vermişdir. Qərarda həmçinin Şəxs hazırkı vəzifəyə qədər zavodda müxtəlif vəzifələrdə fəaliyyət göstərdiyi qeyd olunsa da həmin vəzifələr üzrə onun öhdəliklərinin hazırkı inzibatı xəta ilə əlaqəsi barədə sənədlər iş materialına əlavə edilməmişdir. Bununla da məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hazırkı inzibati xəta hadisəsinə aidiyyəti müəyyən edilməmiş, əsl inzibati xəta üzrə məsuliyyətə cəlb olunmalı şəxs düzgün təyin edilməmiş, araşdırma səthi aparılmışdır. Həmçinin, məhkəmə baxışında sənədlərin tədqiqi zamanı hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolda hadisə yerinin fotoşəkillərinin “İphone” markalı mobil telefonla çəkildiyi qeyd olunsa da fotoşəkillərin üzərində “xx.xx.2024” “Samsung Galaxy S24 Ultra” qeydlərinə rast gəlinir. Buradan isə müstəntiqin hadisə yerinə həqiqətən getməsinə, inzibati xəta haqqında materiala əlavə olunmuş fotoşəkillərin məhz baxış protokolunda qeyd olunmuş cihaz vasitəsilə onun tərəfindən çəkilməsinə əsaslı şübhələr yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərərin vurulmasına görə min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Beləliklə, Məhkəmə, inzibati material üzrə araşdırılan izahatların və sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə aidiyyəti olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 53, 105, 109 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulan xətanın törədilməsinə aidiyyəti olmadığına görə, iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar