Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-43/2022 10.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, Azərbaycan Respublikası Ekologiya və X1 11 X2 və Təbii Sərvətlər İdarəsindən daxil olmuş etirazın icraata qəbul edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X2 və Təbii Sərvətlər İdarəsi etirazla məhkəməyə müraciət edərək Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 234.0.1, 237.1, 237.2 və 271-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqınd işin İXM-nin 107.0.2-ci maddəsinə əsasən başqa bir hakim tərəfindən baxılmasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə, etirazı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, material natamam olduğundan geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 107.0.2-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında işin baxılması icraatına verilmiş hakim şəxsən düzünə və ya dolayısı ilə işin həllində maraqlıdırsa həmin işə baxa bilməz. Həmin Məcəllənin 52.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 108.1-ci maddəsində deyilir ki, bu Məcəllənin 107-ci maddəsində nəzərdə tutulan hallardan biri olduqda hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs özüözünə etiraz etməlidir. Özü-özünə etiraz etmə barədə ərizə müvafiq məhkəmənin sədrinə, kollegial orqanın sədrinə, yuxarı vəzifəli şəxsə verilir. 108.2. Bu Məcəllənin 107-ci maddəsində nəzərdə tutulan hallardan biri olduqda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, zərər çəkmiş şəxs, fiziki şəxsin qanuni nümayəndəsi və ya hüquqi şəxsin nümayəndəsi, müdafiəçi, nümayəndə və ya prokuror tərəfindən hakimə, kollegial orqanın üzvünə və ya vəzifəli şəxsə etiraz edir. 108.3. Ərizəyə icraatında inzibati xəta haqqında iş olan hakim, kollegial orqan və vəzifəli şəxs tərəfindən baxılır. 108.4. Ərizəyə baxmanın nəticəsi barədə onun təmin edilməsi və ya təmin edilməməsi haqqında qərardad qəbul edilir. Göründüyü kimi, 11 X2 və Təbii Sərvətlər İdarəsi inzibati işin baxılmasını deyil, məhkəməyə etirazla müraciət edərək işin başqa hakimə verilməklə baxılması barədə vəsatətlə müraciət etmişdir. Hansı ki, həmin vəsatət qeyd olunan inzibati iş icraata götürülüb baxılarkən məhkəmə gedişatı dövründə verilə bilər. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 107-109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Azərbaycan Respublikası Ekologiya və X1 11 X2 və Təbii Sərvətlər İdarəsindən daxil olmuş etiraz geri qaytarılsın. Hakim Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-43/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-43/2022
10.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver