Məhkəmə qərarları › İş №3(002)-438/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-438/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-438/2025 01.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, Rəhimov Arif Rəfail oğlunun katibliyi, Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Məhkəməyə daxil olmuş 03 mart 2025-ci il tarixli, MN ******* saylı protokolda və iş materiallarında göstərilmişdir ki, Şəxs 03 mart 2025-ci il tarixdə Qaradağ rayonu, Sahil qəsəbəsi, Dərin Özüllər zavodunun arxasında qanunla qadağan olunmuş ərazidə çöl quşlarının ovlanmasını həyata keçirmişdir. Qeyd edilənlərlə bağlı Qaradağ rayon Polis İdarəsi 38-ci Polis Bölməsinin sahə inspektoru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə 03 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, qeyd olunan əraziyə o tək getməmişdir. Hadisə zamanı onun tüfəngi olmamış və ov etməmişdir. Ov quşlarını yanında olan yoldaş vurmuşdur Barəsində tərtib edilmiş protokolun heç bir əsası və sübutu yoxdur. Qeyd edilənlərə əsasən işə xitam verilməsi xahiş edir.. İnzibati xəta haqqında protokolu tərtib edən orqana işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onların nümayəndəsi, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.Belə olan halda, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında materiala inzibati xəta haqqında protokolu tərtib edən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəfin izahatı dinləyib hesab edir ki, inzibati xəta hadisəsi olmadığından iş üzrə işin icraata xitam verilməlidir. Belə ki, 03 mart 2025-ci il tarixli, MN ******* saylı protokola və iş materiallarına Şəxs tərəfindən balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasını təsdiq edən hər hansı bir sübüt əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsinə əsasən balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulur. Lakin məhkəmə iclasında iş materiallarında olan fotoşəkillərə baxış keçirilərkən həmin fotoşəkllərdə ovlanmış vəziyyətdə olan çöl quşlarının olması müşahidə olunur. Məhkəmə hesab edir ki, ov quşları su bioresursu hesab edilmədiyindən aşkarlanmış fakt üzrə əməldə ümumiyətlə Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsinin dispozosiyasının əlamətləri mövcud deyildir. Bundan başqa məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi aşkar olunsaydı belə onun həqiqətdən də Şəxs tərəfindən törədilməsini təsdiq edən hansı bir sübut iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə məhkəmə, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri, tərəflərin izahatını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata İXM-nin 53.1.1 və 53.1.2-ci maddəsinin tələblərinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar