Məhkəmə qərarları › İş №3(002)-437/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-437/2025

11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-437/2025 11.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, deməsinə görə işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Ağsu rayon Məhkəməsinin 2(016)-649/2014 saylı, 01 sentyabr 2014-cü il tarixli və ünvan 2əsinin 2(002)-720/2021 saylı, 01 mart 2021-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrlü səbəb olmadan yerinə yetirmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibatı protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X9 protokolu müdafiə edərək bildirmişdir ki, Ağsu rayon Məhkəməsinin 2(016)-649/2014 saylı, 01 sentyabr 2014-cü il tarixli icra vərəqəsinə əsasən, iddiaçı X1 cavabdeh Şəxs qarşı atalığın müəyyən edilməsi və sabit pul məbləği ilə aliment tələbinə dair iddiası qismən təmin edilmiş, X1 25 avqust 2011-ci il tarixdə Bakı şəhərində anadan olmuş uşağı X5 atası Şəxs olması müəyyən edilmiş, cavabdeh Şəxs 25 avqust 2011-ci il tarixdə anadan olan X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin alınaraq X3 verilməsi, alimentin məhkəməyə müraciət etdiyi 30 iyul 2014-cü il tarixdən tutulması qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra və probasiya şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq 08 oktyabr 2014-cü il tarixdə tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Bundan başqa ünvan 2əsinin 2(002)-720/2021 saylı, 01 mart 2021-ci il tarixli icra vərəqəsinə əsasən 25 avqust 2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Qaradağ rayon Məhkəməsinin 01 sentyabr 2014-cü il tarixli, 2(016)-649/2014 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq cavabdeh Şəxs hər ay bir uşağa görə 175 manat məbləğndə sabit pul məbləğində alimentin tutularaq iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra və probasiya şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq 23 aprel 2021-ci il tarixdə tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Hər iki icra sənədi 10 dekabr 2021-ci il tarixdə bir icraatda birləşdirilmişdir. Borclu yuxarıda qeyd olunan icra işi ilə əlaqədar borclu aliment borclarını ödəmədiyindən azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ötən ilin 23 iyul tarixində həbsdən azad olunmuşdur. Həbs olunarkən yaranmış aliment borcu 4490 manat olmuş, azadlığa çıxdıqdan sonra yaranmış aliment borcundan cəmi 460 manat ödəniş etmişdir. Bu günə borclunun ödəməli olduğu alimentin miqdarı alimentin miqdarı 7855 manat təşkil etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, məhkəmə iclasının yeri və vaxtı barədə tələbkara məlumat verməsinə baxmayaraq tələbkar üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilmədiyini, işə onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini, lakin aliment borcunun ödənilməsini tələb etdiyini, bu baş vermədikdə isə borclunun barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etidyini bildirmişdir. Beləliklə, bütün bunlara əsasən borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 11 mart 2025-ci il tarixli, MN ******* saylı protokol tərtib etmiş və borclunun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, qeyd olunan icra işi ilə əlaqədar CM-nın 306-cı maddəsi ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 23 iyul 2024-cü il tarixdə həbsdən çıxmışdır. Cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra iş tapmaqda çətinlik çəkmiş, bir müddət taksi fəaliyyəti ilə məşğul olsa da sonradan qəza keçirmiş və bu fəaliyyəti dayandırmışdır. Həbsdən çıxdıqdan sonrakı müddət ərzində aliment borcundan 460 manat ödəniş etmişdir. Ümumilikdə isə indiyədək aliment borcundan 5164 manat ödəniş etmişdir. O aliment borcunun ödənilməsindən yayınmır, belə ki, bu yaxınlarda təzə işə düzəlmiş, ayın sonuna qədər aliment borcundan iki yüz manat ödəniş edəcəkdir. Odur ki, bütün bu qeyd etdiklərinin nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının gedişində tələbkar X4 ilə mobil telefon vasitəsilə əlaqə saxlanılmış, tələbkar öz izahatında işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini, borclunun sonuncu dəfə aliment borcundan dekabr ayında ödəniş etdiyini, yaranmış aliment borcunun tam şəkildə ödəməsini, bu baş vermədikdə isə barəsində ciddi tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdər ki, icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları, iş materialları və inzibati xəta haqqında tərtib edilmiş 11 mart 2025-ci il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından uzun müddət keçməsinə baxmayaraq qətnaməni icra etməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlil də gətirməmiş, əksinə öz izahatı və hərəkətləri ilə yaranmış borcunu ödəməyəcəyini bir daha nümayiş etdirmişdir. Buna görə də məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 11 mart 2025-ci il tarixdən saat 16:00-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar