Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-431/2022 01.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlu, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi 38-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ ******* saylı, xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsinə dair şikayətinə baxaraq, M ü ə y y ə n e t d i m: X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi 38-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ ******* saylı, xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayətlə bağlı iş materialları öyrənilərkən materiala baxılmasının qeyri-mümkün olduğu müəyyən edilmişdir. Belə ki, qərarın alınması ilə bağlı iş materiallarına heç bir rəsmi sənəd əlavə edilmədiyindən qeyd edilən qərardan şikayət vermək müddətinin keçib-keçməməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə müvafiq olaraq protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, məhkəmə, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, inzibati xəta haqqında qərardan şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 109 və 111-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi 38-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş EPQ ******* saylı, xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsinə dair şikayəti geri qaytarılsın. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-431/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-431/2022
01.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver