Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-439/2025 09.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Qaradağ Rayon Məhkəməsinə Qaradağ RPİ-nin 38-ci Polis Bölməsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Qaradağ RPİ-nin 38-ci Polis Bölməsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş üzrə MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Əsgərov X2 rayonu, Göy Zavod yaxınlığında qanunsuz ov edərkən saxlanılmışdır. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak etmiş Qaradağ RPİ-nin 38-ci PBnin sahə inspektoru X6 protokolu müdafiə edərək bildirdi ki, Əsgərov X2 rayonu, Göy Zavod yaxınlığında qanunsuz ov edərkən saxlanılmışdır. Lakin o, polis bölməsində izahatı alınan zaman izahat verməkdən imtina etmişdir. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən edilmişdir. Lakin protokolu tərtib edən zaman texniki səhv olaraq yanlışlıqla maddəni 272-1 olaraq deyil 272.1 olaraq qeyd etmişdir. Bu baxımdan inzibati xətanın İXMnin 272-1-ci maddəsi ilə törədildiyini nəzərə alaraq, Şəxs barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi Nümayəndə protokola etiraz edərək bildirmişdir ki, 03 mart 2025-ci il tarixdə Qaradağ rayonu, Sahil qəsəbəsi, Göy zavodun arxasında Şəxs dostu X3 ilə gəzərkən polis əməkdaşları onlara yaxınlaşaraq ov edilməsinin qanunsuz olduğunu bildirmişdir. Protokolda qeyd olunmuşdur ki, guya onlar qadağan edilmiş yerdə qanunsuz ov etmişdir. Lakin, qayalıqlar tərəfdə tapdıqları 3-4 ov quşundan başqa orada heç bir ov heyvanı olmamışdır. Həmin ov quşlarını PB əməkdaşını görmüş olan başqa ovçular qoyub getmişlər. Lakin həmin gün onlar ov silahından istifadə etməmiş, heç bir ov etməmiş və heyvan öldürməmişlər. Onlar orada gəzərkən başqa ovçular da həmin ərazidə olmuşdur. Ov silahları yanlarında olsa da ov mövsümü və yeni qaydalardan əmin olmadıqları üçün ov etmədən geri qayıtmaq qərarına gəlmişlər. Polis Bölməsinin əməkdaşı ilə söhbət zamanı da özlərini təqdim edərkən üzərlərində olan quşları şəxsən ovlamadıqlarını, ərazidən tapdıqlarını bildirmişlər. Quş ovlama anını nümayiş etdirəcək video görüntü və ya başqa sübutlar mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak etmiş, şahid qismində dəvət edilmiş Qaradağ RPİ-nin Post-patrul xidməti bölüyü polis baş serjantı X4 ifadəsində bildirdi ki, ərazidə xidmətdə olarkən uzaqdan atəş səsləri eşidilmiş, səs gələn istiqamətə tərəf getdikdə ov geyimində və ov silahı daşıyan 2 nəfər vətəndaş müəyyən etmişdir. Onların çiynində ov silahı, əllərində 4-5 ədəd ovlanmış çöl quşları olmuşdur. Həmin vətəndaşları polis bölməsinə izahatlarının alınması üçün təmin etmişlər. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak etmiş, şahid qismində dəvət edilmiş Qaradağ RPİ-nin Post-patrul xidməti bölüyü polis serjantı X7 ifadəsində bildirdi ki, ərazidə xidmətdə olarkən uzaqdan atəş səsləri eşidilmiş, həmin istiqamətə tərəf xidməti avtomobillə mümkün qədər yaxınlaşdıqdan sonra o, sürücü olduğuna görə xidməti avtomobilin yanından hadisəni bir qədər uzaq məsafədən müşahidə etmişdir. Uzaq məsafədə olsa da 2 nəfər şəxsin ov geyimində və ov silahı vasitəsilə quş ovlayarkən görmüşdür. Yanındakı polis əməkdaşı piyada olaraq onlara yaxınlaşmış və xidməti avtomobilə tərəf onları gətirmişdir. Daha sonra həmin şəxsləri polis bölməsinə izahatlarının alınması üçün təmin etmişlər. İş materiallarında olan Qaradağ RPİ-nin 38-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında iş üzrə MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Əsgərov X2 rayonu, Göy Zavod yaxınlığında qanunsuz ov edərkən saxlanılmışdır. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən edilmişdir. İş materiallarında olan fotoşəkillərdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs qanunsuz ov edərkən saxlanılmış və ov nəticəsində 5 ədəd quş ovlamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Əsgərov X2 rayonu, Göy Zavod yaxınlığında qanunsuz ov edərkən saxlanılaraq Qaradağ RPİ-nin 38-ci PB-nə gətirilmiş və Şəxs məxsus ******* saylı yivsiz ov tüfəngi akt tərtib edilərək götürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 272-1-ci maddəsinə əsasən Bu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib, Qaradağ RPİ-nin 38-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında iş üzrə MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolu, şahid ifadələrini və inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 272-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs tərəfindən ovçuluq hüququ müəyyən edən ov biletinə sahib olmadan qanunsuz ovçuluq fəaliyyəti ilə məşğul olmuşdur. Məhkəmə Şəxs tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə tənbeh tətbiq edilməklə, inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməmədən inzibati cərimə olunması məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 26, 31, 40, 43, 48, 84, 112, 114, 115 və 117 maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilmədən 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-439/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-439/2025
09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver