Məhkəmə qərarları › İş №3(002)-433/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-433/2021

29.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-433/2021 29.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, xx.xx.1987-ci il tarixdə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Ağdam rayonu, Başqərvənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, ev 22 mənzil 6 ünvanında yaşayan, X1 Yol Patrul Xidmətinin 12 avqust 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx xxxx 2021-ci il tarixdə X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Yol Patrul Xidmətinin 12 avqust 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 3(005)- 519/2021 nömrəli qərardadına əsasən X1 Yol Patrul Xidmətinin 12 avqust 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət iş materialları ilə birlikdə baxılması üçün aidiyyətı üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 11.08 2020-ci il tarixdə idarə etdiyi “X8 1843 yük” markalı, 99-TX- 903 dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman Qaradağ postu adlanan ərazidə idarə etdiyi avtomobili tərəziyə çıxardaraq, yükün həddindən çox olduğu bildirilmişdir. O, bununla razılaşmayaraq yükün norma daxilində olduğunu bildirsə də. əsassız olaraq ona heç bir tərəzi sənədi göstərilmədən, yalnız sözlə guya yükün çəkidən artıq olduğu bildirilmişdir. O, təkidlə təsdiqedici sənədləri, tərəzinin göstəricisini tələb etdikdə isə ona heç bir sənəd təqdim edilməmişdir. Onun barəsində əsassız olaraq inzibati protokol və TP4199098 nömrəli inzibatı tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Aşağıda qeyd etdiyi xüsusatlara əsasən barəsində tərtib edilmiş İXP ******* saylı inzibatı xəta haqqında protokolu və həmin protokol əsasında qəbul edilmiş TP4199098 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız hesab etmişdir. Barəsindəki TP4199098 inzibatı tənbeh vermə haqqında qərar həm də ona görə qanunsuzdur ki, YPX inzibati qrup polis mayoru X3 həmin qrupu rəhbəri olub-olmaması qeyri-müəyyəndir. Qrup rəhbəri olmayan şəxsin onun barəsində İXM-nın 353.2-ci maddəsi ilə qərar qəbul etmək səlahiyyəti yoxdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı’nın 2.2-cü bəndinə əsasən, İXMnın 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətalar haqqında işlərə dair qərar qəbul etmək səlahiyyəti (inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən Məcəllənin 124.3-cü maddəsinə uyğun olaraq bilavasitə aşkar edildikdə) - Baş Dövlət Yol Polisi idarəsinin rəisi, onun müavinləri, Baş Dövlət Yol Polisi idarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının Daxili işlər Nazirliyinin Dövlət Yol Polisi idarəsinin rəisi, ərazi polis orqanlarının dövlət yol polisi idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının dövlət yol polisi bölmələrinin rəisləri, ərazi polis orqanlarının dövlət yol polisi qruplarının rəhbərlərinə həvalə edilib. Göründüyü kimi, AR Daxili işlər Nazirliyi adından olan səlahiyyətli şəxslərin İXM-nın 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti Baş Dövlət Yol Polisi idarəsinin rəisi, onun müavinləri, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının Daxili işlər Nazirliyinin Dövlət Yol Polisi idarəsinin rəisi, ərazi polis orqanlarının dövlət yol polisi idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının dövlət yol polisi bölmələrinin rəisləri, ərazi polis orqanlarının dövlət yol polisi qruplarının rəhbərlərinə verilib. Odur ki, YPX inzibatı qrup polis mayoru X3 həmin qrupun rəhbəri olub-olmaması məhkəmə tərəfindən araşdırılmalı, qrup rəhbəri olmadığı halda həmin qərar ləğv edilməlidir. Yuxarıda qeyd etdiyi xüsusatlara əsasən, inzibatı tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2021-ci ıl tarixli qərar qanunsuzdur və ləğv edilməli, barəsində İXM-nin 353.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən, onun barəsində olan TP ******* nömrəli, xx.xx.2021-ci ıl tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Qərardan şikayət vermiş şəxsə və qərarından şikayət verilən orqana məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin və protokol tərtib etmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan xx xxxxxx 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2 və 327.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.3-cü maddəsinə əsasən Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə-səksən manat məbləğində cərimə edilir; 353.2-ci maddəsinə əsasən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. 100.1.10-cu maddəsinə görə inzibati xəta haqqında protokolda inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda qeyd olunur. X1 barəsində olan 12 avqust 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri formal olaraq sadalanmış, lakin inzibati xətanın aşkar edilməsini təsdiq edən sübutlar və şahidlər, habelə inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan məlumatlar qeyd olunmamış, avtomaşının hansı xüsusi texniki vasitələrdən istifadə olunmaqla çəkilməsi, yükün hansı çəkidə olması və oxa düşən kütlə parametrlərini hansı həddə aşması müəyyən edilməmişdir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli ( hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın ( vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində qəbul edilmiş xx xxxxxx 2021ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin Qahir Mirzəliyevin həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 353.2 və 327.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə, şikayətçi X1 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol İdarəsinin İnzibati Təcrübə üzrə Qrupun baş inspektoru polis mayoru X4 tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə inzibati xətalar qanunvericiliyi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Daxili İşlər Nazirliyi Baş Dövlət Yol İdarəsinin İnzibati Təcrübə üzrə Qrupun baş inspektoru polis mayoru X4 tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Daxili İşlər Nazirliyi Baş Dövlət Yol İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar