Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-43/2023 01.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Şikayət verən şəxs X2 iştirakı ilə, X2, Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin rəisi X3 tərəfindən qəbul edilmiş 13 aprel 2022-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin rəisi X3 tərəfindən qəbul edilmiş 13 aprel 2022-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin rəisi X3 tərəfindən tərtib edilmiş 13 aprel 2022-ci il tarixli, EPQ ******* saylı qərarla o Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 200 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, qeyd edilən səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin qərarda qeyd edilir ki, o epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozmaqla, yəni bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Barəsində xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərardan xəbəri olmamışdır. xx.xx.2022-ci il tarixdə polis əməkdaşı onu saxlayaraq şəxsiyyətilə çaraqlanmışdır. Həmin vaxt açıq havada maska taxılması məhdudiyyəti artıq ləğv edilmiş, polis əməkdaşı da onunla açıq havada qarşılaşmış və hər hansı bir qapalı məkanda olmamışdır. Bundan başqa barəsində protokol xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir. Həmin vaxt o polis əməkdaşından onun şəxsiyyətilə nə üçün maraqlandığını, cərimə yazıb-yazmacağını soruşmuşdur. O, heç bir qayda pozuntusu törətmədiyini ona bildirmişdir. Buna baxmayaraq barəsində xx.xx.2022-ci il tarixdə inzibati protokol tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixdə o tərtib edilmiş protokola bir daha etiraz edərək 38-ci Polis Bölməsinə gəlmiş, işin araşdırılmasını xahiş etmişdir. Orada ona bildirmişlər ki, kameralara baxış keçirilib, iş araşdırılıb qanuni qərar qəbul ediləcəkdir. O da ərizəni təqdim edib getmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, şikayəti əsasında heç bir araşdırma aparılmadan və ona məlumat verilmədən üç gün sonra cərimə edilməyi barədə qərar qəbul edilmişdir. Əgər qərar qəbul edilirdisə onu çağırmalı və bu barədə izahatı alınmalı idi. Qəbul edilmiş qərardan məlumatı olmamış, qərarın surəti ona göndərilməmiş, həmin qərarın surətini xx.xx.2023-cü il tarixdə almışdır. Hal-hazırda da SMS olmadan evdən çıxmaq və maska taxılması qadağası götürülmüşdür. Qeyd edilən qanunun tətbiqi onun barəsində tərtib edilmiş inzibati qərara şamil edilməlidir. Qeyd edilənlərə əsasən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş qərar əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında X4 ərizəyə uyğun izahat verərək, inzibati qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunveriliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin rəisi X3 məhkəmə iclasında gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və eləcə də qeyd olunan inzibati işlə əlaqədar Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin rəisi X3 məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə işə Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin rəisi X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu, qərarı və ona əlavə olunmuş sənədləri araşdıraraq, tərəfin izahatını dinləyərək hesab edir ki, X4 barəsində tərtib edilmiş 13 aprel 2022-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Lakin iş materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, X2 izahatı alınmamış, həmçinin protokolun surətini alması barədə imzası qeyd edilməmiş və ya imza etməkdən imtina edilməsi barədə protokolda müvafiq qeyd aparılmamışdır. Bundan başqa qeyd olunan inzibati işlə əlaqədar Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsi məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 8, 114, 115, 128-131ci və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-in 211.3-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin rəisi X3 tərəfindən qəbul edilmiş 13 aprel 2022-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X4 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-43/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-43/2023
01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver