Məhkəmə qərarları › İş №3(002)-432/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-432/2021

01.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-432/2021 01.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Şəxs iştirakı ilə, xx xxxx 1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhər BPİ-nin X5 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialdan aydın olur ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonunun ərazisində idarə etdiyi “BMW 530l” minik markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Bu barədə Bakı şəhər DYPİ-nin YPX inspektoru polis baş serjantı X2 tərəfindən xx xxxxxx 2021-ci il tarixdə saat 08:02 radələrində İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında barəsində tərtib olunan protokolu qəbul etməyərək bildirmişdir ki 15 fevral 2021-ci il tarixdə səhər 08:00 radələrində arvadı X1 xəstə olduğundan onu həkimə apararkən idarə etdiyi ** EV *** dövlət qeydiyyat nişanlı avtomaşını Sədərək yolunda DYP polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları onun avtomobilinə yaxınlaşaraq dünən axşam içki qəbul edibetmədyini soruşmuşdurlar. Daha sonra onu alkotestrlə yoxlayıb sərxoş olduğunu bildirmişlər. O buna öz etirazını bildirdirmiş, içkili olmadığını və axşam əlli qram araq içdiyini bildirmişdir.O cümlədən alkotestrin nəticəsi ilə razı olmadığını demişdir. Lakin ondan spirtli içki iyi gəldiyindən sərxoş olduğu bildirilmişdir. Daha sonra polis əməkdaşları ondan maşında gözləməsini istəmiş lakin bir saatdan çox gözləsədə gələn olmamışdır. Bundan sonra arvadını təcili həkimə aparmalı olduğundan polisin təyziqi ilə razılaşaraq izahat yazmışdır ki, çıxıb gedə bilsin. Lakin onu buraxmayaraq maşını cərimə meydançasına aparmışlar. Bundan sonra o yol maşını ilə arvadını Topçubaşov adına Elmi-Cərahiyyə Mərkəzinə aparıb qoymuş və oradan təcili narkoloji dispanserə getmişdir. Müayinə zamanı onun bədənində alkoqolun miqdarı “0” faiz olmuşdur. Bununla bağlı o hətta video çəkiliş də aparmışdır. Belə ki, müayinə zamanı həkim ona bildirmişdir ki, ilkin müayinədən keçən vaxtdan ən azı “0.01” faiz sərxoşluq vəziyyəti qalmalı idi. O, daha sonra günorta saatlarında Bakı şəhər DYPİ-nə həmin gün sağlam və ayıq olmasını təsdiq edən sənədi aparsa da, ona artıq gec olduğunu bildirmişdirlər. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə işə Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokoldan görünür ki, xx xxxxxx 2021-ci il tarixdə saat 08:02-də müayinə olunan Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Həmçinin protokolda sürücü “spirtli içki qəbul etdiyini alkotestrin göstəricisi ilə razı olduğunu və həkimə getməyə ehtiyyac olmadığını bildirmişdir.” sözlərini qeyd etmiş və protokolu imzalamışdır. - Tibbi müayinə protokoluna əlavə edilmiş xüsusi texniki vasitənin hesabatından görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə keçirilən müayinəsi zamanı onda alkoqolun miqdarı 0.330% olmuşdur. Məhkəmə baxışı zamanı Şəxs məhkəməyə təqdim etdiyi “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” dair xx xxxxxx 2021-ci il tarixli 2/3710 saylı aktdan aydın olur ki, Şəxs həmin gün saat 11:49 radələrində tibbi müayinədən keçirilərkən “ayıq” olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində İXM-nin 333.1-ci maddəsinə münasibətdə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 333-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs barəsində tərtib edilmiş protokolda onun xx xxxxxx 2021-ci il tarixdə saat 08:02-də tibbi müayinədən keçərkən sərxoş olması qeyd edilsə də, həmin gün 11:49 radələrində yenidən müayinə zamanı “ayıq” olduğu müəyyən edilmişdir. Göründüyü kimi Şəxs barəsində eyni gündə iki fərqli rəylər verilmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs barəsində xx xxxxxx 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərkən onun protokolu imza etməməsinə dair hər hansı bir qeydiyyatı aparılmamış və sürücü protokolu imza etməkdən imtina etməsinə baxmayaraq onun həmin vaxt həkim müayinəsindən keçirilməsi hansısa naməlum səbəbdən təmin edilməmiş və bununla da qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar